Təlimin bu mərhələsində şagird öyrənilən obyektə sadəcə baxmır,görür;
o, səsi nəinki eşidir, həm də ona qulaq asır, necəliyini dərk etməyə çalışır;
mətni oxumaqla kifayətlənmir, ayrı-ayrı söz və ifadələri başa düş-mək istəyir;
tarixi şəxsiyyətin necə hərəkət etdiyini anlamağa çalışır.
Müəllim şagirdlərin diqqətini aparılan təcrübənin, alınan kimyəvi reaksiyanın, fiziki hadisənin mahiyyətinə cəlb edir, bu məqsədlə suallar qoyur, tapşırıqlar verir;
çalışır ki, yeni tədris materialını şagirdlər şüurlu surətdə qavrasınlar.
60. Ev tapşırıqlarının əhəmiyyəti --- deyəndə bu, bizdə əsasən müəllim tərəfindən şagirdə dərsdən sonra müstəqil şəkildə həll etmək və ya öyrənmək üçün verilən tapşırıq kimi nəzərdə tutulur. Bu mənada ev tapşırığının verilməsində məqsəd belə hesab olunur ki, yeni keçilən mövzunun yadda saxlanmasına nail olmaqdır. Şagirdlərə ev tapşırıqlarının verilib-verilməsi ilə bağlı yayılan fikirlərə Təhsil Nazirliyi hələ ki, ibtidai sinif müəllimlərinə şagirdlərə ev tapşırıqları verilərkən onların ağırlıq səviyyəsinə diqqət yetirmələrini tövsiyə etmək və məktəbəhazırlıq qruplarında ev tapşırığının olmayacağını bəyan etməklə kifayətlənib.
Nazirliyin mövqeyinə görə, ev tapşırıqları mahiyyət etibarilə şagirdlərin təlimə marağını artırmalı, idrakı inkişaflarına, həyati bacarıqlara yiyələnmələrinə müsbət təsir göstərməlidir. O ki, qaldı mənim subyektiv mövqeyimə hesab edirəm ki, ev tapşırığı hansısa şagird üçün nə qədər üzücü, hansısa valideyn üçün nə qədər zəhlətökən olsa da, eyni zamanda şagirdləri öz asudə vaxtlarını daha sərbəst və mənalı keçirməsində, valideynlərə məişət və digər sosial qayğıları ilə məşğul olmalarında maneə yaratsa belə biz hələ ki, bu tapşırıqdan imtina etməyə bir növ tam hazır deyilik. Nə qədər ki, şagirdlərimizə dərsi məhz dərsdə öyrədib, mənimsətməyi öyrətməmişik ev tapşırığının verilməsinə hər hansı bir qadağa qoya bilmərik. Bu halda, necə deyərlər həm Əli aşından məhrum olarıq, həm də Vəli.
Bu proses mərhələlər üzrə həyata keçirilə bilər. İlk mərhələ isə ondan ibarət ola bilər ki, bu tapşırıqların həcmi və ağırlıq dərəcəsi azaldılsın. Bir sözlə, hələ ki, dərsi dərsdə öyrənmək, evdə isə yüngülcə təkrarlamaq olar. Proses nə qədər tez başa çatdırılsa həm şagirdlər, həm valideynlər, həm də müəllimlər əlavə yükdən bir o qədər daha tez azad olar.
Dostları ilə paylaş: |