və s. Psixoloqların fikrincə kommunikativ maneələri aradan
qaldırmaq üçün adamların ünsiyyət mədəniyyətini artırmaq, onlara
ünsiyyət vərdişləri aşılamaq lazımdır. Ünsiyyət mədəniyyətinin
əhəmiyyətini xüsusilə qeyd etmək lazımdır. Ünsiyyət mədəniyyəti
insan mədəniyyətinin daxili gözəlliyində öz ifadəsini tapır.
Nəzakətlilik, təmkinlilik, mehribanlıq, xeyirxahlıq, tərəf-müqabili
dinləmək bacarığı və başa düşmək arzusu, onun zövqünə, fikirlərinə,
ovqatına hörmətlə yanaşmaq, sevinc və kədərini anlamaq, dərdinə
şərik olmaq-bunlar ünsiyyət mədəniyyətinin əlifbasıdır. Hamı bu
əlifbanı öyrənməli, mənimsəməlidir.
14.Nitqin funksiyaları və növləri
Nitq fəaliyyəti ünsiyyət fəaliyyətində əsas yer tutur.
Nitq- insanlara
məxsus olub, dil vasitəsilə həyata keçirilən ünsiyyət prosesidir.
Ünsiyyətin bu forması tarixən əmələ gəlmiş və təşəkkül tapmışdır. Dil
isə nitqdən fərqli olaraq insanlar arasında ünsiyyət vasitəsidir. Hər iki
anlayışı müqayisə etmək olar. Dil həcm etibarilə nitqdən çox genişdir.
Çünki, dil xalqa məxsusdur, nitq isə ayrıca bir fərdə aiddir. Nitqin üç
funksiyası vardır:
1.Siqnifikativlik -əşyaları, hərəkəti, vəziyyəti və s. adlandırmaqdır.
Dostları ilə paylaş: