1. Pedaqogikanın mövzusu və vəzifələri


Nəzəriyyə ilə praktikanın əlaqəsi prinsipinin



Yüklə 244,72 Kb.
səhifə13/14
tarix20.06.2023
ölçüsü244,72 Kb.
#132869
1   ...   6   7   8   9   10   11   12   13   14
Pedaqogika cavabları

Nəzəriyyə ilə praktikanın əlaqəsi prinsipinin əsasını klassik fəlsəfənin və müasir qnoseologiyanın əsas müddəası olan “praktika həqiqətin meyarıdır” qənaəti təşkil edir. Bununla yanaşı nəzəriy-yənin praktika ilə əlaqəsi prinsipini bir çox fəlsəfi, pedaqoji və psixoloji müddəalar şərtləndirir. Əslində həmin müddəalar qanuna-uyğun olaraq bu prinsip üçün başlanğıc rolunu oynayırlar:
Təlimin effektliliyi və keyfiyyəti praktika ilə yoxlanılır, təs-diq olunur və istiqamətləndirilir
Praktika həqiqətin meyarıdır, idrak fəaliyyətinin mənbəyi-dir və təlimin nəticələrinin tətbiqi sahəsidir.
Düzgün qurulmuş təhsil-tərbiyə həyatın, praktikanın özün-dən doğur, onunla qırılmaz surətdə bağlıdır, böyüməkdə olan nəsli fəal dəyişdirici fəaliyyətə hazırlayır.
Şəxsiyyətin formalaşmasının effektliliyi onun əmək fəaliy-yətinə cəlb edilməsindən asılıdır və həmin fəaliyyətin məzmunu, növləri, formaları və istiqaməti ilə müəyyən olunur.
77)Təhsilin novləri və formalari.70sualada həmcinin bax.

  • Formal təhsil - dövlət təhsil sənədinin verilməsi ilə başa ça­tan təhsil formasıdır. sxem 2

  • Qeyri-formal təhsil – müxtəlif kurslarda, dərnəklərdə və fər­di məşğələlərdə əldə edilən və dövlət təhsil sənədinin ve­ril­mə­si ilə müşayət olunmayan təhsil formasıdır.


  • İnformal təhsil – özünütəhsil yolu ilə bilik, bacarıq və vər­diş­lərə yiyələnmə formasıdır.

Sxem 3

  • Əyani təhsil – tədris planında nəzərdə tutulmuş fənlərin təh­sil müəssisəsində təlim məşğələlərinə gündəlik davam etməklə təd­risini təmin edən təhsilalma formasıdır.

  • Qiyabi təhsil - əyani təhsil formasında nəzərdə tutulmuş məş­ğələ saatlarının 30-40 %-i həcmində tərtib edilmiş tədris pla­nı­na əsasən istehsalatdan ayrılmadan təşkil edilən təhsilalma for­ma­sıdır.

  • Distant - məsafədən təhsil – tədris müəssisəsinə gəlmədən, tə­limin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsa­sında təşkil olunduğu təhsil alma forması.


  • Yüklə 244,72 Kb.

    Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin