235. Mürəkkəb halları sadələrə bölməyə imkan verir. Bu hansı metoddur?
A) Sistemli təhlil metodu
B) Müqayisə metodu
C) Dinamik metod
D) Dekompozisiya metodu
E) Məqsədlərin strukturlaşdırılması metodu
236. Xarici mühitə adaptasiya funksiyasını necə izah etmək olar?
A) təşkilatın ətraf mühitlə münasibətini yaxşılaşdıran tədbirləri əhatə edir
B) daxili əməliyyatlarda effektli inteqrasiyaya nail olmaq məqsədi ilə təşkilatın güclü və zəif tərəflərini əhatə edən fəaliyyətlərin koordinasiyasıdır
C) özündə fondlar, idarəetmə kadrları və texnoloji təcrübə kimi məhdud təşkilati resursların bölüşdürülməsini birləşdirir
D) keçmiş strateji qərarlardan bəhrələnərək yeni təşkilat yaradılması yolu ilə menecerlərin təfəkkür tərzinin müntəzəm olaraq inkişaf etdirilməsini nəzərdə tutan fəaliyyət başa düşülür
E) fərqli korporasiyalrın eyni xüsusiyyətləri olan subyektlər arasında mənəvi münasibətlərə baxılır
Dostları ilə paylaş: |