müəyyən dövr ərzində, dövrü müşahidə isə müəyyən müddət ərzində
aparılır. Müşahidə metodu tədqiqat üçün çox əlverişli olsa da, bir sıra
nöqsanları da vardır. Belə ki, bəzən psixi hadisələr sürətlə cərəyan
edir, onları müşahidə edib qeyd aparmaq çətin olur. Deməli, yenidən
təzahür etməsə onu bir daha müşahidə etmək mümkün olmur.
•
Eksperiment metodu- müşahidədən
fərqli olaraq nisbətən qısa
müddətdə daha dəqiq nəticələr əldə etməyə imkan verir.
Eksperiment metodu qüsurları aradan qaldırmaq məqsədilə istifadə
olunur. Belə ki, qarşıya qoyulmuş məqsədə müvafiq olaraq istənilən
psixi proses bilərəkdən, müəyyən məqsəd əsasında yaradılıb öyrənilir.
Eksperiment metodu laborator və təbii olmaqla iki növdə aparılır.
Laborator eksperiment adətən laboratoriyada və ya xüsusi otaqlarda
aparılır. Təbii eksperiment isə adi şəraitdə, məktəbdə, oyun və ya
fəaliyyət prosesində aparılır.
Dostları ilə paylaş: