Parça məmulatlarını Sodanın zəif məhlulu qaynatmaqla deqazasiya zamanı işlədir.Naşatır spirti zarın tipli zəhərli maddələri deqazasiya edir. İçərisinə fosgen, sinxlor və zarın tipli zəhərli maddələrin buxarları dolmuş otaqların deqarasiya etmək üçün oraya ammonyakın (naşatır spirti) sulu məhlulunu çiləyirlər.
Ərazinin deqazasiyasından ötrü yerli təbii vasitələrdən gil, gilli torpaq , torf, əhəng, küldən istifadə edilir.
43) Fərdi aptekçə (Aİ-2), kimya əleyhinə fərdi paket (İPP-8) və onlardan istifadə qaydaları.
Fərdi tibbi mühafizə vasitələri FH vaxtı zədələnmiş əhalinin profilaktikası və ona tibbi yardım göstərmək üçün nəzərdə tutulmuşdur. Bu vasitələrin köməyi ilə insanların həyatını xilas etmək,zəhərlənmənin qarşısını almaq, yaxud onu xeyli dərəcədə zəiflətmək, bir sıra zədələyici amillərin təsirinə qarşı orqanizmin dayanıqlığını artırmaq mümkündür.Bunlara radioprotektorlar, antidotlar və bakteriya əleyhinə maddələr, habelə qismən sanitariya təmizliyi aid edilir. Bundan əlavə fərdi aptekçə kimya əleyhinə fərdi paket və fərdi sarğı paketi aiddir.Fərdi aptekçə (Aİ-2)- orqanizmi radiasiyadan, kimyəvi və bakterioloji zəhərlənmələrdən, zəhərlərdən və mikroblardan mühafizə edir. Aİ-2 yastı plasmas narıncı rəngli qutudan ibarətdir. Ilk tibbi yardım üçün istifadə olunur. onun ölçüləri 9x10x2 sm-dir. Buada bölmələr vardır. Bölmələrdə dərmanlar müxtəlif rəngli penallarda (həb şəklində) saxlanılır. 1 bölmədə şpris-tyubikdə narkotik ağrıkəsici maddə 1ml-2%-li promedol və ya morfin məhlulu yerləşir. Bunu ağır travmalarda, geniş yanıqlar zamanı, sınıqlarda, əzələ içərisinə yeridirlər. Şpris tyubikdən istifadə edərkən, əvvəlcə şprisin iynəsini örtən kolpağı sonadək burur və bununla da tyubikin daxili plyonkası deşilir, sonra kolpağı çıxarırlar. şprisin iynsini budun və ya çiynin əzələsinə cəld hərəkətlə batırırlar.Təcili hallarda paltarın da üstündən vurmaq olar. Şpris-tyubiki barmaqlarla sıxıb,onun içərisindəki mayeni bədənə tam yeridir və barmaqları boşaltmadan iynəni çıxardırlar.2 bölmədə-Fosforlu üzvi maddələrlə zəhərlənmələr zamanı istifadə edilən antidot- taren qırmızı rəngli penalda yerləşir. 3 bölmədə - bakteriya əleyhinə dərman sulfadimetoksin ağ rəngli iri penalda yerləşir. 4 bölmədə - radiasiya əleyhinə sistaminçəhrayı rəngli 2 penalda yerləşir.5 bölmədə- bakteriya əleyhinə dərman tetrasiklin 2 rəngsiz penalda olur. 6 bölmədə-RƏ dərman KJ həbləri ağ rəngli yerləşir. 7 bölmədə- qusma əleyhinəetaperazin mavi rengli penalda yerləşir.
Dostları ilə paylaş: |