düşülür.Tərbiyə metodlarının təsnifatı müxtəlif şəkildə
verilir. A.S.Makarenkonun sistemi aşağıdakı kimidir: Azad
seçim şəraiti. Məktəbli qarşısına zəruri tələblər qoyur,
müstəqil seçim edir.Əlaqələndirmə şəraiti insanın əldə etdiyi
təcrübə nəticəsində qəbul olunmuş qərarlar və hərəkətlər
zəminində yaranır. Məktəblilər öz kollektivinin fəaliyyətini
digər kollektivlərin işi ilə müqayisə etdikdə əlaqələndirmə
şəraiti formalaşır. Pedaqoq elə şərait yaratmalıdır ki,
məktəblilər özünütəkmilləşdirməyə, özünütərbiyəyə daha
böyük maraq göstərsinlər.Yarış şəraiti “mən hamıdan
yaxşıyam” arzusunu reallaşdırmağı nəzərdə tutur. Nəticələr
rəsmi mükafatlara layiq görüldükdə, ballar yüksək olduqda,
fəxri fərmanla təltif edildikdə o özünü daha aydın göstərir.
Yaradıcılıq şəraiti məktəblilərin təxəyyülünü, xəyallarını, bu
və ya digər məsələlər haqqında düşüncəsini aktuallaşdıran,
onların improvizasiya, qeyri-standart vəziyyətdən çıxma
bacarıqlarını,
imkanlarını
genişləndirən
şəraitin
yaradılmasını nəzərdə tutur.
Dostları ilə paylaş: