1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri


) ZM lər və onların toksikoloji xassəlrinə görə xüsusiyyətləri



Yüklə 335,33 Kb.
səhifə86/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   82   83   84   85   86   87   88   89   ...   106
null

49) ZM lər və onların toksikoloji xassəlrinə görə xüsusiyyətləri

ZM-lər yüksək toksiki təsirə malik birləşmələrdir. Onları insanları, heyvanları və bitkiləri zəhərləmək, həmçinin ərazini və obyektləri kmyəvi cəhətdən çirkləndirmək məqsədi ilə tətbiq edirlər. Onları raketlərlə, aerozol generatorları ilə, aviasiya kimyəvi bombalarla, mərmilərlə, minalarla, qumbaralarla hədəfə çatdırılırlar. ZM-in çox xarakterik xüsusiyyətləri vardır:- xarici mühitdə asan yolla yayılması; - davamlı zədələyici təsirə malik olması;- zəhərlənmələrin klinikasının və inkişaf dinamikasının müxtəlifliyi; - ZM-in bir qisminin orqanizmə tənəffüs, həzm yolu və dəri vasitəsi ilə daxil olması;-zəhərlənmələrin inkişafı ZM-n orqanizmə daxilolma yollarından asılı olması; -psixoemosional təsirə malik olması; -mühafizə vasitələrindən istifadə etmək zəruriyyətinin yaratması.ZM lər insana göstərdiyi zəhərləyici təsirinə görə qruplara ayrılır: siniriflicedici, dəridə yara əmələ gətirən, boğucu təsirli, gözyaşardıcı, qıcıqlandırıcı, psixokimyəvi və ümumzəhələyici təsirli ZM.Siniriflicedici ZM–zarin, zoman və “V”qazlar aiddir. Zarin və zoman rəngsiz və ya sarımtıl rəngli, səciyyəvi iyli mayelərdir. Bu maddələr üzvi həlledicilərdə yaxşı, suda isə zəif həll olur, havada tez bir zamanda ölümcül konsentrasiyalı buxar törədir. Bu ZMbuxarlarının azacıq miqdarından göz bəbəkləri daralır (mioz), görmə qabiliyyəti zəifləyir,bəzən insan kor olur. Bunlar dəri tənəffüs üzvləri həzm üzvləri ilə orqanizmə keçərək əksər hallarda ölümlə nəticələnən zəhərlənməyə səbəb ola bilir. Zəhərlənmənin əsas əlamətləri ağızdan tüpürcək axma, qusma halları dərhal meydana çıxır, daha sonra başgicəllənmə, şüurun itməsi, güclü qıcolma tutmaları, iflic, güclü zəhərlənmə zamanı ölüm baş verir.Mühafizə üçün əleyhqaz və qoruyucu geyimdən istifadə olunur.İlk tibbi yardım göstərilən zaman: zəhərlənmiş adama əleyhqaz geydirilir, şpris-tyubik vasitəsiləilə zəhər əleyhinəantidot (afin) vurulur və ya atropin həbi verilir. Əgər ilk 20 dəqiqədə qıcolma dayandırılmasa antidot təkrar yeridilir. Tənəffüs pozularsa süni tənəffüs verilir.ZM damcıları dərininvə ya paltarın üzərinə düşdüyü zaman bu yerləri dərhal fərdi kimya əleyhinə paketdəki maye ilə təmizləyirlər.SiniriflicediciZM -i amonyakın suda məhlullu, qələvilər, söndürülmüş və xlorlu əhəng vasitəsilə deqazasiya edirlər.Dəriyə təsir edici zəhərləyici maddələr elə zəhərli birləşmələrdir ki onlar hətta ən cuzi miqdarda bədənin dəri örtüyünü zədələyə bilərlər. Dəridə yara əmələ gətirən ZM lərə təmiz iprit, texniki iprit euizit (kükürdlü) aiddir. Bu zəhərləyici maddələr maye, damcı və buxara oxşar vəziyyətdə dərini və gözü zədələyir, nəfəsalma zamanı isə tənəffüs üzvlərini zədələyir. Həzm üzvlərini zədələyərək ümumi zəhərlənməyə səbəb olur. ZM-lər dəriyə düşəndə əvvəlcə dərinin qızarması baş verir, sonra isə xırda suluqlar əmələ gəlir. Bu suluqlar böyüyərək birləşir və daha iri suluq əmələ gətirir. 2-3 gündən sonra suluq deşilərək xoraya çevrilir. Bu ZM-lərdəridən qana sorularaq ümumi zəhərlənməyə səbəb olur ki bu da hərartin yüksəlməsində ümumi bir kefsizlikdə sürətlə arıqlamada və ruh düşkünlüyündə özünü göstərir. İlk yardım üçün damcılar dərinin və paltarların üzərinə düşdüyü zaman, bu yerləri dərhal fərdi kimyəvi paketdəki maye ilə təmizləyirlər. Gözləri çoxlu su ilə yumaq ağız və burununu isə 2% li çay sodası və ya su ilə yaxalamaq məsləhətdir. Iprit mədəyə düşdükdə onu dərhal kalium permanqanat məhlulu və ya su ilə yuyulmalıdır.Boğucu təsirli ZM-lərə fosgen, difosgenaiddir. Bu