Radiasiya qəzaları radioaktiv maddələrin ətrafa yayılmasıdır. Bunun əsas mənbəyi nüvə silahı istifadəsi və elektrik stansiyasında baş verən qəzalardır. Radioaktiv maddələrlə yoluxmuş ərazidə ağzı və burnu yaylıqla örtmək (yaylıq isladılsa yaxşı olar) yaxındakı hər hansı binaya girərək təhlükənin sovuşduğu barədə siqnal yaxud köçürmə barədə sərəncam verilənədək burada qalmaq lazımdır.
10.Fövqəladə halların təsnifatı və xarakteristikası.
Fövqəladə hadisə-insan tələfatına,insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına,əhəmiyyətli maddi itkilərə və insanın həyat fəaliyyətinin şəraitinin pozulmasına səbəb ola biləcək və ya olmuş hərbi əməliyyatlar,qəza,təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir.
Təhlükəli hadisələr həm təbbi, həm də insan mənşəli ola bilər. Fövqəlaqdə hadisələr nəticəsində yaranmış və müəyyən müddət davam edən əlverişsiz şərait Fövqəladə Hal adlanır. FH-tiplərinə, növlərinə, miqyasına və s. görə təsnif edilir.Fövqəladə halları 2 növə ayırmaq olar.1.Münaqişəli 2.Münaqişəsiz
Dostları ilə paylaş: |