Birinci mərhələ. Ünsiyyətin modelləşdirilməsi prosesində
gələcək fəaliyyətin planlaşdırılması həyata keçirilir.
• Pedaqoji məqsəd və vəzifələrinin həyata keçirilməsi;
• Ümumi pedaqoji və mənəvi-psixoloji vəziyyətin nəzərə
alınması;
• Pedaqoqun fərdi yaradıcılığı;
• Şagirdlərin fərdi xüsusiyyətləri;
• Təlim və tərbiyə metodlarının sistemi.
Bunlar pedaqoji ünsiyyətin hazırlıq mərhələsini təşkil edir.
İkinci mərhələ.Ünsiyyətin ilkin mərhələsi başlanğıcdır və o,
gələcək pedaqoji fəaliyyətin sosial-psixoloji və məzmun
aspektinin inkişafında mühüm rol oynayır. Bu müddətdə
siniflə qarşılıqlı ünsiyyət yaranır.
Bu mərhələnin mühüm elementləri aşağıdakılardır:
• planlaşdırılmış ünsiyyət modelinin konkretləşdirilməsi;
• yeni ünsiyyətin struktur və şəraitinin dəqiqləşdirilməsi;
• ünsiyyətin bilavasitə başlanğıc mərhələsinin həyata
keçirilməsi.
Müəllim auditoriyanın əhval-ruhiyyəsini əvvəlcədən
duymalı, seçilmiş işmetodlarından istifadə edərək imkanları
müəyyənləşdirməli, təşəbbüskarlıq göstərməli, sinifdə
müsbət aura formalaşdırmalı və emosional birlik ruhu
yaratmalıdır. Təlimdə idrak fəaliyyətinin idarə olunması
düzgün təşkil edilmiş, planlaşdırılmış ünsiyyət vasitəsilə
həyata keçirilməlidir.
Dostları ilə paylaş: |