1. Pedaqoji ünsiyyət və onun növləri



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə12/44
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#43077
1   ...   8   9   10   11   12   13   14   15   ...   44
Pedaqogika cvblar

Dördüncü  mərhələ.Müəllim  istifadə  etdiyi  ünsiyyət 

sisteminin təhlilini aparır, həmin kollektiv üçün münasib olan 

digər variantları  müəyyənləşdirir və siniflə növbəti ünsiyyəti 

planlaşdırır.  Dördüncü  mərhələdə  ünsiyyət  başa  çatır  və 

yenidən birinci mərhələyə keçir. 

6.Təşəkkül,formalaşma,sosiallaşma,özünütərbiyə 

və yenidəntərbiyə 

Tərbiyə fəaliyyətinin xüsusi, təşkilati cəhəti deyəndə, adətən, 

şəxsiyyətin  formalaşmasına  olan  təsir  nəzərdə  tutulur. 

Pedaqogikaya dair yazılmış bəzi vəsaitlərdə tərbiyə, ənənəvi 

olaraq,  xüsusi  inkişaf  edən  şəxsiyyətin  formalaşmasına 

pedaqoji təsir kimi nəzərdən keçirilir.Tərbiyə olunana zahiri 

təsir heç də daim arzu edilən nəticələrə gətirib çıxarmır. Əgər 

tərbiyəvi  təsir  şəxsiyyətdə  müsbət  reaksiya,  münasibət 

yaradırsa, bu, səmərəli və formalaşdırıcı təsirdir. 



Tərbiyə dedikdə, pedaqoji prosesdə həyata keçirilən müxtəlif 

növlü  fəaliyyətlərin  stimullaşdırılması  və  təşkili  nəzərdə 

tutulur.  Onlar  şəxsiyyətə  ictimai  təcrübə  əldə  etmək 

imkanları 

verən  sosial  və  mənəvi  münasibətlərlə 

formalaşır.Tərbiyə  təşəkkül,  formalaşma,  sosiallaşma  kimi 

anlayışlarla  əlaqəli  olsa  da,  sadalanan  istilahların  hər  bir 

fərqli məzmun daşıyır.  



Sosiallaşma  –  şəxsiyyətin  müəyyən  sosial  şəraitdə 

formalaşması prosesidir. İnsan şəxsi davranış sisteminə elə 

norma və davranış qaydaları daxil etməlidir ki, cəmiyyətdə, 

yaxud sosial qrupda başqaları tərəfindən qəbul olunsun.  



Təşəkkül uşağın müəyyən inkişaf səviyyəsinə çatmasını əks 

etdirir. Hazırda şəxsiyyət sona qədər formalaşması və ya bu 

prosesin  donmuş  şəkildə  qalması  fikrini  irəli  sürmək 

absuddur.  Həyatın  dinamikası  və  hadisələrin  gedişi  onu 

göstərir ki, hər birhadisə, hətta söz insana ömrünün sonuna 

qədər təsir göstərə bilər.Yaxşı təşkil olunmuş tərbiyə prosesi 

insanda  özünütərbiyə  bacarığının  formalaşmasına  zəmin 

yaradır.  Uşaqda  özünütərbiyəni  həyata  keçirməyə  maraq 

doğurmaq zəruridir.Uşaq inkişafa meyilliliklə dünyaya gəlir. 

Odur  ki,  insan  inkişafının  əsas  mənəvi  amili  özünütərbiyə, 

özünütəhsil, özünü təkmilləşdirmədir.  




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin