1. Orfoepiya təliminin nəqsəd və vəzifələri


Sintaksisin tədrisində ədəbi tələffüz vərdişlərinin aşılanması



Yüklə 108,01 Kb.
səhifə32/52
tarix24.01.2023
ölçüsü108,01 Kb.
#80382
növüQaydalar
1   ...   28   29   30   31   32   33   34   35   ...   52
orfoqrafiya və orfoepiya-1

34.Sintaksisin tədrisində ədəbi tələffüz vərdişlərinin aşılanması.
İbtidai siniflərdə "Azərbaycan dili fənni şagirdlərin lüğət ehtiyatının zənginləşdirilməsinə, ən zəruri grammatik qaydaların, ədəbi tələffüz normalarının öyrənilib tətbiq olunmasına, nitq bacarıqlarının, nitq mədəniyyətinin formalaşdırılmasına geniş imkanlar yaradır. O cümlədən Dil qaydaları məzmun xətti dilin fonetik, leksik və qrammatik quruluşu ilə bağlı ən zəruri biliklərin yığcam, sadə, aydın qayda və şərhlər formasında şagirdlərə çatdırılmasın, orfoqrafiya qaydalarına riayət edilməsini, durğu işarələrindən düzgün istifadə olunmasını nəzərdə tutur. Şagirdlərdə həm oxu, həm də yazı qabiliyyətlərini inkişaf etdirir və ən zəruri linqvistik bilikləri öyrədir. Belə ki, ibtidai siniflərdə Azərbaycan dilinin fonetik, leksik, morfoloji və sintaktik quruluşu ilə bağlı minimum bilik va bacanqların öyrənilməsi şagirdlərin rabitəli nitqinin inkişafına, kommunikativ mədəniyyətinin formalaşmasına şərait yaradır.
Ədəbi tələffüz normalarına yiyələnmə şagirdlərin dilə yiyələnmələrini, Azərbaycan dili üzrə proqram materiallarını mənimsəmələrni, ümumiyyətlə, təlimin keyfiyyətinin yüksəlməsini təmin edir. Azərbaycan dili dərslərində, demək olar ki, hər bir məzmun xətti (dinləyib-anlama, oxu, yazı, dil qaydaları) üzrə iş prosesində ədəbi tələffüz vərdişlərinin mənimsənilməsi üçün imkanlar mövcuddur. Müəllimlər dialekt və şivələrdə danışmamalı, öz tələffüzlərində kitabçılığa meyl göstərməməli, şagirdlərlə ünsiyyət zamanı düzgün tələffüz qaydalarına əməl etməlidirlər. Müəllim şagirdi təqlidçilik bacarığından, sözlərin orfoepik cəhətdən düzgün tələffüz edilməsinə yönəltməlidir. Düzgün tələffüzü müvəffəqiyyətlə təlim etməyin mühüm həlledici rolu vardır.
Ədəbi tələffüz vərdişlərinin formalaşmasında sintaktik biliklərin rolu böyükdür. İbtidai siniflərdə sintaksis praktik-nəzəri şəkildə tədris olunur. Sintaktik anlayışların bütün əlamət və xüsusiyyətləri deyil, onların ən əsas əlamətləri barədə şagirdlərə müəyyən biliklər mənimsədilir.Sintaksis (yunan mənşəli tərtibat, birləşmə mənalı syntaxis sözündəndir) dilin qrammatik sistemində mərkəzi yer tutaraq sintaktik vahidlər sistemindən bəhs edir. Sintaksis söz birləşmələri və cümlələrin düzəlmə üsullarından, onların quruluşundan, qrammatik mahiyyətindən bəhs etməklə yanaşı, dilin digər sahələrini(fonetika, orfoepiya, orfoqrafiya, leksikologiya, morfologiya və s.) də özündə ehtiva edir. Cümlənin strukturunda kommunikativ cəhət çox mühüm yer tutur. Cümlənin formalaşmasında və ifadəsində predikativlik, modallıq və bitkinlik, intonasiyanın iştirakı vacib amillər hesab olunur. Cümlə bu və ya başqa bir dilin qanunları əsasında formalaşan, intonasiya cəhətdən bitmiş bir fikri ifadə edən dil vahidi hesab edilir.
Cümləyə xas olan cəhətlərdən biri onda intonasiyanın olmasıdır. İntonasiya vasitəsilə həm ayrı-ayrı sözlər, həm də söz birləşmələri belə cümlə yarada bilir. Məsələn, İrəli! Vətən uğrunda! İrəli!
Bədii mətnlərdə iki növ intonasiya-cümlə daxili və mətn daxili intonasiyaları fərqləndirmək olar. Cümlə daxili intonasiya cümlənin məzmun komponentləri, cümləyə xidmət edən daha böyük dil vahidləri - sözlər və söz birləşmələri arasında özünü göstərir. Mətn daxili intonasiya isə mürəkkəb sintaktik bütövün tərkib hissələrini təşkil edən cümlə vahidləri arasında kommunikativ intervallar əmələ gətirir.İntonasiyanın psixoloji mahiyyətini nəzərdən qaçırmaq olmaz. Belə ki, cümlədə hadisələrə münasibəti leksik vahidlərdən başqa, müəyyən ton, intonasiya vasitəsilə ilə söyləməklə də bildirmək olar.
İntonasiya latın sözüdür, "ucadan tələffüz etmək" mənasında işlənir.
Bəzi dilçilik kitablarında intonasiyanı aşağıdakı növlərə ayırırlar: İbtidai siniflərdə sintaksisin tədrisi metodikası üzrə əsas istiqamətlər aşağıdakı kimidir:
•Cümlə anlayışının formalaşdınlması üsulları
•Məqsəd və intonasiyaya görə cümlələrin tədrisi metodikası
⚫ Cümlənin tərkibi anlayışının formalaşdırılması üsulları
⚫ Cümlənin baş və ikinci dərəcəli üzvlərinin tədrisi metodikası
•Sadə və mürəkkəb cümlə anlayışının formalaşdırılması
Sintaktik anlayışlann ibtidai siniflərdə formalaşdırılmasının əhəmiyyəti aşağıdakılarla səciyyələndirilir.
a) şagirdlər bir sıra mühüm sintaktik anlayışlarla tanış olaraq bu barədə nəzəri və praktik məlumat qazanırlar. Bu da onların nitq bacarıqlarının formalaşdırılmasına və gələcəkdə əsas sintaksis kursunun dərindən öyrənilməsi ilə nəticələnir;
b) sintaktik anlayışların formalaşdırılması şagirdlərin cümlə qurmaq bacarıqlarını artırır, nitq və təfəkkürlərinin inkişafına səbəb olur ki, bu da ibtidai siniflərdə Azərbaycan dili tədrisinin qarşısında duran ən vacib məsələlərdəndir və s.


Yüklə 108,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin