294. Kadrların seçilməsi prosesində birinci mərhələ hansıdır?
A) Namizədin şəxsi keyfiyyətini, keyfiyyət amillərini qiymətləndirmək
B) Müxtəlif namizədlərin məlumatların müqayisəsi və nəzərdə tutulan vəzifə üçün ən layiqlisinin seçilməsi
C) Məcmuu keyfiyyətlə namizədin yerinə yetirəcək vəzifə funksiyalarının müqayisəsi
D) Mümkün olan namizədlər haqqında məlumat toplamaq
E) İşçinin müvafiq vəzifəni icra etmək üçün yararlı olmasını müəyyənləşdirmək
295. Kadrlar seçilərkən bir neçə fizioloji tələblərin nəzərə alınmasına uyğun variant hansıdır?
A) işçi qüvvəsinin maddi stimulları, əmək bazarı problemləri, əmək kollektivlərinin təmin edilməsi
B) gözün tələb olunan görmə qabiliyyəti, qulağın tələb olunan eşitmə qabiliyyəti, fiziki və zehni fəaliyyətə, iş tempinə, rejiminə dözümlülük qabiliyyəti
C) sosial davranış, əmək davranışı, sosial qrup nəzəriyyələri, münaqişələr D) işçinin dəyərlər meyli, mentaliteti, ünsiyyəti və davranışının psixoanalizi, əmək fəaliyyətinin psixalogiyası
E) heyətin idarə edilməsinin müəyyən qanunlar, qaydalar çərçivəsində aparılması, əmək hüququ, tarif razılaşmaları, muzdlu işçi və iş verən arasındakı hüquqi münasibətlər
296. Kadr planlaşdırılması üçün zəruri tələbatlardan biri olan - birmənalılıq tələbatlara aid olan variant hansıdır?
A) Məlumatlar o şəkildə təqdim edilməlidir ki, başlıca məsələni tez müəyyən etmək və sözçülükdən qaçmaq mümkün olsun
B) Bu o deməkdir ki informasiyada yalnız o qədər və o həcmdə məlumatlar öz əksini tapmalıdır ki, bu məhz həmin situasiyanın tələb etdiyi qədər zəruri olsun
C) Məlumatlar müqayisə edilə bilən vahidlərlə təqdim edilməlidir və həm təşkilatın daxilində və həm də təşkilatdan kənardakı obyektlərlə müqayisə edilə bilən olmalıdır
D) Məlumatlar aydın olmalıdır və onların şərhi zamanı materialların semantik, sintatik və məntiqi birmənalılığını gözləmək lazımdır
E) Müxtəlif dövrlərdə kadrlar haqqında verilən məlumatlar eyni bir metodika ilə hesablanmalıdır və eyni formada təqdim edilməlidir
297. Əməyin təşkilinin kollektiv formasında fəhlələrin sosial fəallığı və işin nəticələrinə sosial nəzarət IV istiqamətdə neçə aparılır?
A) informasiyanın təhlili və ondan obyektiv nəticələr çıxarmaqla
B) faktiki vəziyyətin qəbul olunmuş norma və standartlarla müqayisəsi və onun əsasında hər kəsin ümumi əmək fəaliyyətində fərdi xidmətin müəyyən edilməsi ilə
C) briqada və onun üzvlərinin əmək davranışının tənzimlənməsi ilə
D) briqada üzvlərinin illik fəaliyyəti haqqında informasiya almaqla
E) briqada üzvlərinin gündəlik fəaliyyəti haqqında informasiya almaqla
298. Briqadalarda adətən əmək haqqının (qazancın) bölüşdürülməsində istifadə olunan formalar hansı variantda düzgün verilmişdir ?
A) brutto tarif dərəcəyə görə, yalnız işlənmiş vaxta görə,faktiki işlənmiş işə görə,şərti tarif dərəcələri və işlənmiş vaxta görə, (ƏİƏ) görə
B) tarif dərəcələri və işlənilmiş vaxta görə,yalnız işlənmiş vaxta görə,faktiki işlənmiş işə görə,şərti tarif dərəcələri və işlənmiş vaxta görə, brutto tarif tarif dərəcəyə görə C) nеtto tarif dərəcəyə görə, yalnız işlənmiş vaxta görə, faktiki işlənmiş işə görə, şərti tarif dərəcələri və işlənmiş vaxta görə, (ƏİƏ) görə
D) tarif dərəcələri və işlənilmiş vaxta görə, yalnız işlənmiş vaxta görə,faktiki işlənmiş işə görə,şərti tarif dərəcələri və işlənmiş vaxta görə, (ƏİƏ) görə
E) tarif dərəcələri və işlənilmiş vaxta görə,yalnız işlənmiş vaxta görə,faktiki işlənmiş işə görə,şərti tarif dərəcələri və işlənmiş vaxta görə, nеtto tarif dərəcəyə görə
299. Təşkilatın insanlarla qarşılıqlı əlaqəsinin mədəniyyət amili hansı variantda düzgün verilmişdir ?
A) təşkilat, cəmiyyət və insan qrupları tərəfindən formalaşdırılan mədəniyyətdir
B) bazar məhsul və xidmətllərin alqı-satqısına, mülkiyyət münasibətlərinə, alıcı və satıcının bərabər maraqlarına əsaslanır
C) istirahət və müalicə üçün putyovkaları müəyyən etməkdir
D) işçi-rəhbər münasibətləri, yuxarıdan insanlara təzyiq və maddi nemətlərin bölüşdürülməsinə nəzarəti də nəzərdə tutur
E) iş yerləri sayının işləməyənlərin sayı ilə tarazlaşdırılmasını müəyyən etməkdir
300. Təşkilatda heyətin idarə edilməsi sistemi özundə hansı sistemləri cəmləşdirir?
A) fərdi və aşağı rəhbərlik, həmçinin oxşar funksiyalar üzrə ixtisaslaşmış alt sistemləri
B) ümumi və orta rəhbərlik, həmçinin oxşar funksiyalar üzrə ixtisaslaşmış alt sistemləri
C) ümumi və xətti rəhbərlik, həmçinin oxşar funksiyalar üzrə ixtisaslaşmış alt sistemləri
D) ümumi və texniki rəhbərlik, həmçinin oxşar funksiyalar üzrə ixtisaslaşmış alt sistemləri
E) xüsusi və ali rəhbərlik, həmçinin oxşar funksiyalar üzrə ixtisaslaşmış alt sistemləri
Dostları ilə paylaş: |