Lokal (qismi) hadisələr - iş yerindən, mənzildən kənara yayılmır. Zərərçəkənlərin sayı 10 nəfəri keçmir.
Obyekt miqyaslı hadisələr- sənaye obyektində, bina və ya qurğu hüdudlarında məhdudlaşır. Həlak olanların sayı 10 nəfərə qədər, zərər çəkən əhalinin sayı 100-dən 1000-ə qədərdir.
Yerli hadisələr - ancaq yaşayış məntəqəsinin, təkcə bir şəhərin və ya kənd təsərrüfatı müəssisəsinin ərazisində özünü göstərir. Həlak olanların sayı 100-dən 1000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 10.000-dən 125.000-ə qədərdir. Regional fövqəladə hadisə - bir neçə sənaye və ya kənd təsərrüfatı rayonlarını, bütünlüklə şəhəri və onun ətraflarını əhatə edir. Həlak olanların sayı 1.000-dən 25.000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 125.000-dən 500.000-ə qədərdir. Dövlət əhəmiyyətli (milli miqyaslı) fövqəladə hadisələr – respublikanın xeyli ərazilərini əhatə edən, lakin dövlətin inzibati sərhədlərindən kənara çıxmayan hadisələrə deyilir. Həlak olanların sayı 25.000-dən 1.000.000 nəfərə qədər, zərər çəkən əhalinin sayı 500.000-dən 20.000.000-a qədərdir.