Tədris fənni – təhsil müəssisələrində öyrənilmək üçün elmin, texnikanın, incəsənətin, istehsalat fəaliyyətinin müəyyən sahəsindən seçilmiş bilik, bacarıq və vərdişlər sistemi.
68)İnteqrativ dərs.
Dünyanın təhsil məkanında daha geniş istifadə edilən təhsildə inteqrasiya anlayışı ilkin olaraq onun semantikasını düşünməyi tələb edir. Müəllimlərin təbii olaraq öyrənmək istədikləri bu anlayış qloballaşmanın meydana qoyduğu mühüm tələblərdən biri olmaqla müasir təhsil prosesinin özünəməxsus keyfiyyət göstəricilərindən biri kimi diqqəti cəlb edir. Daha çox fəlsəfi yöndə başa düşülən inteqrasiya sözü həyatın bütün sahələrinə aid olmaqla sintetik xarakter daşıyır və bütövləşmə istiqamətində yeni yaranışın əsasında durur. Xüsusən cəmiyyət hadisəsi kimi inteqrasiya onun inkişaf istiqamətində dəyişikliklərini tənzimləməklə müasirliyi təmin edir. Bu anlayışın mahiyyətinə varmaq üçün, ilk növbədə, onun mənasını bilmək əhəmiyyət daşıyır. "İnteqrasiya latın dilində "integer" - "bütöv", "bütövləşmə" deməkdir, əslində sözün etimologiyası inteqrasiyanın siyasi proses kimi məzmun və missiyasını daha aydın ifadə edir. "İnteger" sözündən yaranan "integratio" sözü də latın dilində "bərpa", "tamamlanan" mənasını verir.
69)Kurikulum haqqinda anlayiş.
Kurikulum" latın sözü olub, mənası "kurs", "yol" deməkdir. Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918-ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60–70-ci illərində dünyada, xüsusən ABŞ-da kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapmışdır.
Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar "təhsil planı" kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır.
Kurikulumun mahiyyəti haqqında yanaşmalar müxtəlif olmuşdur. Hər kəs öz ölkəsinin ehtiyacları baxımından ona yanaşmış, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə almışdır. Azərbaycan pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: "Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir
Azərbaycan təhsil sistemində "kurikulum" yeni bir anlayışdır və o, təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin təşkilini və həyata keçirilməsini əks etdirən konseptual sənəd kimi başa düşülür. İslahat çərçivəsində elə bir konseptual sənəd hazırlanır ki, özündə təhsilalanlar üçün zəruri kompetensiyaları, məzmun və qiymətləndirmə standartlarını, hazırkı tədris planı və proqramlarını, şagirdə və onun hazırlıq səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədlərini, metodik təminatı, dəyərləndirmə modelini, texniki təchizatını və s. təsvir etsin, müəllim və məktəb qarşısında duran vəzifələri və onların konkret həlli yollarını göstərsin
70) Təhsilin tipləri və növləri
Təhsilin növləri dedikdə əsas – baza təhsili və əlavə təhsil nəzərdə tutulur. Əsas baza təhsili təhsilin pillə və səviyyələrində əldə olunur. Təhsil qanuna görə bunlar aşağıdakılardır:
Məktəbəqədər təhsil.
Ümumi təhsil:
ibtidai təhsil;
ümumi оrta təhsil;
tam оrta təhsil.
İlk peşə-iхtisas təhsili.
Оrta iхtisas təhsili.
Ali təhsil:
bakalavriat;
magistratura;
dоktоrantura
Həmcinin 77 ci suala da bax.
71)Tədris plani və onun əsas prinsipləri
Tədris planı müəyyən tip məktəbdə öyrəniləcək fənlərin siyahısı, keçirilmə ardıcıllığı, hər fənnə veriləcək illik və həftəlik saatların miqdarını göstərən dövlət sənədidir. Tədris ilinin quruluşu, imtahanlar, təcrübələr də tədris planına əsasən müəyyən edilir.
Sxem 7
Təhsilin demokratikləşməsinə uyğun olaraq ölkə üçün vahid olan baza tədris planına əsasən, məktəbin tipinə, şagirdlərin yaş xüsusiyyətlərinə, etnik xüsusiyyətlərə görə müxtəlif variantlı tədris planları tətbiq edilə bilər.
Tədris planının tərtibinə verilən tələblər:
tədris planına daxil edilən fənnlər uşaqların müstəqil həyata hazırlanmasına, ümumi inkişafına xidmət etməlidir.
tədris planına daxil olan fənlər təhsilin əsas məqsədlərinin həyata keçirilməsinə xidmət etməlidir.
tədris planı tərtib edilərkən yaş xüsusiyyətləri nəzərə alınmalıdır.
tədris planının tərtibində sistematiklik və ardıcıllıq gözlənilməlidir.
72)Təlimdə nümayiş üsulu. 16 suala bax.
73)Müəllimin dərsə hazirlaşmasi.
Dərsə hazırlıq – müəllimin peşə fəaliyyətinin daimi və zəruri elementidir.
Sxem 3
Müəllimin ümumi hazırlığı – onun müntəzəm olaraq nəzəri, metodik biliyini artırmaq, mədəni səviyyəsini və dünyagörüşünü inkişaf etdirməyə əsaslanır.
Mövzular üzrə hazırlıq – mövzuların qısa məzmunu tədris proqramında verilir. Müəllim müəyyən mövzuya dair materialı dərslərin sayına görə bölür, keçilmə ardıcıllığını müəyyən edir.
Mövzuların planlaşdırılması zaman, adətən, aşağıdakı bəndlərə fikir verilməlidir:
hər bir dərsin mövzusunun adı;
təhsilverici məqsəd və vəzifələr;
dərsin tərbiyəedici təsiri;
materialın əsas məzmunu;
müstəqil işlər, müşahidələr, əyani vəsaitdən və texniki təlim vasitələrindən istifadə;
nəzarət və yoxlama formaları;
dərslərin təqvim vaxtları.
Növbəti dərsə hazırlıq – ayrıca bir dərsin aparılmasına dair konkret planlaşdırmadır.
Növbəti dərsə hazırlıq planı bu cür ola bilər:
mövzunun adı, məqsəd və vəzifələri;
dərsin təchizi;
dərsin gedişi;
dərsin nəticələrinin təhlili;
ev tapşırığı.
74)İnteraktiv dərs.
Hansı fənni tədris etdiyinizdən və mövzudan asılı olmayaraq, kifayət qədər nəzəri biliklərə sahib olsaq belə dərsin əvvəlindən sonunadək şagirdin diqqətini maksimum cəlb edib, işgüzar əks-əlaqəni düzgün qura bilmədiyimiz təqdirdə qarşı tərəfdə istədiyimiz təəssüratı yaradıb müsbət reaksiya almağımız mümkün olmaz.
Qeyd edək ki, bu, alışdığımız, əksəriyyət tərəfindən doğru qəbul edilməkdə olan, şablon tədris metodlarından kənara çıxmaqda, fərqli və novator yanaşmada nə dərəcədə israrlı olacağımızla ölçülür.
Cəlbedici, maraq doğuran, kreativ təlim metodu seçilməzsə 45 dəqiqə ərzində stol arxasında oturmaq şagirdə həddən artıq ağır bir yük kimi görünəcək və dərsdən yayınma hallarının artmasına səbəb olacaqdır.
Təhsilalanların özlərini hərtərəfli rahat və güvənli hiss etdiyi təlim mühitini təşkil etmədən işə başlamayın.
Təlim hər şeydən əvvəl könüllü bir proses olub özündə ən xırda bir məcburiyyətə belə yer verməməkdədir. Əks təqdirdə, uzunmüddətli nailiyyətlərin əldə olunması mümkün olmaz.
XVII əsrin ingilis filosofu məşhur “Ağ löhvə” nəzəriyyəsinin banisi Con Lokk “uşaq üçün maraqsız olan və zorla yerinə yetirilən heç bir işin fayda verə bilməyəcəyi” fikrində israrlı idi. Məhz bu amil Qərb ölkələrinin təhsil sistemində sürətlə yayılan və böyük uğurlar əldə etməkdə olan “Montessori təliminin” əsas prinsipini təşkil etməkdədir. Münbit bir dərs şəraitinin təşkil edilməsində sizlərə yardımçı ola biləcək bir sıra detalların üzərində dayanacağıq:
Sinif otağına zəng çalınmasından nə tez, nə də çox gec daxil olmayın.
Səs-küy amilinə baxışınızın necə olmağı bu məsələdə böyük önəm kəsb etməkdədir. Səs-küy (bu, xaosla qarışdırılmamalıdır) sinifdə canlı bir prosesin olduğunun sübutudur. Ən sakit sinif ən yaxşısı deyildir. Daim onları susdurmağa çalışmaqdansa bundan dərsin gedişatının lehinə istifadə edin.
Digər şagirdlərə və təlimin ümumi axınına mane olmursa uşaqların üst-başı, oturuşu və s. detallarla maraqlanıb irad tutmayın, dərsə gecikənlərə vaxt itirməyin. Özlərini sərbəst hiss etmələri öyrənmə prosesini dəstəkləyəcəkdir.
“Davamlı olaraq irad tutulan şagirddə beynin təhdid və qorxu hissi alması nəticəsində hipokampus bölgəsinin fəaliyyəti pozulur və öyrənmə mexanizmi əngəllənir”.
Səs tonunuzdan ustalıqla istifadə etməyə çalışın. Ən arxa sıradan sizi rahat şəkildə eşidə biləcəkləri səviyyədən yuxarı qalxmamağa səy göstərilməlidir.
Bu, həm şagirdlərin diqqətinin daha rahat cəmlənməsinə, həm də qeyri-iradi olaraq onların da alçaq səs tonundan istifadə etmələrinə səbəb olacaqdır.
İnsanlar ən birinci yüksək səslə eşitdiklərini unutmaqdadırlar. Lakin daimi eyni səs tonundan istifadə dinləyiciləri daha tez yora bildiyindən müəllim lazımi məqamlarda tonunu dəyişərək nitqini daha cəlbedici hala gətirə bilər.
Sinifdə qismən hərəkətli olmaq, göz təması qurmaq şagirdlərin ixtiyari diqqətinin toparlanmasına kömək edəcəkdir.
Sinif otağına qətiyyən əliboş daxil olmayın. Əyani tədris vasitələrindən (xəritə, qlobus, riyazi fiqurlar və s.) maksimum istifadə edin. Şifahi tədris oluna biləcək nə fənn, nə də mövzu yoxdur. Dərs bitdikdən sonra yazı taxtasında işlədiyiniz dərsin konseptini əks etdirən materiallar (sxem, cədvəl, tezaurus və s. ) qalmamışsa əksik nələrsə var deməkdir.
Şagirdlər bir qayda olaraq oxuduqlarının 10, eşitdiklərinin 20, gördüklərinin 30, görüb-eşitdiklərinin 50, izah etdiklərinin 70%-ni xatırlayırlar.
Onlara adları ilə müraciət edin. İnsanın həyatda eşidə biləcəyi ən xoş söz öz adıdır.
Təlim üsulu və vasitələrinin seçilməsində şagirdlərin fikirlərinə qulaq asmaq onların prosesi daha çox özününküləşdirilməsinə səbəb olacaqdır.
Bilgiləri hazır şəkildə vermək yerinə bacardıqca şagirdi axtarış aparmağa sövq edib öyrənməyi öyrədin. Beyin onu düşünməyə məcbur edən faktları daha çox sevir.
Mütəxəssislər əksərən şagirdlərin dərsə diqqətini vermə müddətinin ibtidai siniflərdə 15-17, daha yuxarı siniflərdə 25-27 dəqiqə olmasında həmfikirdirlər. Faktların sayını minimuma endirməklə diqqət dağınıqlığı önlənə bilər.
Ünsiyyət zamanı istifadə etdiyimiz üslub da xüsusi önəm daşımaqdadır. Məsələn, “başa düşdünüzmü?” əvəzinə, “izah edə bildimmi”, “harda qalmışdıq” əvəzinə, “ən son nəyi aşkarlamışdınız” kimi ifadələr dərsə qatılımı daha yüksək səviyyədə tutmaqda köməkçi ola bilər.
Başdan sona sual - cavab aktivliyi artırmaq üçün vacib olub, şagirdin öyrənmə mexanizmini hərəkətə gətirəcək şəkildə istifadə edilməlidir. Əvvəlcə sual səsləndirilib daha sonra cavablandıracaq şagird seçilməli, cavablar alınarkən “xeyr”, “yanlış” kimi ifadələr işlədilməməlidir.
Fərdi və ya qrup halında oponentlər formalaşdırılıb, fikirlərini izah etmələrinə, əks arqumentlər gətirilməsinə çalışmalıdır.
Pedaqoqların tez-tez yol verdiyi yanlışlıqlardan biri də təhsilalanları açıqca bir-birilə müqayisə etməkdir. Sağlam bir rəqabət şəraiti prosesin keyfiyyətinə müsbət təsir göstərə bilərsə də, əksər hallarda bunun tərsini müşahidə etməkdəyik. Belə ki, bu situasiya uşaqların böyük bir hissəsində özünəinam hissinin azalmasına, sinif yoldaşına qarşı açıq və ya gizli qısqanclıq bəsləməsinə səbəb olmaqdadır.
Dərsin sonuna yaxın (refleksiya mərhələsi) “hansı suala kim cavab verdi?”, “kim bizə nədə kömək etdi” suallarını ünvanlamaqla şagirdin dərsin konseptini yenidən mərhələlərlə xatırlamasına, özlərini təlimin nəticəsində pay sahibi olduğunu hiss edib ruhlanmasına dəstək olun.
Ev tapşırıqları seçilərkən tapşırığın məqsədi və şagirdə qazandıracağı keyfiyyətlər açıqlanmalı, çalışmalar onların düşünmə qabiliyyətini hərəkətə gətirən, sintez və analizetmə bacarıqlarını və yaradıcılıqlarını inkişaf etdirəcək tipdə müəyyənləşdirilməlidir.
İmkan daxilində qrup çalışmasına üstünlük verilməlidir. Şagirdlərin bir-birinə motivasiya edici təsiri çox güclü ola bilməkdədir.
75)Ümumi orta təhsilin vəzifələri.
Ümumi orta təhsil məktəblərinin yuxarı siniflərində şagirdlərin sayı normadan çox aşağıdırsa, adətən, həmin siniflərin uşaqları qonşu yaşayış məskənində olan məktəbə aparılır və müvafiq siniflərdə oxuyurlar. İbtidai sinif şagirdləri isə bu inkişafdan müxtəlif səbəblərə görə məhrumdurlar. Bu səbəbdən də azkomplektli məktəblər yaradılması zəruriyyəti meydana çıxır.
76)Nəzəriyyənin praktika ilə əlaqələndirilməsi prinsipi.
Dostları ilə paylaş: |