Onların məqsədi bacarıq və vərdişləri hazırlayıb
möhkəmləndirməkdən ibarətdir. Stimullaşdırma metodu
hərəkətə, hissə, fikrə impuls vermək, onu oyatmaq deməkdir.
Yarış metodu insanları ən yüksək nəticələr əldə etməyə
yönəldir. Yarış yoldaşlıq, qarşılıqlı kömək və xeyirxahlıq
şəraitində təşkil olunmalıdır. Düzgün hərəkətə görə
mükafatlandırma tərbiyəolunanda razılıq hissi oyadır, onun
enerjisini
yüksəldir,
öz
gücünə
inamı
artırır.
Mükafatlandırma dəyərsizləşdirilməməli, tərbiyəolunan ən
cüzi
nailiyyətinə
görə
mükafat
gözləməməlidir.
Mükafatlandırmanın pedaqoji səmərəliliyinin vacib şərti:
prinsipiallıq, obyektivlik, ictimai dəstək, tərbiyə olunanların
fərdi və yaş xüsusiyyətlərinin nəzərə alınması. Cəzalandırma
köhnə tərbiyə metodlarından biridir. Nəzərə almaq lazımdır
ki, sərt cəza metodları insanın psixikasını korlayır, ona ziyan
gətirir. Yalnız ağıllı sistemə əsaslanan cəza insanın
davranışını korrektə edir və onun davranışının qeyri-düzgün
formalarının aradan qaldırılmasına köməklik göstərir. Lakin
cəza insana mənəvi alçalma, yaxud fizikiəzab-əziyyət
gətirməməlidir. Cəza tədbirlərinin tətbiqinə verilən pedaqoji
tələblər aşağıdakılardır: tərbiyəolunanı hər hansı hərəkətinə
görə özü bilmədən cəzalandırmaq olmaz; əsassız şəkildə
cəzalandırmaq
düzgün
deyil;
insan
nəyə
görə
cəzalandırıldığını bilməlidir. Cəza tərbiyənin digər metodları
və inamla həmahəng olmalı; pedaqoji takt gözlənilməli;
şagirdin şəxsiyyəti alçaldılmamalı; tərbiyəolunanın fərdi və
yaş xüsusiyyətləri mütləq nəzərə alınmalı; digər şagirdlərin
yanında cəza tətbiq edilməməli; bu və ya digər davranışa
qiymət verildikdə ictimai fikir əsas götürülməlidir.
Dostları ilə paylaş: