1. Psixologiyanın mövzusu və vəzifələri



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə17/17
tarix06.11.2022
ölçüsü344,91 Kb.
#67616
1   ...   9   10   11   12   13   14   15   16   17
1-15

 
1.Şəxsiyyətin tələbatları. Şəxsiyyətin fəallığının mənbəyini onun 
tələbatları təşkil edir. Məhz tələbat insanı müəyyən surətdə və 
müəyyən istiqamətdə iş görməyə təhrik edir. Tələbatların müxtəlif 
növləri vardır. Onları ayrı-ayrı meyarlara görə təsnif etmək olar:
 
a) Mənşəyinə görə: təbii və mədəni tələbatlar. 
b) Predmetinə görə: maddi və mənəvi tələbatlar. 
Tələbatların tam təmin olunması şəxsiyyətin hərtərəfli inkişafının ən 
mühüm şərtlərindən biridir. Lakin bu, yeganə şərt deyildir. Bundan 
başqa, digər formalaşdırıcı şərtlər olmadıqda, tələbatı asanlıqla təmin 
etmək imkanı çox vaxt insan şəxsiyyətinin tənəzzül etməsinə gətirib 
çıxarır. 


2.Şəxsiyyətin təcrübəsi. Buraya hər bir adamın həyatda qazandığı 
bilik, bacarıq və vərdişləri daxildir. Şəxsiyyətin təcrübəsi onun şüuru 
ilə sıx surətdə əlaqədardır. Təcrübənin təşkilində üç mərhələ ayırmaq 
olar: 
a) Xarici təsirlər dərk olunur. 
b) Şüurda əksini tapmış təsirlər hifz olunur. 
c) Təcrübə hərəkətə, fəaliyyətə çevrilir. 
İnsanın qavrayışı nə qədər dolğun olarsa, təcrübə də bir o qədər 
zəngin olar. 
3.Şəxsiyyətin münasibətləri. Buraya şəxsiyyətin başqa adamlara
özünə, əməyə və əşyalara münasibəti daxildir. Şəxsiyyətin 
münasibətləri onun rəftar və davranışında özünü göstərir. Şəxsiyyətin 
mənlik şüuru da nəticə etibarı ilə onun münasibətləri ilə müəyyən 
olunur. Münasibətlər şəxsiyyətin nüvəsini təşkil edir. 
4.Şəxsiyyətin istiqaməti. Buraya şəxsiyyətin dünyagörüşü, əqidəsi, 
ideyası, baxışları, maraqları və meylləri daxildir. Şəxsiyyətin istiqaməti 
onun motivləri ilə müəyyən olunur. Motivlərin öyrənilməsi mahiyyət 
etibarilə şəxsiyyəti fəaliyyətdə öyrənmək deməkdir. Motiv insanı 
fəaliyyətə təhrik edir və onun fəaliyyətinin istiqamətini 
müəyyənləşdirir. Şəxsiyyətin istiqaməti onun simasını müəyyən edir.  

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin