1. Pedaqoji ünsiyyət və onun növləri


İdarəetmədə optimallaşdırmanın yolları



Yüklə 1,02 Mb.
Pdf görüntüsü
səhifə42/44
tarix02.01.2022
ölçüsü1,02 Mb.
#43077
1   ...   36   37   38   39   40   41   42   43   44
Pedaqogika cvblar

18.İdarəetmədə optimallaşdırmanın yolları 

Məktəbin qarşısında qoyulmuş vəzifələri operativ həll etmək 

üçün 

onun 


idarə 

olunmasını 

optimallaşdırmaq 

lazımdır.Optimallaşdırmanın  mahiyyəti  vaxt,  qüvvə  və 

vəsaitin  səmərəli  sərf  edilməsi  ilə  yüksək  nəticələrə  nail 

olmaqdan ibarətdir.  

Məktəbi  idarəetmə  o  zaman  optimal  sayılır  ki,  qarşıya 

qoyulmuş  məqsədlər  nəzərdə  tutulmuş  müddətdə  yüksək 

keyfiyyətlə  yerinə  yetirilsin.  Bunun  üçün  aşağıdakı  şərtlər 

gözlənilməlidir:  

-  Kadrlarla  təminatda  müəyyən  edilmiş  qaydalara  əməl 

edilməlidir.  Məktəbdə  səriştəli,  işgüzar,  stabil  müəllim  və 

tərbiyəçilər  kollektivi  olmalıdır.  Eyni  zamanda,  hər  bir 

müəllimin,  

Tərbiyəçinin 

müvafiq 


normativ-hüquqi 

sənədlərdə 

müəyyənləşdirilmiş  müddətdə  ixtisasartırma  kurslarına 

göndərilməsi və vaxtaşırı attestasiyadan keçirilməsi, qabaqcıl 

iş  təcrübəsinin  öyrənilməsi,  yaradıcılıqla  tətbiqi  təmin 

olunmalıdır;  




-  Məktəbin  maddi-texniki  bazası  daim  möhkəmləndirilməli, 

hər  bir  məktəb  normal  tədris  binaları,  müasir  təlim 

avadanlığı,  

İnformasiya  və  kommunikasiya  texnologiyaları,  tədris 

ləvazimatları ilə təchiz edilməlidir;  

-  İdarəetmə,  sözün  həqiqi  mənasında,  demokratik  üsullarla 

aparılmalıdır. Bu sahədə sərt reqlamentləşdirmə, bürokratik  

Mərkəzləşdirmə, inzibati-amirlik halları aradan qaldırılmalı, 

yerli  idarəetmə  orqanlarının,  valideynlərin,  ictimaiyyətin 

genişiştirakına,  şagird  özfəaliyyətinin  hər  vasitə  ilə  inkişaf 

etdirilməsinə  nail  olunmalıdır,  məktəbdə  kollektivin  hər 

hansı üzvünün rəyinə hörmətlə yanaşılmalıdır;  

-  İdarəetmə 

stimullaşdırılmalı, 

səriştəli 

müəllimlər, 

tərbiyəçilər  və  digər  işçilər  maddi,  mənəvi  cəhətdən 

mükafatlandırılmalı, onların nüfuzu hər vasitə ilə artırılmalı, 

pedaqoji kollektivdə sağlam psixoloji iqlim yaradılmalıdır.  

Sosioloqlar  qeyd  edirlər  ki,  sağlam  mikroiqlim  əməkhaqqı 

səviyyəsindən də vacibdir. İşlərin düzgün planlaşdırılmasına 

və  görülmüş  işlərin  vaxtlı-vaxtında  təhlil  edilməsinə  nail 

olunmalıdır; qarşıya qoyulmuş vəzifələrin nə dərəcədə yerinə 

yetirildiyi 

müəyyənləşdirilməli, 

perspektiv 

tədbirlər 

hazırlanıb  ətraflı  götür-qoy  edilməli,  əməyin  elmi  təşkilinə 




nail olunmalıdır. Göstərilən şərtlərə  düzgün əməl  olunması 

məktəbi  idarəetməni  optimallaşdırmaq,  yəni  nisbətən  az 

qüvvə  və  vəsait  sərf  etməklə,  nisbətən  qısa  müddətdə 

fəaliyyətdə daha yaxşı nəticələr qazanmaq yolunda ən etibarlı 

təminatdır. 

Optimallaşdırmanın  inkişafı  idarəetmənin 

intensivləşdirilməsinə  zəmin  yaradır.  İntensivləşdirmənin 

mahiyyəti  vaxta qənaətdən ibarətdir. Vaxt temp, ritm, sürət 

deməkdir. Temp, ritm, sürət nə qədər yüksək olarsa, vaxt da 

o qədər həcmli və məzmunlu olar. 




Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin