5.Mülki Müdafiənin əsas vəzifələri
Mülki müdafiə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılan tədbirlər sistemidir. Mülki müdafiə həyatı, gələcək nəsillərin və ətraf mühitin təhlükəsiliyini təmin edir.Mülki müdafiə II dunya müharibəsindən sonra hərbi işdə baş verən elmi-texniki inqilabla əlaqədar meydana çıxmış və 1932-ci ildən mövcud olan hava hücumundan Yerli Müdafiənin əvəzində 1961-ci ildə yaradılmışdır. 1998-ci il aprelin 18-də 700 saylı fərmanla Heydər Əliyev tərəfindən təsdiq edilib.
Mülki müdafiənin əsas vəzifələri bunlardır:
Əhalini hər şeydən əvvəl nüvə silahından, eləcə də kimyəvi və bakterioloji silahlardan qorunması tədbirlərini həyata keçirmək;
Zədələnmə ocaqlarında xilasetmə və təxirəsalınmaz qəza-bərpaetmə işlərini aparmaq;
Zədələnənlərə tibbi yardımın göstərilməsi və düşmən hücumunun nəticələrini aradan qaldırmaq;
İnsanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhaliyə vaxtında xəbərdarlıq etmək;
Əhalini fərdi və kollektiv mühafizə vasitələri ilə təmin etmək;
Fövqəladə hadisələr baş vermiş ərazidən əhalini köçürmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ictimai asayişin bərpa olunması və qorunmasına yardım etmək, bitki və heyvanları xilas etmək üçün tədbirlər görmək;
Həyatı əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək;
Fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımı tədbirləri həyata keçirmək;
Əhalinin və ərazinin FH-dən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək və s.
Dinc və müharibə dövründə FH-dən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək.
Dostları ilə paylaş: |