24-25. Qoruyucu klapanlar
Nəfəsalma klapanı sıradan çıxdıqda və ya texnoloji rejim pozulduqda çəni əmələ gələn əlavə təzyiq və vakuumdan qorumaq üçündür. Hidravliki qoruyucu klapan daha geniş tətbiq olunur. Klapan 2000 PA (200mm su st.) əlavə təzyiqə və 300 Pa (30mm su st.) vakuuma hesablanır.Klapanın əsas elementi hidravliki örtgəc onun gövdəsinin 3 dibinə
tökülmüş donmayan və çox zəif buxarlanan maye(qatı transformator yağı) vasitəsilə yaradılmış hidravliki örtgəc və qapaqdır.
Neft çənində təzyiq yolverilə bilən qiymətdən çox olduqda hidravliki örtgəc mayesi daxili həlqəvi fəzadan xarici həlqəvi fəzaya sıxışdırılır və çəndəki qaz-hava qarışığı atmosferə çıxır. Çəndə vakuum olduqda isə hidravliki örtgəc mayesi daxili həlqəvi fəzaya sıxışdırılır. Mayenin qaz-hava qarışığı ilə aparılmasını azaltmaq məqsədilə qapaqda və boruda əksetdiricilər qoyulmuşdur. Klapana işçi maye tökmək üçün qıf və maye tökən zaman onun aşağı səviyyəsini, məhdudlaşdırmaq üçün boşaldıcı boru qoyulmuşdur. Mayenin səviyyəsinə şup vasitəsilə nəzarət edilir, maye tıxac vasitəsilə boşaldılır. Qoruyucu klapan, oddan qoruyucunun flənsinin üstünə qoyulur və dartıcılar 6 vasitəsilə çənin gövdəsinə bərkidilir.
Qoruyucu hidravlik klapanlar horizontal səviyyədə quraşdırılmalıdır. Mayenin qaz-hava qarışığı axını ilə aparılmasının qarşısını almaq üçün gövdənin yuxarı hissəsində xüsusi damcı tutan qoyulmuşdur.
Qoruyucu hidravlik klapan aşağıdakı şərtlərə görə hesablanır(şəkil 3.16):
Şəkil3.16. Qoruyucu hidravliki klapanın iş sxemi
a – çəndə əlavə təzyiq zamanı; b – çəndə vakuum təzyiqi zamanı;
v – çəndə təzyiq atmosfer təzyiqinə bərabər olan zaman.
Çəndə əlavə təzyiq olduqda klapanda hidravliki örtücün hündürlüyü
vakuumda isə
2)Maye ilə dolu olan qaz çıxışlarının en kəsik sahələri(F1 və F2) ştuserin en kəsiyi sahəsindən (f) çox olmalıdır. Bu tələb onunla izah olunur ki,hidravliki örtüc mayesindən keçən hava-qaz axını ilə aparılan mayenin miqdarı az olsun.
Hesabat üçün F1=3f və ya
Buradan D1=2d alınır.
d-ştuserin diametridir.
Onda
burada, pn-sıxışdırılan buxar hava qarışığının sıxlığı;
müvafiq olaraq, oddan qoruyucuda və klapanda hidravliki müqavimət əmsalları;
- hesabat təzyiq düşküsüdür ( )
-klapanın işləmə təzyiqinin hesabat təzyiq düşküsünə olan nisbətinə bərabər əmsaldır.(NDKM klapanı üçün Kc=0.75).
h-məsafəsini aşağıdakı şərtdən təyin etmək olar:
D1=2d olduğu üçün
Xarici tərpənməz silindrin diametri (D2)aşağıdakı şərtlə təyin edilir:
d və D1-in qiymətlərini bu bərabərlikdə yerinə yazsaq,
Daxili silindrin batma dərinliyi (hm) aşağıdakı şərtlə təyin edilir:
D1 və D2-nin qiymətlərini nəzərə almaqla
Dostları ilə paylaş: |