Üçüncü mərhələ. Pedaqoji prosesin idarə olunması, təlim
metodu və ünsiyyət sistemi bir-birinə uyğun gəlməlidir.
Yalnız belə olduqda, müəllimlə şagirdlərin birgə işi fayda
verəcəkdir. Deməli, dərsdə didaktik və metodik tələblərlə
yanaşı,
Sosial-psixoloji nüanslar da nəzərə alınmalıdır:
1. Məlumatın verilməsi və öyrənənlərin onu qavraması
məqsədilə siniflə psixoloji ünsiyyətin qurulması;
2. Mühazirənin psixoloji cəhətdən əsaslandırılmış fəaliyyət
planına
uyğun
hazırlanması.
Burada
müzakirənin
elementlərindən,
ritorik
suallardan,
düşündürücü
vəziyyətlərdən istifadə etmək lazımdır;
3. Psixoloji vasitələr sisteminin köməyi ilə kollektiv
axtarışın, birgə düşünmənin həyata keçirilməsi;
4. Şagirdlərin idrak fəaliyyətinin idarə olunması;
5. İşgüzar və şəxsi aspektlərin vahidliyi. Bu, dərsdə
məlumatın ardıcıllığı və strukturlaşması ilə yanaşı müəllimin
özünüidarəetməsini təmin edir.
6. Müəllim-şagird münasibətlərinin sistemi. O, ikitərəfli
ünsiyyəti təmin edir, tədris olunan fənnə marağı artırır,
sosial-psixoloji ehtiyatlar hesabına motivasiyanı yüksəldir.
Beləliklə, məqsədəuyğun şəkildə təşkil olunmuş pedaqoji
ünsiyyət sabit kommunikasiya funksiyasını yerinə yetirir,
Mütərəqqi
istiqamətlənmənin
və
dünyagörüşün
formalaşmasına kömək edir.
Dostları ilə paylaş: |