etməsi, məqalə yazması və s. Daxildir. Metodik işin kollektiv
forması isə ibtidai sinif müəllimlərinin, sinif rəhbərlərinin,
günü uzadılmış qrup tərbiyəçilərinin, fənlər üzrə
müəllimlərin metodbirləşmələrində birgə fəaliyyətdir.
Metodik işin fənlər üzrə kollektiv formalarında müxtəlif
xarakterli işlər aparılır. Nümunə üçün aşağıdakıları
göstərmək olar: müvafiq fənlər üzrə tədris proqramları
materiallarının məqsədəuyğun şəkildə planlaşdırılması,
qabaqcıl iş təcrübəsinin öyrənilib ümumiləşdirilməsi, “açıq
dərs”lərin planlaşdırılması, təşkili və təhlili (kollektiv
müzakirəsi), psixologiya, pedaqogika və metodikaya aid elmi
yenilikləri müəllimlər arasında yaymaq, müvafiq mövzunun
və ya fənnin tədrisi zamanı özünü göstərə biləcək
çətinliklərin qarşısını vaxtında almaq üçün tədbirlər
görülməsi, yeni nəşr edilmiş dərslik və ya metodik vəsaitin
müzakirəsi, metodbirləşmə üzvlərinin öz qüvvəsi ilə
müəyyən vəsait hazırlamaq, təlimin səmərəli vasitə və
yollarını müəyyənləşdirib tövsiyə etmək, müəllimlərin
fəaliyyətindəki nailiyyətləri əks etdirən sərgilər təşkil etmək,
rəhbər orqanların təlimati və metodik məktublarının,
tövsiyələrinin
öyrənilməsi
və
həyata
keçirilməsi,
metodbirləşmə üzvlərinin tematik planlarının nəzərdən
keçirilməsi, fakültativlərin işinin istiqamətləndirilməsi və s.
Dostları ilə paylaş: