boyu başqa insanlarla münasibətləri vasitəsilə, təlim, tərbiyə yolu ilə
ictimai şüur normalarını mənimsəyir.
8.Qıcıqlanma və tropizm
Qıcıqlanma canlı orqanizmin, yəni bitki və heyvanların biotik
təsirlərə cavab vermə qabiliyyətinə deyilir. Canlı orqanizmə biotik və
abiotik təsirlər ola bilər. Birinci halda canlı orqanizm qıcığa yaxınlaşır,
ikinci halda isə ondan uzaqlaşır. Bu, o deməkdir ki, hər bir canlı
orqanizm bütün xarici qıcıqlara seçici münasibət bəsləyir.
Təkamül prosesində heyvanlarda qıcıqlanmanın yeni forması-
həssaslıq meydana çıxır. Heyvan biotik təsirləri iyinə, rənginə və ya
formasına görə fərqləndirməyə başlayır. Bu, artıq sadə formada
duyğunun əmələ gəlməsi deməkdir. Beləliklə, uzunmüddətli təkamül
prosesində psixika əmələ gəlir və tədricən müxtəlif formalarda
(duyğu, qavrayış, hafizə) psixi proseslər kimi təzahür etməyə başlayır.
Heyvanın mühitə uyğunlaşması bilavasitə onun sinir sisteminin
xüsusiyyətləri ilə bağlıdır. Sinir sistemi inkişaf etdikcə, heyvanın
mühitlə əlaqəsi genişlənir, mürəkkəbləşir. Sinir sistemi də təkamül
prosesinin məhsuludur.
Sinir sisteminin aşağıdakı növlərini
fərqləndirirlər:
1.Torvari sinir sistemi- (tropizmlər, taksislər və s.).
Dostları ilə paylaş: