1. Psixologiya elminin yaranmasında dualist təlimlərin rolu


Psixika haqqında XVlll əsrə qədərki fəlsəfi təlimlər



Yüklə 296,41 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix11.06.2023
ölçüsü296,41 Kb.
#128383
1   2   3   4
psixo

3.Psixika haqqında XVlll əsrə qədərki fəlsəfi təlimlər. 
Orta əsrlədə insan şəxsiyyətinə müxtəlif fəlsəfi baxışlar formalaşsa da inkişaf edə 
bilmir. Yalnız birinci minillik başa çatdıqdan sonra kilsənin zəifləməsi insan 
haqqında yeni elmi fikirlərin formalaşmasına təkan verdi.Bu dövrda insan 
darketməsi haqqında müstəqil elmi baxışlar yox idi.insan və onun daxili aləmi 
haqqında biliklər fəlsəfənin tərkibina daxil idi.Zaman keçdikçə yeni elmi fikirlər-
N.Kuzanskinin dərketmənin 4 mərhələdən (hissi,mühakimə,ağil va intuisiya) 
ibarət olması,R..Dekartın (1596-1650) insanın ruhu ilə bədəni arasında tam 
fərqin olması va davranışın orqanizmin xarici fiziki qıcıqlanmaya qanunauyğun 
hərəki cavabi (determinist-səbəbiyyət konsepsiyası) və B.Spinozamn (1632-
1677) insan ruhunun substansiyanın (materiyanın) təzahür formalarından biri 
(Ruh va badan eyni maddi səbəblərlə müəyyən olunurlar)olması haqqındakı 
prinsipləri, Q.Leybuitsin (1646-1716) qeyri-şüuri psixika haqqındakı anlayışları( 
İnsanın ruhi aləmində fasiləsiz olaraq psixi qüvvələrin- qavrayışların gizli işi 
hesabına dərk olunan istəklər və ehtiraslar meydana gəlməsi). CLokkun (1632-
1704) "tabula rasa")" Təmiz lövhə) nəzəriyyəsi yarandi. Psixologiya anlayışı elmi 
termin kimi ilk dəfə alman ensiklopedisti X.Volfun 1732-ci ("Emprik psixo- 
jogiya") va 1734-cü illərdə ("Rasional psixologiya") çap olunmuş əsərləri və 
"psixoloji ölçma" anlayışları ilə daxil olmuşdur.Bununlada psixologiyanın empirik 
va rasional istiqamətlərini bir-birindən ayrılmışdır.Psixologiyanın müstəqil bir elm 
kimi inkişafı XIX əsrin ikinci yarısına təsadüf edilir.Hətta müstəqil eksperimental 
elm sahəsi kimi psixologiyanın tarixi alman alimi V. Vund- tun (1832-1920) 
(Almaniyanın Leypsiq şəhərində) dünyada ilk eksperimental psixoloji 
laboratoriyanı yaratdığı 1879-cu il hesab olunur. Davranış haqqında elmlə 
bərabər şüursuzluq haqqında da elm inkişaf edir. Psixologiyada bu istiqamətinin 
nümayəndəsi insan psixikasının üç səviyyəli quruluş konsepsiyasının banisi olan 
Ziqmund Freyd idi.Şəxsiyyətin psixi strukturunun üç səviyyəsini icad etmək üçün, 
Ziqmund Freyd yeni üsul - "azad asossasiyalar" prinsipi asasında olan psixoanaliz 
usulundan istifadə etmişdir.Bu mərhələnin nümayəndələrindən biri də İvan 
Petrovic PavlovdurO, beyinlə bağlı müxtəlif eksperimentlar aparmışdır. Hafizənin 
və asossasiyaların real (materialist) asası təşkil edən şərti reflekslərin kəşfi onun 
adı ilə bağlıdır. İ.P Pavlov və İ.N.Seçenov psixikanın maddi əsasının sinir 
sistemlərindən təşkil olunduğunu subut etmişlər. Qədim yunan sivilizasiyasının 
məhşur filosofları Lukretsiy va Epikur öz təlimlərində insan ruhunun 


dəyirmi,kiçik,odlu və çox hərəkətli atomlardan ibarət olduğunu, insan nəfəs alib 
verdikdə atomların onun bədəninə girib çıxdığını, insan öldükdə isə onu 
tamamila tərk etdiyini göstərirdilər.Demokrit hesab edirdi ki,ruh təbiətin bir 
hissəsidir və o təbiətin qanunlarına tabe olur.Hippokrat temperament haqqinda 
nəzəriyyə yaratdı.Onun fikrincə insanın temperamenti onun bədənində 
üstünlük təşkil edən bu və ya digər mayedan asılıdır.İdealist fəlsəfənin 
nümayəndəsi olan Platon hesab edirdi ki,ruh qeyri-maddidir və məhv 
olunmazdır(əbədidir)Onun baxışlarına görə ruh üç hissadan ibarətdir: şəhvət 
(qarnında yerləşir),cəsarət (ürəkdə yerləşir) va ağıl (beynində yerləşir)Bir insanda 
şəhvət, digarinda cəsarət, üçüncüdə isə - ağıl üstünlük təşkil edir. 

Yüklə 296,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin