17.Planlaşdırma və nəzarət idarəetmənin əsas
prinsipləri kimi
İdarəetmə prinsiplərindən biri də planlaşdırma və nəzarətdir.
Planlaşdırma idarəetmənin mərkəzi həlqəsidir. İdarəetmə
sistemində planlaşdırmanın mühüm rola malikdir. Hər bir iş
planlaşdırmadan başlanır. Plan ölçüdür, meyardır, mayakdır,
kompasdır. Planlaşdırma – şagirdlərin təlim-tərbiyəsini daha
da yaxşılaşdırmaq üçün nəzərdə tutulan kompleks tədbirlərin
müəyyənləşdirilməsi və sistemləşdirilməsidir. Nəzarət
idarəetmənin əsas tərkib hissələrindəndir, yəni qəbul edilmiş
qanunların,
qərarların, sərəncamların, əsasnamələrin,
qaydaların, təlimatların, əmrlərin və s. İcrasının tələbə
uyğunluğunu yoxlamaq deməkdir. Pedaqoji rəhbərlik və
idarəetmədə məktəbdaxili nəzarət mühüm yer tutduğundan,
həm də çoxsahəli və mürəkkəb iş olduğundan, onun
məqsədini, məzmununu, forma və metodlarını dəqiq
müəyyənləşdirmək,
yaxşı
dərk
etmək
mütləqdir.
Məktəbdaxili nəzarətin məqsədi direktiv və normativ-hüquqi
sənədlərdə irəli sürülən, məktəbin qarşısında qoyulan
vəzifələrin icrasını maksimum təmin etməkdən, pedaqoji
prosesin yaxşılaşdırılmasına nail olmaqdan, təcrübəsiz
müəllimlərə köməklik göstərməkdən, işin vəziyyətini ətraflı
öyrənməklə
vaxtında
təshih
etməkdən
ibarətdir.
Məktəbdaxili nəzarət geniş sahələri əhatə edir.Pedaqoji
ədəbiyyatda nəzarətin ümumi, xüsusi və spesifik formaları
təqdim olunmuşdur. Məktəbdaxili nəzarətdə fəaliyyət
göstərən ümumi formalara – tematik (məsələn, məktəb işinin
bu və ya digər sahəsinin müəyyən mövzu çərçivəsində
müşahidə edilməsi, yoxlanılması, öyrənilməsi), frontal
(məsələn, məktəb işinin bütöv bir sahəsinin öyrənilməsi,
yaxud eyni vaxtda sinif
şagirdlərinin hamısının təlim-tərbiyə fəaliyyətinin nəzarətdə
saxlanması və s.), kompleks (misal üçün məktəbin, yaxud
bütöv bir pedaqoji kollektivin fəaliyyətinin hərtərəfli
yoxlanması) vəqrup halında nəzarət formaları daxildir
(məsələn, məktəbdə eyni fəndən dərs deyən müəllimlərin
dərslərinin yoxlanılması, yaxud bir qrup şagirdin bilik və
tərbiyəlilik
səviyyəsinin
nə
dərəcədə
olmasını
müəyyənləşdirmək və s.).Məktəbdaxili nəzarətin spesifik
formaları da vardır. Bunlar məktəbdaxili nəzarətin
strukturuna daxil olan sahələrin özləri qədər müxtəlifdir.
Dərsin müşahidəsi, sinif rəhbərinin tərbiyəvi
İşinin, dərs cədvəlinin tərtibinin pedaqoji tələblərə
uyğunluğunun yoxlanması, məktəbin təsərrüfat fəaliyyətinə
nəzarət və s. yoxlamalardır.Məktəbdaxili nəzarət məktəbin
rəhbər işçiləri tərəfindən nəzakətlə, yüksək tələbkarlıqla və
humanizm prinsiplərinə uyğun aparılmalıdır. Həmin
prosesdə müşahidə, müsahibə, anket sorğusu, test, müvafiq
sənədlərin öyrənilməsi və s. (şifahi,yazılı, qrafik və sair
növləri ilə) metodlardan geniş istifadə olunur. Məktəb
rəhbərləri müəllimlərin, sinif rəhbərlərinin, şagirdlərin
fəaliyyəti üzərində müşahidə aparmaqla, müxtəlif növ
yoxlama işləri keçirməklə, dərslərdə, tərbiyəvi tədbirlərdə
vaxtaşırı iştirak etməklə, məktəb sənədlərini (şagirdlərin
şəxsi işləri, sinif jurnalları və s.) öyrənməklə, sinif
rəhbərlərinin, şagird özünüidarə təşkilatlarının planları,
hesabatları ilə əyani
surətdə tanış olmaqla, pedaqoji və şagird kollektivinin
üzvləriarasında sorğu aparmaqla və digər növ nəzarət
metodlarından yerli-yerində istifadə etməklə müvafiq
sahələrdə
olan
çatışmazlıqların
qarşısını
vaxtında
almalıdırlar. Eyni zamanda onlar perspektivdə görüləsi
işlərin məzmununu, xarakterini,
Həcmini, icra vaxtını müəyyənləşdirməli, həmin məsələlər
üzrə dəqiq tövsiyələrini verməlidirlər. Lazım gəldikdə,
nəzarətin nəticələri ya məktəb şurasında, ya pedaqoji şurada,
ya da fənn metod birləşmələrində müzakirə edilməli,
müəllimlər,
şagirdlər,
valideynlər
bu
haqda
məlumatlandırılmalıdırlar.
Dostları ilə paylaş: |