1. Mülki müdafiənin yaranma tarixi rolu və vəzifələri


) Karantin və observasiya



Yüklə 335,33 Kb.
səhifə87/106
tarix04.04.2022
ölçüsü335,33 Kb.
#54696
1   ...   83   84   85   86   87   88   89   90   ...   106
null

50) Karantin və observasiya

Bioloji (bakterioloji) silah-zədələyici təsirinin əsasını bakterial vasitələr təşkil edir. Bakterial vasitələr təhlükəli yolxucu xəstəliklər törədən mikroblara,bakteriyalara, viruslar, göbələklər və bir sıra mikrobların yaratdığı toksinlərə (zəhərlərə) deyilir. Düşmən bakterial vasitələri təyyarə bombalarında, raketlərdə və içərisinə maye, yaxud quru halda mikroblar və toksin qatılığı doldurulmuş xüsusi konteynerlərdə və cihazlarda ata bilər. Onları zəhərlənmiş daşıyıcılar – həşaratlar, gənələr, gəmiricilər yayabilər. Bakterioloji silahın tətbiqi nəticəsində bakterioloji zədələnmə ocağı yaranıb. Bakterioloji zədələnmə ocağı o ocağa deyilir ki, orada bu silahın tətbiqi nəticəsində insan, heyvan və bitki tələfatı olsun.Bu ocaq yaranan yerdə dərhal karantin və observasiya rejimləri tətbiq edilir.Karantin rejimi – yoluxma ocağının ətrafındakı əhalini tam surətdə təcrid edilməsini nəzərdə tutur və yoluxucu xəstəliklərin yayılmasına yol verməmək məqsədilə həyata keçirilir. Karantin zonasının xarici hüdudlarında silahlı mühafizəçilər qoyulur, patrul xidməti və hərəkətin nizamlanması işi təşkil edilir. Karantin rayonundan adamların, heyvanların və əşyaların çıxarılması qadağan olunur. Belə əraziyə girməyi MM rəisinin sərəncamı ilə yanaşı xüsusi MM dəstələrinin və bəzi nəqliyyat növlərinə icazə verilir.Karantin zonasında əha­linin mənzillərindən və həyət­lərindən kənara çıxmasına icazə verilmir. ərzaq malları, su, vacib şeylər əhalinin mənzillərinə gətirilir. Ümumiyyətlə karantin bakterioloji ocağın ləğv olunmasına yönəldilmiş epidemiya əleyhinə tədbirlər kompleksinə deyilir. əsas tədbir əraziyə giriş və çıxışın qadağan olunmasıdır. Bakterioloji yoluxma ocağının ərazisindəki əhali, fəhlə və qulluqçular hökmən fərdi mühafizə vasitələrində olmalıdırlar.Müəyyən edilmiş xəstəlik törədicisi növü xüsusi qorxulu xəstəlik törədicilər qrupuna aid olmadığı hallarda karantin observasiya rejimi ilə əvəz oluna bilər. Həm də ərazidə tam dezinfeksiya və əhalinin tam sanitar təmizlənmədən keçdikdən sonra karantin rejimi observasiya rejimi ilə əvəz oluna bilər.Observasiya -zəhərlənmə ocağının tibbi nəzarət altında saxlanmasını və lazım müalicə-profilaktik tədbirlərin görülməsini nəzərdə tutur.Observasiya zamanı təcridetmə-məhdudlaşdırma rejimi karantindəkinə nisbətən zəif olur.Karantin və observasiya zonalarında bu rejimlər qoyulan andan etibarən dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılır. Dezinfeksiyadan məqsəd-adamların normal fəaliyyəti və burada təhlükəsiz qala bilmələri üçün ətraf mühitdəki əşyaları zərərsizləşdirməkdir. Həkimlərin və ya başqa tibb işçilərinin göstərişi ilə yaşayış yerini, ictimai istifadə yerlərini, yeyinti məhsullarını, suyu, qab-qacağı, paltarları, ayaqqabıları, yorğan- döşəyi, mebelləri dezinfeksiya etmək lazımdır. Dezinfeksiya həm infeksiya ocağında, həm də profilaktika məqsədilə aparılır. Dezinfeksiya üçün xlorlu əhəng, xloramin, fenol, formalin və s. istifadə olunur. Eyni zamanda qaynatma, yandırma və isti buxardan da istifadə olunur.

Dezinfeksiyanın xüsusi növləri sayılan - dezinseksiya- yoluxucu xəstəlik yayan həşəratların və gənələrin məhv edilməsi və deratizasiya epidemoloji cəhətdən təhlükəli törədən gəmiricilərin məhv edilməsinə deyilir. Dezinseksiyanın 3 üsulu var: Fiziki, kimyəvi, bioloji




Yüklə 335,33 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin