bazasının
möhkəmləndirilməsi,
kadr
potensialının
gücləndirilməsi, idarə olunmasının təkmilləşdirilməsi, İKT
ilə təmin edilməsi və s. Sahələrdə xeyli iş görülmüşdür.1998-
ci ildən başlayaraq 3000-dən çox yeni məktəb binası, əlavə
tədris korpusu tikilib istifadəyə verilmiş və əsaslı təmir
edilmiş, inventar avadanlıqlarla təchiz edilmiş, məktəblərin
informasiya-kommunikasiya texnologiyaları ilə təminatı
yaxşılaşdırılmışdır. Bu məsələ ilə bağlı Dövlət Proqramı
yerinə yetirilmişdir, 2008-ci ildən etibarən ikinci Dövlət
Proqramı tətbiq olunmaqdadır. Ötən dövr ərzində
Azərbaycan hökuməti tərəfindən 1999-cu ildə ümumi orta
təhsilin dövlət standartları, 2006-cı ildə ümumi təhsilin
Konsepsiyası (kurikulumu), 2009-cu ildə Təhsil haqqında
Qanun və ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası təsdiq edilmişdir.Sadalanmış proseslərin hər
biri məhz məktəblə əlaqəlidir.
Məktəbşünaslıq pedaqoji elmin məktəbin idarə olunmasının
məqsədi, məzmunu və metodlarını, məktəbə rəhbərlik
sistemini özündə ehtiva edən bir sahəsidir. Başqa sözlə,
məktəbşünaslıq – cəmiyyət və dövlət tərəfindən məktəbin
qarşısına qoyulan vəzifələri uğurla həll etmək məqsədilə
həyata
keçirilən
təşkilati-pedaqoji
tədbirlər
sistemidir.Məktəbşünaslığın mövzusu məktəb işinin təşkili
və idarəolunması prosesi, obyekti məktəbin idarəolunması
üzrə
təhsil
orqanları
və
məktəb
rəhbərliyinin
fəaliyyətidir.Məktəbşünaslığın metodoloji əsasını:
1) Azərbaycan dövlətinin qanunvericiliyi,
2) ölkəmizdə məktəbə rəhbərlik edilməsi və idarə olunması
təcrübəsi,
3) pedaqoji elmin tarixi irsi təşkil edir.
Dostları ilə paylaş: