1. Pedaqoji ünsiyyət və onun növləri


Ailə tərbiyəsində məktəbin rolu



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə38/44
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#43077
1   ...   34   35   36   37   38   39   40   41   ...   44
Pedaqogika cvblar

14.Ailə tərbiyəsində məktəbin rolu 

XXI  əsrdə  də  uşaq  diqqət  mərkəzindədir.  Şəxsi  mövqeyə 

malik, prioritetlərini müəyyənləşdirən, həyatın mənasını dərk 

edən,  hərəkətlərinə  görə  məsuliyyət  daşıyan  şəxsiyyətin 

tərbiyəsi  ailə  ilə  məktəbin  birgə  fəaliyyətini  labüdləşdirir. 

Bazar iqtisadiyyatı şəraitində əksər valideynlər maddi rifahın 

təmin  olunmasına  kökləndiklərindən  uşaqla  mənəvi 

ünsiyyətə  demək  olar  ki,  zaman  ayıra  bilmirlər.  Bəzi 

valideynlər 

hətta 


birbaşa 

vəzifələrinin 

icrasından 

kənarlaşaraq  öz  vəzifələrini  nənə,  baba,  dayə  və  məktəbin 

üzərinə  qoyurlar.  Lakin  məktəb  formalaşan  şəxsiyyətin 

ailədən ala biləcəyini əvəz etmək iqtidarında deyil.Bəlkə də 

elə  bu  səbəbdən  valideyn-övlad  münasibətləri  ildən-ilə 

kəskinləşməkdədir.  Əksər  ailələr  tərbiyə  məsələlərində 

çətinliklərlə üzləşirlər. Bəzi ailələlərin mədəni səviyyəsi bir 

o qədər də ürəkaçan deyil. Bu isə məktəbin qarşısında olan 

vəzifələri daha da mürəkkəbləşdirir. Onlardan ən əsası:  



1.  Hər  bir  uşağın  şəxsiyyətinin  inkişafı  məqsədilə  ailə  ilə 

məktəbin tərbiyə vermə prosesində vahidlik;  

2. Ailəyə tərbiyə işində dəstəyin verilməsi;  

3.  Pedaqoji  kollektivlə  ailənin  çətinliklərin  öhdəsindən 

gəlmək üçün birgə fəaliyyəti;  

4. Pedaqoqun şagirdlərlə fərdi fəaliyyəti;  

5.  Valideynlərlə  sosial-psixoloji  mövzularda  təlim  və 

seminarların təşkili, maarifləndirmə işinin aparılması.  

Pedaqoqun əsas vəzifəsi gənc nəslin təlim-tərbiyəsinin təşkili 

olduğundan  hər  bir  müəllim  tərbiyə  məsələləri,  uşaqların, 

yeniyetmələrin davranışı və digər problemləri ilə bağlı ailəyə 

kömək göstərməli, onlarla sıx əməkdaşlıq etməlidir.  

Valideynlərin  maariflənməsində  məktəb  psixoloqunun  da 

fəaliyyəti önəmlidir. Məktəblə ailə arasında əlaqələr müxtəlif 

formada  ola  bilər.  Şagirdlərin  tərbiyəsində  valideyn 

iclaslarının  rolu  danılmazdır.Valideyn  iclasları  keçirilərkən 

aşağıdakı məsələlər nəzərə alınmalıdır:  

1. Valideyn  iclaslarının  əsas  məqsədi  şagirdlərin  səhvlərini 

və  uğursuzluqlarını  vurğulamaq  üçün  deyil,  onları 

maarifləndirmək məqsədilə təşkil olunmalıdır.  

2. İclasın mövzusu şagirdlərin fərdi xüsusiyyətləri ilə əlaqəli 

olmalı, sırf onları nəzərə almalıdır.  




3. İclasda  təlim  müvəffəqiyyəti,  müxtəlif  vəziyyətlərin 

müzakirə və təhlili aparılmalıdır.  

4. İclaslarda şagird şəxsiyyətinin mühakiməsi və müzakirəsi 

aparılmamalıdır.  

5. İmkan  daxilində  iclaslarda  müxtəlif  təqdimat  və 

videoroliklərin 

müzakirəsini 

təşkil 


etmək 

məqsədəuyğundur.  

6. Pedaqoq  iclasa  əvvəlcədən  hazırlaşmalı,  müzakirə 

olunacaq problemləri dəqiq müəyyənləşdirməlidir.  

Bəzən valideynlər müxtəlif səbəblərdən iclaslarda iştirak edə 

bilmədikləri üçün məktəbin saytında iclasda aparılan söhbət, 

maariflənmə  ilə  bağlı  materialları  görməyə  imkan 

yaradılmalıdır.  

Məktəbdə  açıq  qapı  günlərinin  təşkili  də  əhəmiyyətli 

məsələlərdəndir. Belə günlərdə valideyn fənn müəllimləri ilə 

görüşmək,  övladı  haqqında  ətraflı  məlumat  əldə  etmək, 

mövcud  problemlərin  aradan  qaldırılması  istiqamətində 

müəllimlə birgəfəaliyyət planı hazırlamaq imkanı qazanırlar. 

Müasir dövrdə ünsiyyətin müxtəlif yollarından istifadə ailə-

məktəb  münasibətlərinin  daha  səmərəli  olmasına  münbit 

şərait yaradır. Belə ki, sinif rəhbərləri, fənn müəllimləri sosial 

şəbəkələrdə  qruplar  və  ya  e-mail  vasitəsilə  valideynlərlə 



çevik əlaqələr yarada bilər. Həftəlik elektron hesabatların da 

müntəzəm  olaraq  valideynlərə  göndərilməsi  pedaqoji 

prosesin  səmərəsini  yüksəldən  amillərdəndir.  Məktəb 

valideynlə əməkdaşlığın maksimum dərəcədə faydalı olması 

üçün  münbit  iqlim  yaratmalıdır.  İstənilən  əməkdaşlığın 

müvəffəqiyyəti  yaradılan  mühitdən  bilavasitə  asılıdır. 

Pedaqoqlar  ailə  sirlərini  qorunmalı,  uşaq  və  ailə  haqqında 

məlumatın  konfidensiallığını  təmin  etməli,  həmkarları  ilə 

bölüşməməlidirlər.  Məktəb  və  müəllimə  inamı  itirən 

valideynnövbəti  dəfə  əməkdaşlıqdan  yayınacaq,  bu  isə 

şagirdin həyatında mənfi iz buraxacaqdır. 


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin