1. Pedaqogikanın mövzusu və vəzifələri


Çalışmalar sistemindən is­ti­fadə olunması işinin aşağıdakı ardıcıllıqla təşkil olunması məq­sə­dəuyğundur



Yüklə 244,72 Kb.
səhifə6/14
tarix20.06.2023
ölçüsü244,72 Kb.
#132869
1   2   3   4   5   6   7   8   9   ...   14
Pedaqogika cavabları

Çalışmalar sistemindən is­ti­fadə olunması işinin aşağıdakı ardıcıllıqla təşkil olunması məq­sə­dəuyğundur:

1) formalaşdırılan bacarıq və vərdişin əhəmiyyəti ba­şa salınır;


2) zəruri biliklər yada salınır, formalaşdırılmış baca­rıq­lar reallaşdırılır (işə qoşulur);
3) təlimat verilir;
4) çalışma müəlli­min yaxından iştirakı və ciddi nəzarəti altında icra edilir;
5) müstə­qil çalışmalar yerinə yetirilir.
Yaradıcılıq bacarı­ğı­nın inkişafı baxımından biliyin yeni şəraitdə tətbiqi məsələsinə xü­susi fikir verilməlidir.


Təlim sistemində biliyin möhkəmləndirilməsi, bacarıq və vər­diş­lərin formalaşdırılması üçün çalışmaların sistemləşdirilməsində aşa­ğıdakı iki tezis məntiqi olaraq qəbul oluna bilər:

1. Möhkəmləndirmə işi mənimsəmə proseinin mühüm mər­hə­lə­lə­rində diqqət mərkəzində saxlanılmalıdır və yeni biliyin əldə olun­masında keçmiş təcrübənin, əldə olunmuşların zəruri hissəsinin se­çilərək istifadə olunması, fəal işlənməsi həmin biliklərin möh­kəm­lən­dirilməsinin ən optimal yollarındandır.


2. Bacarıq və vərdişlər biliklərin müxtəlif növ tətbiqində for­ma­laşır və inkişaf edir. Bu prosesdə bilik, bacarıq və vərdişlərin dia­lek­tik vəhdəti daha yaxşı təmin edilir və bu da onların inkişafını şərt­ləndirir. Belə ki, əvvəla, müvafiq biliyin biliklər sisteminə doğru irə­liləməsi üçün mövcud bacarıq və vərdişlərin inkişafı ilkin şərt ro­lun­da çıxış edə bilir. İkincisi, biliklərin standarta uyğun gəlməyən si­tu­a­siyalarda tətbiqi isə yaradıcı bacarıq və müvafiq vərdişlərin for­malaşmasına səbəb olur.




Bu əsasdan biliyin möhkəmləndirilməsinə, bacarıq və vər­diş­lə­rin formalaşdırılmasına, reallaşmasına yönələn çalışmaların aşa­ğı­da­kı sistemini məqbul saymaq olar:

1)nümunə üzrə ica edilən;


2) alqoritmlərə əsaslanan;
3) sis­tem­­ləşdirici tələb qoyan;
4) alqoritmlərin tərtibini tələb edən;
5) va­ri­ativ, yeni şəraitdə biliyi tətbiq etməyə yönələn;
6) yeni biliyin əldə olun­ması üçün zəruri biliklərin bərpasını və fəallaşdırılmasını tələb edən;
7) yeni biliyin əldə olunması üçün zəruri biliklərin bərpası tə­ləb olunan və yeninin daxil edilməsi ilə yerinə yetirilən;
8) şagirdi ya­radıcı işlərə yönəldən çalışmalar.
51. Tapa bilmədim-Əlavə məşğələlər və məsləhət saatları

52.Papedaqoji elmin digər elmlərlə əlaqəsi---Pedaqogika başqa elmlərlə sıx bağlıdır. O, öz qarşısında duran vəzifələrin həlli üçün həmin elmlərin materiallarından istifadə edir.


Pedaqogikanın, demək olar ki, bütün elm sahələri ilə əlaqəsi vardır. Təhsil müəssisələrində tədris olunan fənlər çox müxtəlif elmlərlə bağlıdır: fizika, riyaziyyat, kimya, dil, ədəbiyyat və s. fənlərin tədrisi məsələləri pedaqogikanın bir qolu olan metodikanın tədqiqat mövzusunu təşkil edir. Pedaqogika digər elmlərlə birbaşa və ya dolayı yollarla bağlıdır. Bəzi elmlərdən o, ümumi istiqamət alır, digər elmlərin nəticələrinə istinad edir.
Pedaqogika fəlsəfə ilə sıx bağlıdır: fəlsəfə pedaqogikanın nəzəri-metodoloji əsasını təşkil edir. Pedaqogikanın təlim nəzəriyyəsi fəlsəfənin idrak nəzəriyyəsinə istinad edir. Tərbiyə məsələlərinin həllində isə pedaqogika fəlsəfənin müxtəlif sahələrinə - etika, estetika, sosiologiya elmlərinə əsaslanır.
Dialektik materializmin ümumi müddəaları ictimai həyatın digər sahələrində olduğu kimi, pedaqoji prosesdə də öz ifadəsini tapır. Pedaqoji prosesi və onun mərkəzində duran insanı daim inkişafda götürmək, pedaqoji məsələlərin həllində konkret şəraitdən çıxış etmək, pedaqoji işdə səbəb-nəticə əlaqələrini araşdırmaq və ziddiyyətlərə istinad etmək vacibdir. Bütün bu müddəalar pedaqoji prosesin səmərəliliyini və şəxsiyyətin düzgün formalaşmasını şərtləndirir.
Pedaqogika psixologiya ilə daha çox bağlıdır. Psixologiya müxtəlif yaş dövrlərində insanın psixi inkişafının qanunauyğunluqlarını müəyyən edir, təlim və tərbiyənin təsiri ilə psixikanın dəyişməsi mexanizmini öyrənir. Bu isə təlim­-tərbiyə prosesinin səmərəli təşkili problemlərinin həlli baxımından böyük əhəmiyyətə malikdir. Məsələn, kiçik məktəblilərin diqqətinin həcmini, davamlılığını, hafizə və təfəkkürünün xüsusiyyətlərini nəzərə almadan təlimin səmərəli təşkili məsələlərini həll etmək olmaz. Pedaqogika psixoloji elmlərin müxtəlif sahələri ilə, o cümlədən yaş psixologiyası, pedaqoji psixologiya və sosial psixologiya ilə sıx bağlı olub, onların elmi nəticələrindən faydalana bilər. Psixi proseslərin inkişaf qanunlarını bilmədən təlim-tərbiyə işini elmi əsasda qurmaq mümkün deyildir. K.D.Uşinski haqlı olaraq, psixologiyanı bilməyən müəllimi təbabətdə ara həkiminə bənzədirdi. Pedaqogika fiziologiya ilə də əlaqəlidir. Ali sinir fəaliyyəti haqqında nəzəriyyə təlim prosesinin təbii-elmi əsasını təşkil edir. Şərti reflekslər, müvəqqəti sinir rabitələri, birinci və ikinci siqnal sistemlərinin qarşılıqlı əlaqəsi, baş beyin qabığının təhlil-tərkib fəaliyyəti və başqa məsələlər bir çox mühüm pedaqoji problemlərin həllinə kömək edir. Ümumi və yaş fiziologiyası insanın müxtəlif yaşlarda fiziki inkişafının təbiəti haqqında zəruri məlumatlarla pedaqogikanı silahlandırır.
Təlim-tərbiyə prosesini düzgün sanitar-gigiyenik tələblər əsasında qurmaqda pedaqogika məktəb gigiyenasının müddəalarından istifadə edir.
Pedaqogika habelə idarəetmənin ümumi qanunlarını öyrənən kibernetika elmi ilə də sıx bağlıdır. İnformasiyaların verilməsi və mənimsənilməsi, təlim və tərbiyə işində əks əlaqənin təmin edilməsi, pedaqoji fəaliyyətin idarə olunması ilə bağlı mühüm məsələlərin həllində kibernetikanın müddəaları pedaqogika üçün xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu əsasda pedaqogikada proqramlaşdırılmış təlim, nəzarət və idarəetmə məsələləri işlənib hazırlanır.
Pedaqogikanın başqa elmlərlə əlaqəsi qarşılıqlı xarakter daşıyır. Pedaqogika digər elmlərin nailiyyətlərinə istinad etdiyi kimi, öz növbəsində, onların inkişafına müəyyən təsir göstərir.
Pedaqogikanın digər elmlərlə qarşılıqlı əlaqəsi yeni elm sahələrinin yaranmasına imkan verir. Məsələn, belə əlaqə sayəsində pedaqoji fəlsəfə, pedaqoji psixologiya, pedaqoji sosiologiya və s. elm sahələri meydana gəlir.
53. Dərslik haqqında ümümi məlumat— hər hansı bir fənnin əhatə etdiyi bilik, bacarıq və dəyərlərin öyrədilməsi üçün onun kurikulumu əsasında hazırlanan, səlahiyyətli orqan tərəfindən bəlli meyarlarla qiymətləndirilib tədrisinə icazə verilən əsas vəsait. Məktəbdə sağlam və məhsuldar tədrisin həyata keçirilməsi üçün müasir tədris vəsaitlərinin rolu danılmazdır. Əsaslı biliklərin təmin edilməsində digər tədris vəsaitlərilə müqayisədə dərsliklər ən önəmli yerə sahibdir. Dərslik tədris prosesində istifadə edilən əsas tədris vəsaitlərindən biridir. Dərsliklər tədris baxımından istifadə asanlığı olan, hər şagirdin əldə edəcəyi, biliklərin bilavasitə olaraq verildiyi, davamlı istifadə olunan, hər an müraciət edilən, şifahi təhsilin boşluqlarını doldura bilən bir vasitədir.
54. 50 ci sualla eynidi

55. Ev tapşırıqların verilməsi və yoxlanması metodikası ---İlk öncə qeyd edim ki, ev tapşırığının mütləq verilmə vacibiyyəti və ya verilməmə məcburiyyəti yoxdur. Müəllim sinifdən, dərsdən, mövzudan, standartdan və s səbəblərdən asılı olaraq, ehtiyac duyursa ev tapşırığını verir. Ehtiyac duymursa verməyə bilər. Müəllim ev tapşırığını bu halda vermir ki, sinifdə şagirdlər dərsi çox mükəmməl dərəcədə araşdırmış olurlar və standart reallaşdırılmış olur. Şagirdlər qarşıya qoyulmuş məqsədə çatmış olur


Fənlərin texniki və ya humanitar olmasından asılı olaraq, ev tapşırığı haqqında fikirlər də müxtəlif olur.
Texniki fənlərdə misal və məsələlər çox sayda olduğundan müəllimlər bəzən şagirdi ev tapşırığı ilə "yükləyir". Bu doğru addım deyil. Müəllim şagirdə evə tapşırıq verərkən daha az və yaradıcı tapşırıqlar verməyə üstünlük verməlidir. Misal və məsələlərin çətinlik səviyyəsi nəzərdən keçirilməli və ən çətin ziddiyyətli tapşırıqlar dərs prosesində edilməli, "qıfıllar açılmalıdır"
Humanitar fənlərdə də həmçinin müəllim şagirdi ev tapşırığı ilə yükləməli deyil. Ev tapşırıqlarını verərkən daha çox yaradıcı tapşırıqlar, xüsusən də sinifdə mənimsənilmiş biliklər əsasında yaradıcı tapşırıqlar verilməlidir. Bəzi hallarda isə, sinifdə şagirdlərin zəif mənimsəmiş olduqları istiqamətlərdə onların hər birinə fərdi tapşırıq da verə bilərsiniz. Bütün sinifə eyni tapşırığı da verə bilərsiniz, fərdi olaraq hər birinə ayrıca tapşırıq da verə bilərsiniz
Onu da qeyd edim ki, ev tapşırıqlarını növbəti dərsdə yoxlamırıq. Bəzən müəllimlərdə sual yarana bilir ki, bəs ev tapşırığı yoxlanılmırsa niyə evə tapşırıq verilir? Evə tapşırıq ona görə verilir ki, biliklər daha dərindən mənimsənilsin, zəif qalan məqamları aşkara çıxarıb, şagirdlərə əlavə tapşırıqlar verilir ki zəif məqamlar möhkəmləndirilsin.
Bəs ev tapşırığı nə zaman yoxlanılır? Ev tapşırığını dərsdən kənar vaxtda şagirdlərdən toplayıb yoxlaya və sonra özlərinə qaytara bilərsiniz. Bunu günlük yoxlama, həftəlik və ya aylıq yoxlama şəklində də təşkil edə bilərsiniz. Yoxlamanın gün, həftə və aylıq olmasını fəndən və mövzulardan, tədris vahidindən, bölmələrdən, standartlardan asılı olaraq təyin edin. 
Ev tapşırığının yoxlanılması məsuliyyətini şagirdlər hiss etməzlərsə, onu yazmayacaqlar və ev tapşırığına çox "soyuq" yanaşacaqlar.
Ev tapşırıqlarını təqdimat formasında da verə bilərsiniz. 

Yüklə 244,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin