14.Dini etnik təlimlərdə multikulturalizm Zərdüştilik. Bu dinin banisi Zərdüştün anadan olduğu yer, həyat və fəaliyyət zamanı məsələsi onu tədqiq edən alimlər üçün uzun müddət qaranlıq qalmış və indi də tam aydınlaşmır. Orta əsrlərin bir çox müsəlman müəllifləri, eləcə də Əbu Reyhan Biruni (973-1048/50) bu peyğəmbərin vətəninin Azərbaycan olduğunu demişlər. İngilis şərqşünası Cekson da bu fikirdədir. Onun təsdiq etdiyinə görə, bu peyğəmbərin anadan olduğu, uşaqlığını və gəncliyini keçirtdiyi yer Azərbaycandakı Savalan ətrafıdır. Azərbaycanda manilik. Qeyd etmək lazımdır ki, artıq b.e. I minilliyin ilk əsrlərində Qərbi Midiyanın (yaxud o zaman adlandırıldığı kimi, Atropaten Midiyasının) vilayətlərində o dövr üçün səciyyəvi olan ictimai ədalətlə səciyyələnən dini-etik təlimlər geniş yayılmışdı. Azərbaycanda da yayılmış belə təlimlərdən birinin banisi Mani hesab olunur. Manilik adı almış dini hərəkat onun adı ilə bağlıdır. Bu təlim rəsmi zərdüştiliyə qarşı yönəlmişdi, odur ki, zərdüştilik onu küfr (kafirlik, dinsizlik) hesab edirdi. Nəqqaş Maninin öz şəxsiyyəti çoxcəhətli olmuşdur. Bəzi məlumatlara görə, onun yaşadığı dövr 216/217-ci illərdən 274/276-cı illərədək olan fasilədə tərəddüd edir. Bu tarixi 240-274-cü illər olaraq göstərməklə onun cəmi 34 yaşyaşadığını bildirən müəlliflər də vardır. Onu istedadlı rəssam, filosof və mühəndis kimi tanıyırdılar. Rəsmi olaraq tanınmış manilik təliminin tarixi də elə həmin zamandan başlayır. Bundaqn başqa o “Sirlər kitabı”, “İki prinsip haqqında kitab”, “Praqmataya” (“Nəsihətnamə”), “İncil” adlı əsərlərində də özünün yeni təlimini şərh etmişdir. Manilik zərdüştilikdən ardıcıl dualizmi ilə fərqlənirdi. Maniliyə görə, Xeyir və Şər (Nur və Zülmət) hər ikisi ilkindirMani öz dinini yeganə düzgün, hamı üçün ümumi, bütün mövcud dinləri əvəz edən bir din sayırdı. Guya elə Mani özü də bu dünyaya məhz bu məqsədlə – bütün dinləri birləşdirib bir din etməyə göndərilmişdir.
15)Azərbaycanda İslamın yayılması və İslamda tolerantlıq. Azərbaycanda islam dininin yayılmağa başlaması ərəb fəthləri ilə bağlıdır. Ərəb işğalları ərəfəsində Azərbaycanda dini mənzərə Olduqca mürəkkəb idi. Ərəb istilaları isə bu mənzərəni köklü şəkildə dəyişərək Azərbaycanlıları birləşdirəcək, onların milli şüurunun, mənəvi dəyərlərinin Formalaşmasında əhəmiyyətli rol oynayacaq yeni dinin – islamın yayılmasına Səbəb oldu. Azərbaycan torpaqlarında Ərəb xilafətinin hökmranlığının bərqərar Olması barədə bəhs etdikdən sonra ərəblərin özləri ilə gətirdikləri yeni dinin – İslamın ölkəmizdə yayılma prosesi və səbəblərinə nəzər yetirmək lazımdır. İslamın Azərbaycanda yayılma xəritəsinə baxdıqda görürük ki, bu din Atəşpərəstliyin və çoxtanrılı inancların hakim olduğu Cənubi Azərbaycanda, Eləcə də Şimali Azərbaycanın düzənlik yerlərində sürətlə yayılırdı. Şimali Azərbaycanın dağlıq və dağətəyi bölgələrində, yəni xristianlığın yayıldığı Regionlarda İslam dininin mövqeyi zəif idi. Bu onunla izah olunur ki, ərəblər İşğal etdikləri ölkələrdə, o sıradan Azərbaycanda “kitab əhli”nə (“əhli-kitab”), Yəni “Tövrat”, “Zəbur”, “İncil” kimi müqəddəs kitabları qəbul edən yəhudi və Xristianların etiqadlarına hörmətlə yanaşırdılar. Odur ki, xristianlıq ölkəmizin Dağlıq və dağətəyi hissələrində öz mövcudluğunu qoruya bildi. Əhli-kitab”dan fərqli olaraq, digər etiqadların mənsubları, o cümlədən Atəşpərəst və bütpərəstlər ərəblər tərəfindən təzyiq və təqiblərə məruz qalırdı. Bu səbəbdən Cənubi Azərbaycan, eləcə də Şimali Azərbaycanın düzənlik ərazilərində islam hakim dinə çevrildi. Lakin məşhur rus şərqşünası Vasili Bartoldun fikrincə, ərəblər atəşpərəstlərə belə toxunmamış və onlar arasında İslamı sülh yolu ilə yaymışlar. İslamın yayılma səbəbini təkcə müsəlmanların başqa dinlərin mənsublarına Göstərdikləri münasibət kontekstində izah etmək də doğru deyildir. İslamın Regionda uğur qazanması müxtəlif səbəblərlə bağlıdır. Belə ki, ərəblərin Hücumlarına qədər Azərbaycan əhalisi Sasani-Bizans müharibələrindən, Xəzərlərin basqınlarından çox əziyyət çəkirdi. Habelə yerli əhali Sasanilər Dövləti tərəfindən yığılan ağır vergilərdən təngə gəlmişdi. Ağır vergilər altında əzilən və aramsız müharibələrdən bezən əhali yeni din gətirərək asayiş və səadət vəd edən ərəblərə inam və ümid bəsləyirdi. Çünki ərəblər ilk vaxtlar fəth olunmuş ərazilərdə vergi aldıqdan sonra əhalinin dini etiqadına, adət-ənənələrinə toxunmur və mümkün qədər insanların əmin-amanlığını qoruyurdular. Həmçinin ilk dörd xəlifə dövründə verginin miqdarı Sasanilərin aldıqları vergidən xeyli aşağı idi. Sasanilərdən fərqli olaraq, ərəblər vergini tək-tək şəxslərdən deyil, bütün ölkədən alırdılar. Qeyd olunanlar nəticədə yerli əhalidə islama rəğbət hissi oyadırdı.Beləliklə, müxtəlif amillər səbəbilə, o cümlədən özündə mütərəqqi ideyalar ehtiva etdiyi üçün islam dini Azərbaycanda yayıldı, tarix səhnəsindən əvvəlki inancları sıxışdırıb çıxararaq xalqımızın qəlbində xüsusi yer tutdu. İslama görə tolerantlıq müxtəlif inanclı insanlar arasında bir körpüdür. Allah belə buyurur: “Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq...” (“Hucurat” surəsi, 13). İnsanların bir-birini tanıması, qarşılıqlı münasibətlərinin formalaşmasının əsası tolerantlıqdan keçir. İslam dinində tolerantlıq dinin əsas ünsürü kimi qəbul edilir. İslamın birinci əsas mənbəyi olan Quranda Uca Allah belə buyurur: “Sizin dininiz sizə, mənim dinim mənə aiddir” (“Kafirun” surəsi, 6). Quran tolerant olmaq üçün ədalətli olmağımızı əmr edir: “Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun...” (“Ənam” surəsi, 152).İslamı insanlara çatdıran Hz.Muhəmməd (s) peyğəmbər bütün müsəlmanlara, xüsusilə idarəçilərə belə buyurub: “Kim müsəlman olmayan əhalidən birinə zülm edərsə, onların haqqını qiyamət günü mən müdafiə edəcəyəm”, “Kim bir zimmiyə zülm edər, yaxud ona daşımaqdan aciz olduğu bir yük yükləyərsə, onun haqqını azaldar və ya istəyi olmadan bir şeyini alarsa, mən həmin adamın düşməniyəm”.”Bir müsəlmana, yaxud zimmiyə qəsdən zərər verən şəxs lənətlənib”. Hz.Muhəmməd başqa bir hədisində də bunları bildirib: “Allah qiyamət günündə insanlara əziyyət edənlərə əziyyət edəcəkdir”. Budur Hz.Muhəmmədin tolerantlığı.