1. Psixologiyanın mövzusu və vəzifələri


Düyünlü sinir sistemi- (instinktlər, vərdişlər və s.).  3



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə9/17
tarix06.11.2022
ölçüsü344,91 Kb.
#67616
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
1-15

2.Düyünlü sinir sistemi- (instinktlər, vərdişlər və s.). 
3.Borulu sinir sistemi- (instinktlər, vərdişlər, intellektual davranışlar 
və s.). 
Biotik amillərə özünəməxsus hərəkətlərlə cavab vermək üsulları 
tropizm və ya taksis adlanır. Tropizm termini ilk dəfə bitkilərin 
günəşə doğru hərəkətlərini təsvir etmək məqsədilə işlədilmişdir. 
Bitkilərin müvafiq reaksiyaları tropizm, heyvanların reaksiyaları isə 
taksis sözləri ilə ifadə olunur. Tropizm- dönmək, istiqamət, taksis isə 
qayda, uyğunlaşma deməkdir. Bəzən həmin sözlərdən sinonim sözlər 
kimi də istifadə olunur. Tropizm və ya taksisin iki mərhələsini 


fərqləndirirlər; birinci mərhələdə canlı orqanizm müvafiq qıcıq 
istiqamətinə yönəlir, ikinci mərhələdə həmin istiqamətdə yerini 
dəyişir. 
9.İnstinktlər və intellektual davranış 
•İnstinktlər- genetik cəhətdən tropizmlərlə bağlı olsa da, mahiyyət 
etibarilə yeni davranış forması kimi meydana çıxır. İnstinktlər
oyanma deməkdir və elmi termin kimi “irsən möhkəmlənmiş”, 
“anadangəlmə davranış” mənasını ifadə edir. İnstinktiv davranış 
forması hər hansı bir qıcığın təsiri ilə əmələ gəlir və ardıcıl surətdə 
davam edir. Standart şərait dəyişən kimi instinktiv hərəkətlər öz 
məqsədəuyğunluğunu itirir. Beləliklə, instinktiv davranış formaları 
yalnız dəyişməz şəraitdə məqsədəuyğun olur. İnstinktiv davranış 
formalarına heyvanların hamısında geniş təsadüf olunur. 
İntellektual davranış da genetik cəhətdən instinktiv və fərdi 
qazanılmış davranış formaları ilə bilavasitə bağlıdır. Bu cəhəti nəzərə 
almadan intellektual davranışı başa düşmək olmaz. İntellektual 
davranışın əsasını ayrı-ayrı cisimlər arasındakı mürəkkəb 
münasibətləri əks etdirmək təşkil edir. Heyvan iki cisim arasındakı 
əlaqəni tapdığına görə həmin davranış formasını intellektual davranış 
kimi xarakterizə edirlər. İ.P.Pavlovun meymun üzərində apardığı 
təcrübələr bu sahədə klassik təcrübələr hesab olunur. 
Qeyd etmək lazımdır ki, instinktiv davranış heyvanların əsas davranış 
formasıdır. Heyvanlar fərdi qazanılmış davranış formalarından və 
intellektual davranış formalarından zəruri hallarda istifadə edirlər. 

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin