1. Psixologiyanın mövzusu və vəzifələri


Psixologiya elminin inkişafının IV mərhələsi



Yüklə 344,91 Kb.
Pdf görüntüsü
səhifə3/17
tarix06.11.2022
ölçüsü344,91 Kb.
#67616
1   2   3   4   5   6   7   8   9   ...   17
1-15

4.Psixologiya elminin inkişafının IV mərhələsi. XX əsrin 60-cı illərinə 
təsadüf edir. XX əsrin II yarısında yeni psixologiya məktəbləri və 
istiqamətləri-humanist psixologiya, genetik psixologiya, koqnitiv 
psixologiya meydana çıxdı. Beləliklə, demək olar ki, XX əsrin 60-cı 
illərindən başlayaraq psixologiya elmi özünün yeni inkişaf 
mərhələsinə daxil oldu. Bu mərhələnin xarakterik xüsusiyyəti ondan 
ibarətdir ki, indi ayrılma, parçalanma yox, ayrı-ayrı məktəblərin, 
tədqiqat istiqamətlərinin birləşməsi prosesi gedir.
 
3.Psixologiyanın strukturu və vəzifələri 
Qədim zamanlardan psixikaya münasibət müxtəlif olmuşdur. İnsan 
orqanizmində baş verən hadisələr, hallar müxtəlif cür başa 
düşülmüşdür. Məsələn, yuxunu müvəqqəti ölüm, ölümü daimi yuxu, 
ürəkkeçməni kiminsə qəlbinə qara qüvvənin daxil olması kimi başa 
düşürdülər. Çünki baş verən bu hadisələrin elmi səbəbi sübut 
olunmamışdır. Tədricən Platon, Aristotel və orta əsr alimlərinin elmi 
nəzəriyyələri bütün hadisələrin elmi əsaslarını göstərdi. 
Psixologiya elmi tam sərbəst bir elm kimi mövcud olandan bəri bu 
elm haqqında bir – birinə zidd nəzəriyyələr, ideyalar olmuşdur. 
Materialistlər sübut edirdilər ki, materiya mövcud olmamış hər hansı 
bir ideya haqqında söhbət ola bilməz. Yüksək təşəkkül tapmış 
materiya-beyin əvvəl yaranmış, ideya isə onun törəməsidir. İdealistlər 
isə psixi hadisələrin beyinlə əlqəsi olmayan hadisələr kimi xarakterizə 
etmişlər. Onlar sübut edirdilər ki, əvvəl ruh – ideya yaranıb, sonra isə 
canlı varlıq. Lakin bu idealist fikirlərin səhv olduğunu başa düşmək çox 
asandır. Belə ki, beyində zədələnmə olan kimi psixi həyat da dərhal 
pozulur. 
Psixologiya elmi o səviyyədə inkişaf etmişdir ki, onun özünün də bir 
sıra sahələri meydana gəlmişdir. Müasir psixologiyanın sahələrini 
aşağıdakı üç cəhətə görə təsnif etmək olar: 

Yüklə 344,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin