1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Orfoepiya təlimində istifadə edilən iş növləri və vasitələr



Yüklə 108,01 Kb.
səhifə24/52
tarix24.01.2023
ölçüsü108,01 Kb.
#80382
növüQaydalar
1   ...   20   21   22   23   24   25   26   27   ...   52
orfoqrafiya və orfoepiya-1

26. Orfoepiya təlimində istifadə edilən iş növləri və vasitələr
Orfoepiya və intonasiya üzrə vərdişlərin formalaşdırılması üçün ibtidai siniflərdə müxtəlif iş üsullarından istifadə olunur;

  • düzgün nitqi yamsılama (şagirdlərin düzgün nitq nümunələrini dinləmələri və yamsılamaları-imitasiya);

  • səsin tələffüz məxrəcinin izah olunması(ağızın, dodaqların vəziyyətini göstərməklə artikulyasiyanın başa salınması);

  • sözün hecalara ayrılması və hecalarla tələffüz üzrə məşq edilməsi;

  • şagirdlərin dinləmə və eşitmə qabiliyyətinin inkişaf etdirilməsi;

  • şagirdlərin maqnitafonun köməyilə öz tələffüzlərinə nəzarət etməsi;

  • düzgün tələffüz ilə səhv tələffüzün müqayisəsi;

  • orfoepik – orfoqrafik cədvəllərdən istifadə;

  • sözlərin fonetik, morfoloji, sintaktik, leksik təhlili;

  • görkəmli söz ustalarının lent yazılarının dinlənilməsi;

  • şeirlərin öyrədilməsi;

  • bədii parçaların ifadəli oxusu;

  • radio – televizor uşaq verlişlərindən bəhrələnmə;

  • orfoepiya üzrə kommentarili yazılar;

  • dərslikdəki mətnlərin ifadəli oxunması;

  • oxu prosesində intonasiya; durğu, fasilə, teatr, sürət və s. komponentlərə əməl olunması;

  • didaktik oyun – çalışmalardan istifadə olunması;

  • atalar sözü, tapmaca, yanıltmac və saymacalar vasitəsilə düzgün tələffüz qaydalarının yaradılmasına çalışmaq və s.

İbtidai siniflərdə ədəbi tələffüz vərdişlərinin aşılanmasında qeyd olunan iş növlərinin hər birinin müəyyən rolu vardır.


27 . Orfoepiya təlimində fəal təlim üsullarından istifadə.
Düzgün tələffüz üzrə iş apararkən fəal/İnteraktiv təlim üsullarından istifadə xüsusilə əhəmiyyətlidir.
Fəal/interaktiv təlimin müxtəlif üsulları vardır: klaster(şaxələndirmə); söz assosiasiyaları, beşliklər; kublaşdırma; konseptual cədvəl; T-sxemlər; Venn diaqramı; əqli hücum; insert; rollu oyunlar; diskussiya; tədqiqatçılıq metodu; debat, BİBÖ, anlayışın çıxarılması, qar topası, akvarium, auksion, morfoloji qutu, sinektika, kolba, iki hissəli gündəlik, ideyalar xalısı, qərarlar ağacı və s.

Yüklə 108,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin