51. Dinc və müharibə dövründə əhalinin mühafizəsinin əsas xüsusiyyətləri.
Fövqəladə hallarda mühafizəni təmin etmək məqsədilə kompleks tədbirlər həyata keçirilməlidir. Tədbirlərin konkret məzmunu əməyin təhlükəsizliyi, MM üzrə tələblər, yanğın və radiasiya təhlükəsizliyi qaydaları və digər müvafiq normativ sənədlərin göstərişləri ilə müəyyən edilir.Bu vəzifələrin yerinə yetirilməsində respublikanın bütün dövlət, təsərrüfat, hərbi orqanlar və ictimai təşkilatları, eləcə də hər bir vətəndaşı fəal iştirak etməlidir. Bunun üçün respublikanın bütün əhalisi əvvəlcədən, müntəzəm və hərtərəfli surətdə mühafizə tədbirlərinə hazırlaşmalıdır. Bu sahədə göstərilən fəaliyyət məqsədyönlü olmalı, hamı üçün məcburi sayılan prinsiplərə əsaslanmalıdır.
FH-da əhalinin mühafizəsinin əsas prinsipləri bunlardır:
1) Mühafizə Azərbaycan Respublikasının bütün ərazisində ərazi- istehsalat prinsipi üzrə təşkil edilir. Bu o deməkdir ki, əhalinin mühafizəsi respublikanın bütün ərazisində, Naxçıvan Muxtar respublikasında, digər şəhər, rayon, qəsəbə və kəndlərdə müvafiq İcra Hakimiyyətinin və FH Nazirliyinin Regional Şöbələrinin xətti ilə istehsal və qeyri-istehsal obyektlərində onların rəhbərlərinin təşkilatçılığı ilə həyata keçirilir;2) Mühafizə tədbirlərinin qabaqcadan planlaşdırılması, iqtisadi və sosial inkişaf layihələrində nəzərdə tutulması və yerinə yetirilməsi;