38. Kurikulum(proqram) və dərsliklərdə orfoqrafiya məsələlərinin qoyuluşu
Azərbaycan dili kurrikulumu(I-IV siniflər) bu fənn üzrə məqsəd və vəzifələri müəyyənləşdirən və ona doğru istiqamətlənmiş standartların reallaşması üçün zəruri fəaliyyətləri əhatə edən konseptual sənəddir.
Azərbaycan dili ibtidai siniflərdə tədris olunmaqla şagirdlərdə nitq bacarıqlarının nitq mədəniyyətinin formalaşmasına xidmət edir. Şagirdlər Azərbaycan dili vasitəsilə milli mədəniyyət nümunəsi kimi ana dilini öyrənir, onun səs sisteminə, lüğət ehtiyatına, ədəbi tələffüz normalarına üslubi-qrammatik xüsusiyyətlərinə yaxından bələd olur, elmi, bədii, publisistik və digər üslublarda yaradılmış bədii nümunələrlə tanış olmaq imkanı qazanırlar. Belə ki, hər bir şagird müxtəlif formalı və məzmunlu mətnləri səlis, şüurlu oxumağa, yazılı və şifahi şəkildə səmərəli və yaradıcı ünsiyyət qurmağa qadir olmalıdır.
Azərbaycan dili fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) dörd məzmun xətti üzrə (1. Dinləyib-anlama-danışma; 2) Oxu; 3) Yazı; 4) Dil qaydaları) əsas və alt standartları, inteqrasiyanı, təlimin təşkili üsullarını, planlaşdırma və qiymətləndirməni əhatə edir.
I-IV siniflərdə şagirdlərin əlifbanı öyrənməsi, oxu və yazı texnikası, hüsnxət qaydaları, düzgün, sürətli, şüurlu və ifadəli oxu üzrə ilkin bacarıqları mənimsəməsi, lüğət ehtiyatını tədricən zənginləşdirməsi, ən zəruri qrammatik qaydaları və ədəbi tələffüz normalarını öyrənib tətbiq etməsi qayğısına qalınır. Həmçinin bu mərhələdə ekspressiv nitq bacarıqlarının formalaşdırılması, Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi keyfiyyətləri, mədəniyyəti, adət-ənənələri haqqında ilkin anlayışların yaradılması təmin olunur.
Azərbaycan dili fənni üzrə ümumi təlim nəticələri ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə aşağıdakı kimi əks olunur. Şagird:
•danışanın fikrinə münasibət bildirir, öz fikirlərini sərbəst və ardıcıl ifadə edir;
•düzgün,sürətli, şüurlu, ifadəli oxuyur, oxuduğu mətnlərə münasibət bildirir;
•kiçikhəcmlıi rabitəli mətnlər qurur;
•lüğətlərdən, məlumat kitablarından istifadə edir;
•Azərbaycan xalqının dili, tarixi, əxlaqi-mənəvi dəyərləri, incəsənəti, adət-ənənələri haqqında öyrəndiyi məlumatları sadə formada təqdim edir;
•yazılı və şifahi nitqində fonetik, leksik, qrammatik qaydalara yiyələndiyini nümayiş etdirir.