45) Bioloji silah, onun döyüş xüsusiyyətləri və tətbiq edilmə üsulları.
Bioloji (bakterioloji) silah-zədələyici təsirinin əsasını bakterial vasitələr təşkil edir. Bakterial vasitələr təhlükəli yolxucu xəstəliklər törədən mikroblara,bakteriyalara, viruslar, göbələklər və bir sıra mikrobların yaratdığı toksinlərə (zəhərlərə) deyilir.Bu silah növünə taun, vəba, təbii çiçək, qarayara və s. xəstəliklərin törədiciləri aiddir. Düşmən bakterial vasitələri təyyarə bombalarında, raketlərdə və içərisinə maye, yaxud quru halda mikroblar və toksin qatılığı doldurulmuş xüsusi konteynerlərdə və cihazlarda ata bilər. Onları zəhərlənmiş daşıyıcılar – həşaratlar, gənələr, gəmiricilər yayabilər. Bioloji silahın tətbiqi nəticəsində şəhər və yaşayış məntəqələri, limanlar, su mənbələri, kənd təsərrüfatı bitkiləri bakterial vasitələrlə yoluxa bilər. Bioloji silah tətbiq olunduğunu göstərən xarakterik əlamətlər bunlardır: bakterial vasitə olan hərbi sursat partladıqda boğuq səs eşidilir, havada duman və ya tüstü şəkilli aerozol buludu yaranır, ətrafa iri qəlpələr yayılır, torpaq və bitki üzərinə damcılar və toz şəkilli maddələr çökür və ya binaların divar və damarlarında əşyaların səthində toza oxşar maddələr və yağlı mayelər nəzərə çarpır.