ZM-lər tənəffüs üzvlərinə təsir göstərir. Fosgen – rəngsiz ağır tez uçucu maye olub yanıq ot iyini verir. Difosgen zəhərləyici xassəsinə görə fosgenə oxşayır. O davamsız ZM lərə aid edilir. Fosgen xüsusən ağciyər toxumalarını zədələyir orqanizmin digər toxumalarına güclü təsir göstərmir. Fosgenlə nəfəs aldıqda ağızda xoşagəlməz şirintəhər dad hiss olunur. Öskürmə başlayır, ümumizəiflik, baş gicəllənmə olur. Əsasən ağciyərə təsir edir. Çox vaxt ağciyər şişir və bu ölümlə nəticələnir. İlk tibbi yardım zəhərlənən adama əleyhqaz geyindirilir, zəhərli yerdən çıxarılıb, su ilə ağızı burunu qarqara etdikdən və gözləri 2 faizli soda məhlulu ilə yuduqdan sonra xəstəni tibb məntəqəsinə dərhal çatdırılmalıdır. Ümumzəhərləyici təsirli ZM-lər: sionid turşusu və xlorsian. Sianid turşusu acı badam iyinə malikdir. Ən kəskin və tez təsir göstərən ZM lərdən biridir. Əsas tənəffüs üzvlərindən keçib, orqanizmin vacib sistemlərinə sürətlə təsir edir, qıcıqlandırıcıtəsiri var. Güclü yaş axma və zəhərlənmə baş verir. Sianid turşusu ilə zəhərlənmənin gedişini 3 formaya bölmək olar – yüngül, orta və ağır. Yüngül formada orqanizə az miqdarda zəhər daxil olur. Bu zaman ağızda metal dadı, boğazda qıcıqlanma və acı badam iyi hiss edilir. Orta formada zəhərlənmədə qan təzyiqi artır, huş zəifləyir və ya itir, göz bəbəkləri genişlənir və selikli qişalar qızarır. Ağır formada isə göz bəbəkləri şiddətli genişlənir və bəzən göz almaları önə qabarır selikli qişalar və yanaqlar qızarır. Kəskin qıcolmalar baş verir huş tez itir. Tənəffüs mərkəzinin və sonra ürək fəaliyyətinin dayanması nəticəsində ölüm baş verir. İlk yardımda əleyhqaz geyindirilir və zəhərli yerdən insan çıxardılır, zəhər əleyhinə amil nitrit ampulasını sındırıb pambığa hopdurub əleyhqazın altına qoyurlar.Zəhərlənmiş adam onunla nəfəs alır.Zəhər mədəyə düşdükdə qusdurmaqlazımdır.Ağız və burunu təmiz su ilə yaxalanır. Dərhal tibb məntəqəsinə çatdırılır. Tənəffüszəiflədikdə və ya dayandıqda süni tənəffüs verilir. Qıcıqlandırıcı ZM-Si-Esadamsit aid edilir. Bu qrupa yuxarı tənəffüs yollarının həssas sinir uclarını qıcıqlandıraraq asqırmaya, öskürməyə və qusmaya səbəb olan kimyəvi maddələr aiddir. Bu ZM –lərlə zəhərlənmədə asqırma, burunda və burun – udlaqda göynəmə olur. Döş sümüyünün arxasında və başda ağrı olur. Adamsit yaşılımtıl rəngli bərk maddədir. Yavaş buxarlanması və pis həll olmasına görə torpağı uzun müddət zəhərləyə bilər. Si-Es suda pis həll olan rəngsiz maddədir. Aerozol şəklində tətbiq olunur. Si-Es maddəsinin ümumi zəhərliliyi zəifdir, lakin o, qıcıqlandırıcı təsirə malikdir ki, bu da asqırtıya, öskürəyə, gözlərdən çoxlu yaş axmasına, tənəffüsün çətinləşməsinə səbəb olur. Bunlardan başqa dəriyə gicitkən kimi qaşındırıcı təsir göstərir. Gözyaşardıcı və ya lakrimator(yunanca lakrime-göz yaşı) zəhərləyici maddələr gözlərin həssas sinir uclarını, burunun selikli qişalarını qıcıqlandırır, bu isə gözdən yaş axması, bəbəklərin spazması, burundan güclü selik axması ilə nəticələnir. Belə maddələrdən əsasları xlorasetofenon və brombenzilsianiddir. Xlorasetofenon bənövşə və ya meşəgilası iyi verən bərk kristal maddədir. Suda hətta qaynadılarkən də dağılmır. Müsbət 20C-də buxarlanır. Yayda ərazidə bir neçə gün təsirini saxlayır. Brombenzilsianid acı, badam iyli, rəngiz, yaxud sarımtıl kristal maddədir. Suda, demək olar ki, həll olmur. Torpaqda bir ayadək qala bilər. Psixokimyəvi ZM lər Bi-Zet, Meskoin, Lizergin turşusunun törəmələri. Bu ZM lərdən istifadə düşmən ordusuna psixi problemlər yaşadır. Tənəffüs üzvləri ilə prqanizmə təsir edir. İnsanların sinir sisteminin 12 saatdan 5 günə kimi pozulmasına səbəb olur. Belə halda insanlar yaddaşını, məsuliyyət hissini, mənliyini itirir, qorxu hiss edir.


Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin