1 Multikulturalizm fənninin məqsəd və vəzifələri. Və 7


İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında beynəlxalq konvensiya



Yüklə 89,96 Kb.
səhifə12/25
tarix18.12.2022
ölçüsü89,96 Kb.
#76099
1   ...   8   9   10   11   12   13   14   15   ...   25
multikulturalizmin imtahan cavablarıı..

29.İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında beynəlxalq konvensiya.
İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında konvensiya BMT-nin insan hüquqları ilə bağlı olan ən mühüm konvensiyalarından biridir və milli, irqi, cinsi eləcədə etnik ayrı-seçkiliyə qarşı yönəlmişdir.Bu konvensiya 21 dekabr 1965-ci ildə qəbul olunmuş və 4 yanvar 1969-cu ildə isə qüvvəyə minmişdir.2015-ci ildə artıq 177 dövlət tərəfində ratifikasiya (təsdiq) olunmuşdur.Bu konvensiya Azərbaycan Respublikası prezidentinin 31 may 1996-cı il 95 İC nömrəli qanunu ilə təsdiq olunmuş və qüvvəyə minmişdir.İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında konvensiya bütün dünyada irqi ayrı-seçkiliyin bütün formalarının tezliklə ləğv edilməsi və şəxsiyətin, insan ləyaqətinin tezliklə dərk edilməsi məqsədi güdür.Konvensiyanın 1-ci maddəsində açıq şəkildə qeyd olunur ki, “bu konvensiyada irqi ayrı-seçkilik ifadəsi məqsədi, yaxud nəticəsi siyasi, iqtisadi, sosial, mədəni və ictimai həyatın digər sahəsində insan hüquq və azadlıqlarının bərabər əsasda tanınmasını, ifadə olunmasını, yaxud həyata keçirilməsini ləğv etmək və ya pisləşdirmək olan, irqi, dərinin rəngi, nəsil və yaxud etnik mənşə əlamətlərinə əsaslanan hər hansı fərqləndirməni, istisnanı, məhdudiyyəti, yaxud tutmanı bildirir.Eyni zamanda qeyd olunur ki, bu konvensiya onun iştirakçısı olan dövlətlərin, öz vətəndaşları ilə onların vətəndaşları olmayanlar arasında qoyduğu fərqlərə, istisna və məhdudiyyətlərə yaxud üstün tutmalara şamil edilmir.Bu konvensiyada öz əksini tapmiş ideya və prinsiplər Azərbaycan Respublikasının həyata keçirdiyi siyasətin əsas xəttlərindəndir.Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində “Milli Fəaliyyət Proqramı”təsdiq edilmişdir.İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında Konvensiyada öz əksini tapmış hüquqların milli qanunvericilikdə daha səmərəli qorunması ilə bağlı “Milli Fəaliyyət Proqramı”nın 1.1 və 1.2-ci bəndləri xüsusi qeyd edilməlidir.Sözugedən proqramın 1.1-ci bəndində Azərbaycan Respublikası qanunları layihələrinin hazırlanması zamanı Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması təsbit edilmişdir.”Milli Fəaliyyət Proqramının”1.2 –ci bəndində isə Azərbaycan Respublikasının tərəfdar çıxdığı insan hüquqları və azadlıqlarına dair beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin həyata keçirilməsi və Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi özəksini tapmışdır.İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması haqqında Beynəlxalq Konvensiya əsaslanan “bərabərlik hüququ” Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində, Cinayət Məcəlləsində, Cinayət Prossesual Məcəllədə, Mülki Prossesual Məcəllədə, Ailə, Əmək məcəllələrində və digər qanunvericilik aktlarında təsbit edilmişdir.Qeyd etmək lazımdır ki, şəxsin milliyətindən, irqindən, dinindən, dilindən, cinsiyyətindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olaraq hüquq və qanuni mənafelərinə zərər vurmağa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 109-cu (Təqib), 111-ci (irqi ayrı-seçkilik, aparteid), 154-cü (bərabərlik hüququnu pozma), 283-cü (milli, irqi və ya dini düşmənçiliyin salınması) maddələri ilə məsuliyyət nəzərdə tutulur.Yeri gəlmişkən Cinayət Məcəlləsinin 283-cü maddəsi dövlət əlehinə olan cinayət kimi qiymətləndirilir.Azərbaycan Respublikasının 25 avqust 2000-ci il tarixli 387 nömrəli fərmanının 7-ci bəndinin 2ci hissəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsi üzrə ibtidai istintaqınaparılması səlahiyyəti Milli Təhlükəsizlik Nazirliyinə həvalə olunmuşdur.Onu da qeyd etmək lazımdır ki, 2009-cu il avqust və 2013-cü il avqust tarixləri ərzində 283-cü maddə üzrə MTN İstintaq Baş İdarəsinin icraatında cəmi bir cinayət işi olmuşdur. (Süleymanov Abgül Nemət oğlunun təqsirləndirilməsinə dair).Bu konvensiya əsasında irqi ayrı-seçkiliyin ləğvi üzrə komitə yaradılmışdır.O, iştirakçı dövlər tərəfindən seçilən 18 ekspertdən ibarət tərkibdə fəaliyyət göstərir.Bir məqam diqqəti çəkir ki, bu komitənin səlahiyyətləri insan hüquqları komitəsinin səlahiyyətləri ilə üst-üstə düşür.Mühüm fərq ondan ibarətdir ki, 1963-cü il konvensiyasında nəzərdə tutulmuş dövlətlərarası şikayət proseduru məcburi xarakter daşıyır.Bu o deməkdir ki, komitənin müvafiq səlahiyyətini tanımaq barədə heç bir ilkin bəyanat vermədən istənilən iştirakçı dövlət, öz ərazisində irqi ayrı-seçkiliyə yol verən başqa bir iştirakçı dövlətə qarşı komitəyə ərizə ilə müraciət edə bilər.
30. Avropa Şurasının “Milli azlıqların hüquqlarının müdafiəsi haqqında “ Çərçivə Konvensiyası.
Azərbaycan Respublikası 2000-ci il iyun ayının 13-də Avropa Şurasının “Milli azlıqların hüquqlarının müdafiəsi haqqında” Çərçivə Konvensiyasına qoşuldu. “Milli azlıqların hüquqlarının müdafiəsi haqqında” Çərçivə Konvensiyası milli azlıqların hüquqlarının müdafiəsinə yönələn ilk beynəlxalq müqavilədir və milli azlıqların mövcudluğunu, onların mədəniyyət və identikliyini ən yüksək səviyyədə qorunması üçün, yalnız bilinən təməl hüquqlar (fikir azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, sərbəst toplaşma azadlığı və.s), eləcə də diskriminasiyanın qadağan Olunmasını nəzərdə tutmur. Bu cür təməl hüquqlar 1948-ci il İnsan Hüquqları haqqında Beynəlxalq Konvenisya ilə də tənzim olunur. Konvensiyada eyni zamanda yalnız milli azlıqlara şamil olunan qarant hüquqlar da müəyyən edilmişdir. Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyanın Qəbul olunmasında qarşıya qoyulan məqsəd, milli azlıqların tam vəHəqiqi bərabərliyini təmin etmək, həmçinin hüququn aliliyi, ərazi bütövlüyü və milli suverenlik prinsiplərinə hörmət çərçivəsində öz milli Fərdiliyini ifadə etmək, qorumaq və inkişaf etdirməyə imkan verən şəraitin yaradılmasıdır. Konvensiyada nəzərdə tutulan ən mühüm müddəalardan biri ondan ibarətdir ki, onu qəbul edən dövlətlər öz üzərilərinə hər hansı bir şəxsin iradəsi əleyhinə assimilyasiya siyasətinin həyata keçirilməməsi öhdəliyini götürürlər. 3-cü maddədə açıq şəkildə qeyd olunur ki, hər bir milli azlığa məxsus şəxs ona bu cür baxılmasını və ya baxılmamasını müəyyən etmək hüququna malikdir vəBu seçim və ya bu seçimlə bağlı hüquqların həyata keçirilməsi həmin şəxsi alçaltmamalıdır. Konvensiyanın qəbul olunmasında əsas məqsəd aşağıdakılardan İbarətdir:
Mədəni özünüifadə müxtəlifliyini qorumaq və təşviq etmək;
Müxtəlif mədəniyyətlərin çiçəklənməsi və qarşılıqlı səmərəli tərzdə bir-birinə sərbəst təsiri üçün şərait yaratmaq;
Mədəniyyətlərarası hörmət və sülh mədəniyyəti naminə.Bütün dünyada geniş və tarazlı mədəni münasibətləri Təmin etmək üçün mədəniyyətlərarası dialoqu təşviq etmək;
Mədəni özünüifadə müxtəlifliyni qorumaq və təşviq etmək sahəsində, xüsusi ilə inkişaf etməkdə olan ölkələrin imkanlarını genişləndirmək məqsədilə tərəfdaşlıq ruhunda beynəlxalq əməkdaşlıq və həmrəyliyi gücləndirmək və s.
31. .”UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya”
Mədəni müxtəliflik cəmiyyətin (insanlığın) ən mühüm əlamətlərindən biridir və cəmiyyətin qalıcı inkişfı üçün mühüm faktordur.Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və digər beynəlxalq sənədlərdə elan edilmiş insan hüquqlarının və əsas azadlıqlarının tam həyata keçirilməsi üçün mədəni müxtəlifliyin qorunmasının əhəmiyyəti danılmazdır.Bununla bağlı mədəni özünüifadə müxtəlifliyinin yox olma və ya ciddi ziyan çəkmək təhlükəsinə qarşı bu konvensiya çox mühüm əhəmiyyət kəsb edir.Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqinə dair Konvensiya 20 oktyabr 2005-ci ildə UNESCO-nun 33-cü sessiyasında qəbul olunmuş və 18 mart 2007-ci ildə qüvvəyə minmişdir.Azərbaycan Respublikası bu konvensiyaya 26 noyabr 2009-cu ildən qoşulmuşdur.Nədir mədəni müxtəliflik? Ayrı-ayrı qrupların və cəmiyyətlərin mədəniyyətlərinin öz ifadəsini tapdığı müxtəlif formalardır.Bu özünüifadə formaları qruplar və cəmiyyətlər arasında və onların daxilində ötürülür.Mədəni özünüifadə isə ayrı-ayrı fərdlərin, qrupların və ya cəmiyyətlərin yaradıcılığının nəticəsi olan və mədəni məzmun daşıyan özünüifadə nəzərdə tutulur.
Konvensiyanın qəbul olunmasında əsas məqsəd aşağıdakılardan ibarətdir.
1   ...   8   9   10   11   12   13   14   15   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin