1. Pedaqogikanın mövzusu və vəzifələri


Bəs, ev tapşırıqlarının verilməsi nəyə xidmət edir?



Yüklə 244,72 Kb.
səhifə11/14
tarix20.06.2023
ölçüsü244,72 Kb.
#132869
1   ...   6   7   8   9   10   11   12   13   14
Pedaqogika cavabları

Bəs, ev tapşırıqlarının verilməsi nəyə xidmət edir?
• Ev tapşırıqları -dərsdə alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədini güdən sərbəst iş formasıdır

• Ev tapşırıqlarının xarakteri tədqiqat və yaradıcılıq elementləri (müxtəlif yaradıcı işlər, referatlar, layihələr, tədqiqatlar,modelləşdirmə və s.) ilə zənginləşdirilməlidir;


• Lazım olan hallarda müstəqil mənimsənilmək üçün fərdi maraqları və tələbləri nəzərə alan fərdi proqramların tərtib edilməsini və tətbiqini daha geniş istifadə etmək lazımdır;


• Şagirdlər yuxarı siniflərə keçdikcə müstəqil iş üçün ayrılan dərs vaxtının faizi artırılmalıdır.


61)Təlimdə nəzarətə xidmət edən üsullar. 16suala bax.


62)Pedaqoji tədqiqat üsullari.3 suala bax
63)Tədris proqramlarinin tərtibi prinsipləri.
- tədris proqramı tədris planı əsasında tərtib olunmalıdır;
- tədris proqramı müasir tələblər baxımından tərtib olunmalıdır;
- tədris proqramı təlimin tərbiyəedici və inkişafetdirici funk¬si¬ya¬la-rı¬nı da həyata keçirməyə kömək etməlidir;
- proqramın tərtibində fəndaxili və fənlərarası əlaqələrin təmin olun¬ aşı nəzərə alınmalıdır;
- proqramın tərtibində nəzəriyyə ilə praktikanın əlaqəsi nəzərə alın¬malıdır.

6. Tədris ədəbiyyatı


Sxem 10

Dərslik
• Tədris proqramının bölmə və mövzularını aydın, dəqiq şərh edən, şagirdləri düşünərək çalışmağa yönəldən, onları tər-bi¬yə və inkişaf etdirən kitaba dərslik deyilir.


64)Fakultativ məşğələlər.

  • Keçirilmə yerindən, iştirakçıların tərkibi və keyfiyyət for­ma­la­rın­dan, vaxtından, materialın optimal şəkildə şagirdlərə çat­dırıl­ma­sın­dan və s. asılı olaraq konkret təlim məqsədinin daha səmərəli nə­ti­cələnməsinə imkan verən formaları “təlimin təşkilinin digər for­ma­ları” şərti adı altında qruplaşdırmaq olar. Bu formaları ayrı -ayrı müəl­liflər müxtəlif cür təsnif edirlər. Məsələn,

  1. Ekskursiyalar

  2. Seminarlar.

  3. Ev tapşırıqları.

  4. Əlavə məşğələlər.

  5. Məsləhətlər.

(M.Muradxanov və b.)
Yaxud:

  1. Tədris ekskursiyası.

  2. Fakultativ məşğələ.

  3. Praktikum.

  4. Şagirdlərlə əlavə məşğələ.

  5. Evdə şagirdlərin tədris işi.

  6. Mühazirə.

  7. Zaçot (məqbul).

  8. İmtahan.

(N.Kazımov, Ə.Həşimov)
Başqa bir təsnifat:

  1. Ekskursiya.

  2. Ev tapşırığı.

  3. Fakültativ məşğələ.

  4. Əlavə məşğələ.

  5. Mühazirə.

  6. Seminar məşğələləri.

  7. Praktik məşğələ.

  8. İmtahan.

  9. Praktikum.

10. Məsləhət və s.
(L.Qasımova, R. Mahmudova)

  • Təlimin təşkili formalarını təsnif edərkən nəzərə alınmalıdır ki:

  • obyektlər hansı əlamətlərinə görə qruplaşdırılır;

  • eyni anlayış yalnız bir təsnifata daxil edilsin. Məsələn. “mü­ha­zi­rə”, “seminar”, “praktikum” anlayışalrı pedaqoji ədəbiyyatda eyni mü­­vəffəqiyyətlə həm təlim üsulu, həm dərs tipi, həm də təlimin təş­ki­lat forması kimi verilir. Yaxud “imtahan”, “zaçot” anlayışları tə­lim­də nəzarət üsulu kimi də verilir, təlimin təşkili forması kimi də və s.

  • İbtidai siniflərdə təlimin ən çox istifadə olunan təşkilat for ma­la­rı bunlardır:

  • dərs;

  • ev tapşırıqları;

  • ekskursiyalar.

65)Ekskursiyalarin novləri və tipləri.

  • Əgər öyrənilməsi tədris proqramında nəzərdə tutulmuş ma­terial şagirdlər tərəfindən bilavasitə müşahidə edilməli, təbii şə­kildə qavranılmalıdırsa və onları sinifə gətirmək mümkün de­yil­sə, bu zaman təlimin “ekskursiya” adlanan təşkilat for­ma­sın­dan istifadə olunur.

  • İbtidai siniflərdə ekskursiyalar, adətən, həyat bilgisi, ana dili, bə­zən də texnologiya və musiqi fənləri üzrə aparılır.

  • Ekskursiyaları aşağıdakı kimi növlərə ayırmaq olar:

Sxem 5

Sxem 6


  • Giriş ekskursiyaları öyrəniləcək yeni mövzuya maraq, həvəs oyat­maq, mövzunun tədrisinə dair əhəmiyyətli faktiki material top­la­maq məqsədi ilə aparılır. Məsələn, “Vəhşi heyvanlar” mövzusunu keç­məzdən əvvəl şagirdləri zooparka ekskursiyaya aparmaq olar.

  • Cari ekskursiyalar mövzunun bilavasitə tədrisi zamanı lazımi ma­terialın əyani mənimsənilməsi, mövcud biliklərin qismən yox­lan­ması məqsədilə həyata keçirilir.

  • Bir və ya bir neçə mövzuya dair bilikləri ümumiləşdirmək, ye­kun nəticələr əldə etmək məqsədilə aparılan ekskursiyalara yekun eks­kursiyaları deyilir.

Təlim ekskursiyalarının əhəmiyyəti:
- ekskursiyalar təlimdə əyanilik prinsipinin həyata keçirilməsi üçün imkan yaradan ən yaxşı formadır;
- ekskursiyalar, xüsusilə də təbiət ekskursiyaları uşaqları , onların fərdi xüsusiyyətlərini ətraflı öyrənməyə imkan verir;
- uşaqların hərtərəfli inkişafı və tərbiyəsində ekskursiyaların əhə­miy­yəti böyükdür;
- ekskursiyalar şagirdlərin idraki qüvvə və qabiliyyətlərini, diq­qə­ti­ni, qavrayışını, müşahidəçilik qabiliyyətini, təfəkkürünü, yaradıcı tə­xəyyülünü inkişaf etdirir.
- ekskursiyalar şagirdlərin fiziki, əxlaqi, estetik tərbiyəsinə kö­mək edir.
Ekskursiyaya hazırlıq iki xətt üzrə aparılır:

  • müəllimin ekskursiyaya hazırlığı;

  • şagirdlərin ekskursiyaya hazırlanması.

  • Müəllimin ekskursiyaya hazırlaşması aşağıdakıları əhatə edir:

  • ekskursiyanın məqsədinin, öyrəniləcək materialın məz­mu­nu­nun və ekskursiyanın növünün müəyyən edilməsi;

  • ekskursiya obyekti ilə əvvəlcədən müəllimin özünün tanışlığı;

  • ekskursiyanın planının tərtibi.

Planda göstərilməlidir:

  • ekskursiyanın mərhələləri;

  • obyektin öyrənilməsi qaydası;

  • uşaqlara veriləcək sual və tapşırıqlar;

  • ekskursiyanın təchizatı;

  • ekskursiya materiallarının harada və necə ümumiləşdiriləcəyi.

Şagirdlərin ekskursiyaya hazırlanması zamanı onlar bil­mə­li­dir­lər:

  • haraya ekskursiyaya gediləcək;

  • nəyi öyrənmək lazımdır;

  • hansı işlər mütləq görülməlidir;

  • müşahidə zamanı nəyə çox fikir verilməlidir;

  • ekskursiyanın nəticələri nə vaxt, hansı formada və harada ye­kun­laşacaq;

  • ekskursiya zamanı davranış qaydaları hansılardır;

  • ekskursiya üçün şagirdlər özləri ilə nə götürməlidirlər.

66)Şifahi nəzarət üsulları.


Şifahi nəzarət metodları içərisində şifahi sorğu geniş yayılmışdır. Onun üç növü vardır:
- fərdi sorğu - tək-tək şagirdlərin mövzunu danışması deməkdir. Vaxta qənaət etmək üçün mövzunu bütövlükdə bir şagirddən yox, hissə-hissə bir neçə şagirddən soruşmaq səmərəlidir;
- frontal sorğu - bütün siniflə aparılan sorğudur; ondan dəqiq fənlərdə daha çox istifadə olunur. Bu sorğu az vaxtda çox şagirdin biliyini aşkara çıxarmağa imkan verir;
- intensiv sorğu - müəyyən vaxt ərzində bir çox şagirdlə keçirilən sorğudur: bu halda bir şagird şifahi cavab verir, 2-3 şagird isə yazı taxtasında qeydlər edir, bir neçə şagird yazılı cavab hazırlayır və s.
Şifahi nəzarət məqsədi ilə şifahi imtahan və zaçotlardan da istifadə edilir.
67)Tədris fənni.
tədris fənni elmin kiçildilmiş surətidir. Şagirdlərə onun sistemini gös¬¬tərin, onlarda elmin, real varlığın hissəciyi olan öz fənniniz haq¬¬-qında anlayış formalaşdırın. Müntəzəm olaraq fənlərarası əlaqədən is¬tifadə edin;

Yüklə 244,72 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin