Şifahi xalq yaradıcılığı nümunələri. Xalq təlim və tərbiyə haqqında, elm və
bilik haqqında öz fikirlərini, istək və arzularını atalar sözlərində və zərb
məsəllərdə, nağıl və dastanlarda, bayatı və tapmacalarda ifadə etmişdir. Bunların
hamısı tərbiyəçilər üçün, xüsusən valideynlər üçün zəngin pedaqoji bilik
mənbəyidir. Hər kəs ondan bəhrələnə bilər.
Canlı söz. Təlim, tərbiyə və təhsil iştirakçılarının söylədikləri fikirlər də
pedaqoji bilik mənbələrindən biridir. Burada müəllimlərin və digər tərbiyəçilərin,
şagirdlərin və valideynlərin, habelə pedaqoji prosesin digər iştirakçılarının dedikləri
fikirlər nəzərdə tutulur .
58. Tədirs proqramının tərtibinə verilən tələblər---Tədris proqramı hər hansı tədris fənni üzrə təhsilin əsas məzmununu, şagirdlərin mənimsəyəcəkləri zəruri bilik, vərdiş və bacarığın həcmini müəyyənləşdirən, həmçinin bölmə və mövzuların məzmununu tədris ili üzrə bölüşdürən sənəddir. dakılar öz əksini tapır:
1) fənnin öyrənilməsi vəzifələri haqqında izahat vərəqəsi, şagirdlərin bilik və bacarıqlarına verilən tələblər, təlimin tövsiyə olunan forma və metodları;
2) öyrənilən materialın tematik məzmunu;
3) fənnin ayrı-ayrı mövzularının öyrənilməsinə müəllimin sərf edəcəyi saatların təxmini miqdarı;
4) dünyagörüşünün əsas elementlərinin siyahısı;
5) fənlərarası və kurslararası əlaqələri yaratmaq üçün göstərişlər;
6) tədris avadanlığının və əyani vəsaitlərin siyahısı;
7) tövsiyə edilən ədəbiyyat.
Təhsildə diferensiya proseslərinin dərinləşməsi ilə əlaqədar olaraq tədris proqramlarının müxtəlif variantları (alternativ variantları) işlənib hazırlanır. Hər hansı bir tədris müəssisəsində şagirdlərin maraq və imkanlarına uyğun olaraq bir fənn üzrə bir neçə variantda proqram tətbiq edilməsi təklif olunur. Diferensial proqramlardan istifadə etmək, fənni dərindən və ya əksinə, öyrənəcək siniflər yaratmaq haqqında qərarı məktəb şuraları verir.
Təbiət və cəmiyyət hadisələrindəki qarşılıqlı əlaqəyə və elmlər arasındakı inteqrasiyaya uyğun olaraq fənlərarası və fəndaxili əlaqələr də tədris proqramında nəzərdə tutulur.
Deməli, tədris planına əsasən fənnin hissələrini və ya bölmələrini, mövzularını, mövzulara aid məsələləri göstərən, fənn üçün ayrılmış saatları mövzular arasında bölüşdürən və izahat vərəqinə malik olan sənədə tədris proqramı deyilir.Tədris planları və proqramları məsələsi müxtəlif ölkələrdə başqa-başqa həll olunur. Məsələn, ABŞ-da eyni tipli məktəblər üçün ölkə miqyasında tədris planı və ya tədris proqramları yoxdur. Tədris planı və tədris proqramlarını ştatlar tərtib edirlər. Orada hətta tək-tək məktəblər lazım olan sənədləri özləri hazırlayır və tətbiq edirlər.
59. Yeni tədris materiallaının əsasən qavranılmasına xidmət edən üsullar ---Tədris mövzusunun qavranılmasını təşkil edərkən şagirdi yalnız müşahidəçiyə çevirmək olmaz. Şagird qavrama prosesinə fəal surətdə qoşulmalıdır; onun mümkün qədər daha çox duyğu orqanları işə salınmalı, əyaniliyin müxtəlif növlərindən istifadə edilməlidir. Çünki mənimsəmənin sonrakı mərhələlərinin müvəffəqiyyəti qavramanın dolğunluğundan və dəqiqliyindən çox asılıdır.Mövzunun qavranılması hələ onun tam başa düşülməsi, anlaşılması demək deyildir. Mövzunu başa düşmək üçün qavrayış əsasında fikir formalaşmalıdır.Şagird müəllimin rəhbərliyi ilə qavradığı materialı götür-qoy etməli, necəliyinə varmalıdır.
Dostları ilə paylaş: |