1. Psixologiya elminin yaranmasında dualist təlimlərin rolu


 Psixi inkişafın qanunauyğunluqları.Flogenez və Ontogenez inkişaf



Yüklə 296,41 Kb.
Pdf görüntüsü
səhifə4/4
tarix11.06.2023
ölçüsü296,41 Kb.
#128383
1   2   3   4
psixo

4. Psixi inkişafın qanunauyğunluqları.Flogenez və Ontogenez inkişaf. 
Filogenez mərhələsində insan və heyvan psixikasının inkişafı, yəni çox mürəkkəb 
bir prosses olan sinir sisteminin formalaş mağa başlaması ilə başa çatır. İnsanda 
flogenetik inkişaf fərdin ana bətnində mayalanmadan sinir sisteminin for- 
malaşmasına qədər olan dövrü əhatə edir, ictimai inkişafıdır.Psixoloji 
ədəbiyyatlarda bu dövr insanın yarandığı andan başlanan təkamülü kimi başa 
düşülür. Uşaq ana bətnində olarkən bir neçə təkamül mərhələsindən keçir.Ana 
bətnindəki inkişafın müxtəlif mərhələlərində uşaqda tük,quyruq və digər 
əlamətlər olur.Uşağın ana bətnindəki inkişafı verilmiş mərhələlər üzrə inkişaf 
edir:1-ci mərhələ embrional inkişafdan 2-ci ayın sonuna qədər davam edir.Bu 
mərhələ orqanizmin inkişafının ənintensiv dövrüdür.Bu dövrdə spermatoidlərin 
həcmi ilə müqayisədə embronun həcmi 10000 dəfə böyüyür, ayın sonunda 
embrionun uzunluğu 1,3 sm olur. Embrionun vena və artileriyalarında qan 
axmağa başlayır. Ürək döyüntüləri dəqiqədə 60 dəfəyə çatırBaş beyinin, 
böyrəklərın ,ciyərlərin, qida sisteminin rüşeyimi yaranır. Embironun başında bir 
neçə qabarcıq görünür sonradan ağız, burun, göz qulaq formasını alır. Cinsi 
müəyyən etmək olmur.2-ci mərhələ 2-ci ayın sonu-uzunluq 2.5 santimetrə çatır, 
sifətin hissələri formalaşır,, dölün rüşeymləri əmələ gəlir, əl,barmaq, pəncələr və 
sümük hüceyrələri yaranır. Beyin orqanları idarə etməyə başlayır. Ciyərlərdə qan 
hüceyrələri yaranır, dəri taktil qıcıqlandırıcılara cavab verir. 3-cü mərhələ cəki 280 
qrama, boy 7.5 santimetra çatır. Dirnaq, kiprik, sas bağları dodaqlar, burun əmələ 
gəlir, başın həcmi bədənin uzunluğunun üç də birini təşkil edir.Hər aya görə çəki 
və boyun uzunluğu dəyişir.. Psixi inkişafa gəldikdə isə hiss orqanları, yəni duyğu 
üzvləri, o cümlədən temperatur va eşitmə duyquiarı inkişaf edir. Qalan duyğu 
üzvləri isə ontogenezin ilk mərhələsində, yəni doğulduqdan sonra yaranır. 
Ontogenetik inkişafı iki mərhələdən ibarətdir. Birinci,mərhələ fərdin ana 
bətnində sinir sisteminin tam formalaşdığı anından doğulduğu ana qədər, ikinci 


mərhələ isə fərdin doğulduğu andan öldüyü ana qədər olan bir dövrdür. Yeni 
doğulmuş körpədə müdafiə refleksi (dərinin qıcıqlanması, gözlərin qıyılması, 
sifətin səyrilməsi) və bələdləşmə refleksi özünü biruzə verir.Yeni doğulmuş körpə 
öz həyatı tələbatlarını ödəməyə qadir olan müstəqil fəaliyyət subyekti deyil. Ona 
görədə onda anadangəlmə reaksiyalar amma, tutma, itələmə və ağlama 
tələbatların ödənilməsində ona kǝmək edir. Uşağın psixi inkişafı diqqətin şərtsiz 
reflekslərindən başlayır, çünki iki həftəlik uşaq uca səslərə, parlaq əşyalara və 
hərəkət edən obyektlərə reaksiya verir. Psixikanın məhdud imkanları bu 
reaksiyaların qısa müddətli olmasına səbəb olur. Yalnız altı aylıq uşaqlarda 
diqqətin cəmləşmə xüsusiyyəti özünü göstərir. Məktəbəqədər yaş dövründə isə 
uşaqlar- da yalnız qeyri-ixtiyarı diqqat formalaşır. Psixi inkişafda hafizənin böyük 
rolu var. Hafizənində ilkin təsahürləri körpəlik dövrünə təsadüf edir. Hafizənin 
ilkin forması tanıma 2-3 aylıq uşaqlarda emosional reaksiyalarla müşahidə 
olunur. Qavrayış intensiv inkişaf edir. Qavrayış tam şəkildə 5-6 yaşdan sonra oyun 
və talim prosesində formalaşmağa başlayırÇünki bu dövrdə birinci və ikinci siqnal 
sistemləri arasında möhkəm əlaqələr yaranır,qavrayış prosesina istiqamətlalan 
ikinci siqnal siste minin üstünlüyü təmin olunur. Bundan sonra kiçik məktəb yaşı 
dövrü başlanır 6 yaşdan 10 yaşadək davam edir. İxtiyari psixi hadisələr, özü- nü 
idarəetmə və hərəkətlərin əvvəlcədən beyində yaradıl- ması formalaşır. artır. 
Nitq ifadələnir, iradi yaddaş va abstrakt təfəkkür formalaşır, emosional ünsiyyət 
tələbatı artır.Yeniyetməlik dövrü anatomik - fizioloji, psixi və sosial keyfiyyətlərlə 
xarakterizə olunan psixi inkişafın ən mürəkkəb dövrüdür. Bu dövrdəki psixi 
inkişafı orqanizmin ümümi inkişafından və sosial hayatdan kənarda 
qiymətləndirmək olmaz. Çünki şəxsiyyətin fiziki-sosial, aqli və mənəvi cəhətdən 
yetkinləşməsi va formalaşması bu dövrdə baş verir. Fiziki inkişafın əsas amilləri 
sayilan boy və çəki artımındakı kaskin dəyişiklik bu dövrə təsadüf etdiyi üçün psixi 
inkişafa da təsirisz ötüşmür. Yeniyetməlik dövrünün ən mühüm amillərindən biri 
fiziki inkişafın əsası sayilan cinsi yetişkənliyin başlanğıc dövrüdür. Bu dövrdə 
fərdin sağlam hayat tərzi, keçirdiyi somatik xəstəliklər, qidalanma, sosial mühit 
izsiz ötüşmür. Bu dövrdə sosial va bioloji dəyişiklik yeniyetmənin psixi simasında 
öz təsirini göstərir. Bədən ölçülərinin əhəmiyyətli və qeyri mütənasib böyüməsi 
baş 
verir.Özünütəsdiq, 
hövsələsizlik, 
etinasızlıq, 
məsuliyyətsizlik, 
vətənpərvərlik,empatiya xüsusiyyətləri formalaşır və müstəqilliyə can atma 
güclənir.Bu dövrdə ünsiyyətə və başqa insanlarla münasibətlərə tələbatlar kəskin 
xarakter alır. Yeniyetməlik dövründə ideal obrazlar, əxlaq qaydaları və normaları 
özünümüqayisə, özünün və başqalarının hərəkətlərinə qiymət vermə və özünü 
tərbiyə vasitəsilə inkişaf edir. Yeniyetmənin intellektual sferasındakı psixoloji 
yenilik onda mücərrəd təfəkkürü inkişaf etdirir. Mücərrəd təfəkkür əyani obrazlı 
təfəkkürün yaranmasına kömək edir, bu isə qavrayış va hafizənin inkişafına təsir 
edir. Qavrayışın manalığı artaraq müşahidəçiliyə çevrilir, hafizədə yadda 


saxlamanın həcmi genişlənir, sözlü məntiqi hafiza sürətlə inkişaf edir, 
məhsuldarlığı artır, yadasalmanın nəticələrı tanıma ilə yoxlanılır. Diqqətin 
dayanıqlığı va paylanması kimi psixi proseslər kəmiyyət dəyişmələri nəticəsində 
keyfiyyət dəyişməsi yaradır.

Yüklə 296,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin