1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7


: Avropa ölkələrində ( Böyük Britaniya, Almaniya, Fransa da) multikulturalizm



Yüklə 89,96 Kb.
səhifə9/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
1   ...   5   6   7   8   9   10   11   12   ...   25
multikulturalizmin imtahan cavablarıı..

19: Avropa ölkələrində ( Böyük Britaniya, Almaniya, Fransa da) multikulturalizm:
Multikulturalizmin Britaniya modeli :Müasir Avropada etnik-siyasi münasibətlərin Tənzimlənməsi istiqamətində gərginlik yaşayan Ölkələrdən daha biri Böyük Britaniyadır.Böyük Britaniyanın 65 milyonluq əhalisi ən müxtəlif millətlərlə və Etnoslarla təmsil olunur. Bu rəqəmlər Böyük Britaniyada olan etnik-mədəni və linqvistik Mənzərənin necə mürəkkəb bir xarakterə malik olduğunu bütün reallığı İlə ifadə edir.Böyük Britaniyada reallaşdırılan genetik tədqiqatlar sübut etmişdir ki, Müasir britaniya genlərinin 50%-ni german Y-xromosomları təşkil edir. Böyük Britaniyanın ərazisində XX əsrdə, eləcə də XXI əsrin əvvəllərində Asiyadan və Afrikadan köçüb gəlmiş miqrantlardan başqa, XVIII-XIX əsrlərdən burada yaşayan qaradərili, çinli və digər icmalar da mövcuddur.Bu gün təkcə paytaxt London əhalisinin 30,4%-ni, Lester əhalisinin isə 37,4%-ni Avropalı və Britaniyalı olmayan əhali təşkil edir.Böyük Britaniyada ingilis dili faktiki olaraq (de-fakto) rəsmi dil kimi qəbul olunsa da, ölkədə daha dörd qədim kelt dilindən – valli, irland, şotland və korn dillərindən istifadə olunur.Ölkə məktəblərində ingilis dili ilə yanaşı digər dillər, latın, şotland, valli, irland, həmçinin alman və fransız dilləri öyrədilir.1997-ci ildə Böyük Britaniyada siyasi hakimiyyətə gəlmiş leyborist partiyasının nümayəndəsi Toni Bler multikulturalizmi milli siyasət elan etmişdi. Lakin, terror nəticəsi isə Britaniya rəsmisinin (Devid Kemeron) 2011-ci ildə yüksək tribunadan “multikulturalizmi iflasa uğramış siyasət” elan etməsi oldu. Qeyd etmək lazımdır ki, Londonda terror aktları 2015-ci, 2016-cı və 2017-ci il illərdə dəfələrlə təkrar olunmuşdur.Buna baxmayaraq, bu gün Böyük Britaniya cəmiyyəti Avropada və dünyada ən tolerant və multikultural cəmiyyətlərdən biri kimi tanınır.Almaniyada Multikulturalizm:Almaniyanın paytaxtı Berlin şəhərində yerləşən Berlin-Brandenburq Elmlər Akademiyasında “Azərbaycanda multikulturalizm və dinlərarası dialoq: tarixi təcrübə və gələcəyin cəmiyyət modeli” başlıqlı simpozium keçirilib. Simpozium Azərbaycanın AFR-dəki Səfirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Alman-Azərbaycan Forumu və Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrasının birgə təşkilatçılığı ilə baş tutub.Fransada multikulturalizm:Fransanın Müluz şəhərindəki Yuxarı Alzas Universitetində fəaliyyət göstərən Nizami Gəncəvi kafedrası “Multikulturalizm, mədəniyyətlərarası dialoq, mürəkkəb kimlik: Qafqaz nümunəsi” adlı elmi kollokvium təşkil edib. Kollokviumda ABŞ, Fransa, Türkiyə, Türkmənistan, Qazaxıstan, Rumıniya, Rusiya və Azərbaycandan olan mütəxəssislər iştirak ediblər.Tədbiri açıq elan edən Yuxarı Alzas Universitetinin dil, ədəbiyyat və humanitar elmlər fakültəsinin dekanı və Nizami Gəncəvi kafedrasının müdiri Qreta Komur-Tilua kollokviumun “Kitabi-Dədə Qorqud” dastanı və Nizami Gəncəvinin əsərləri əsasında Azərbaycan multikulturalizminə həsr edildiyini bildirib.
20.Qərb ölkələrində etnik mədəni müxtəlifliyin yaranmasında immiqrasiyanın rolu.
Ümumiyyətlə avropada multikulturalizmin iki əsas qaynağı vardır. Birincisi milli azlıqlar. İkincisi isə immiqrantlardır. Bu kontekstdə immiqrantlar üçün multikulturalizm siyasi gücə, istisadi fürsətlərə və vətandaşlığa keçmə kimi imkanları özündə ehtiva edir. İctimai şüur immiqrantların cəmiyyətə daha inteqrasiya olmaları üçün əhəmiyyətli məsələ üzərində durur və bəzi əsas prinsipləri önə sürür. Öncəliklə iş mövzusu inteqrasiyanın əsas parçasıdır. İkincisi inteqrasiya azadlıq, demokratiya, insan hüquqlarına hörmət, bərabərhüquqlu və hüququn üstünlüyü prinsipləri kimi əsas liberal-demokrat dəyərlərə ehtiramı vacib hala gətirir. Üçüncüsü yaşadığı cəmiyyətin dili, tarixi və qurumları barəsində əsaslı məlumatlar inteqrasiyanı labüd halıdır. Dördüncüsü, ayrıseçkilikə qarşı qanunlar və siyasətlər daha yaxşı bir inteqrasiya üçün əsasdır. İmmiqrantlar üçün multikultural vətəndaşlıq açıq şəkildə yerli xalqlar və milli azlıqlar üçün eyni növ haqq iddialarını ehtiva etməz. İmmiqrantlar ümumi mənada torpaq haqları və ya rəsmi dil muxtariyyəti kimi statusları tələb etməzlər. Bu mənada bəzi avropa ölkələrində müvəqqəti immiqrant modeli mövcuddur. Qalıcı immiqrant modeli isə bundan fərqlidir. Rəsmi statistikaya görə Avropada 21 milyondan çox immiqrant mövcuddur. Bunun 4/3-ü Almanyada (7 milyondan çox), Fransada 3 milyondan çox, İngiltərədə 2 milyondan çox, İsveçrədə 1 milyondan çox və İtaliyada 1 milyondan çoxdur. Bu beş avropa ölkəsində immiqrantlar daha çoxluq təşkil edir.İsveçdə immiqrantlar inteqrasiya proqramında iştirak etməzlər isə aldıqları sosial haqqlar və faydalar azaldılmaqda və ya ləğv edilməkdədir. Ancaq bu proqramlarda iştirak etmə yaşama hüququ və ya vətandaşlığa keçmə ilə əlaqəli bir şəkildə həyata keçirilir. Miqrasiya ilə bağlı proqramlarda federal və əyalət hökümətləri inteqrasiya prosesi və artırılmış dil tətbiq etmə kurslarını həm sadə, həm də yüksək səviyyədə təqdim edərək dil qabiliyyəti tələb edən işlərin tapılmasında da köməklik edirlər. Məsələn, 2010-11-ci illərdə bu proqramla bağlı Kanada höküməti 1 milyard Kanada dolları xərcləmişdir. Kanadada ingilis və ya fransız dilini bilmək şərtdir. 1914-cü il tarixli Vətandaşılğa Qəbul Edilmə Qanununa (The naturalization act of 1914) istinad edir. İmiqrantlar ile bağlı hal-hazırda inkişaf etmiş ölkələr dil səviyyəsini yüksək tutaraq vətəndaşlıq almaları üçün bəzi problemlərin ortaya çıxmasına səbəb olurlar. Almanya və Fransada vətandaş olmaq üçün immiqrantlar etnik kimlikləri və dini dəyərləri əlaqələrini müəyyən ölçüdə kəsməli və ya rədd etməlidirlər. İmmiqrantlar bəzi ölkələrdə problem olaraq görünür. Kanada və Avstraliada isə dövlət özü bunları seçib alır. Bəzi məqamlarda isə immiqrantların iqtisadi çətinliklər və öz ölkəsində zülmə məruz qalmalarını bəhanə edərək, yalandan söyləyərək ölkəyə gəlməsi əxlaqi baxımdan onların qəbul edilməsinə etiraz edilir. Eyni zamanda qanuni və etik baxımdan gəlmək istəyənlərin yerlərini də bu şəxslər alır. Ümumiyyətlə son on ildə Belçika, Finlandiya, Yunanıstan, Norveç, Portuqaliya, İspaniya və İsveç kimi ölkələrdə multikulturalizm siyasəti güclənmişdir. Avropa ölkələrində multikulturalizm birbaşa immiqrantlarla bağlıdır və daha çox bu istiqamətdə anlaşılır

Yüklə 89,96 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin