1. Qərar qəbul etmə anlayışı


Qərarları səciyyələndirən vacib xarakteristikaları



Yüklə 27,59 Kb.
səhifə2/8
tarix30.12.2021
ölçüsü27,59 Kb.
#49343
1   2   3   4   5   6   7   8
Belge

2.Qərarları səciyyələndirən vacib xarakteristikaları
Qərarların vacib xarakteristikası seçmənin müəyyən məqsədə yönəldilməsi və düşüncəliliyə malik olmasıdır. Məqsədsiz secim, impulsiv (qeyri-iradi) fəaliyyət yuxarıda qeyd olunduğu kimi qərar hesab edilmir. Qey etmək olar ki, qərar qəbul etmə zamanı insan psixikasının üç elementi istifadə olunur: zəka (şüur), hiss etmə qabiliyyəti və iradə. Zəka qərar qəbul etmə zamanı biliyin, məntiqi düşüncənin, elmi metodların istifadə olunmasını tələb edir. Onun əsasında qərar variantları hasil olunur və təhlil edilir. Belə qərar eksperiment və hesablamalar ilə dərk edilmiş axtarış və ya instinktiv təfəkkür prosesi – intuisiya nəticəsində qəbul oluna bilər
İntuisiyanın fərqli cəhəti məntiqi düşüncənin sirr verməzlik xüsusiyyətinə malik olmasıdır. Insan intuisiya əsasında qərarı məntiqi olaraq necə çıxardığını izah edə bilmir.
Hiss etmə qabiliyyəti qərar qəbul etmənin subyektiv xüsusiyyətini xarakterizə edir ki, qərar onu qəbul edən şəxsin xarakter və maraq prizmasından kecərək qəbul olunmuşdur. Bu öz əksini qərar qəbul edən şəxsin daha yaxşı hesab edərək - üstün tutmalarında tapır.

Qərar qəbul edən şəxs iradəsini qərarın secilməsində və həm də onun reallaşdırılmasında da istifadə etməlidir. Qərar qəbul edən şəxs öz iradəsi hesabına müxtəlif maraq və rəylərlə mübarizə nəticəsində bu qərarın secilməsinə nail olur. Aşkardır ki, qəbul edilən qərarın reallaşdırılması üçün onu qəbul edən şəxs çoxlu enerji sərf etməli, ayrı-ayrı şəxs və təşkilatların müqavimətlərini rəf etməli və öz müttəfiqlərini tapmalıdır.

Problemlərin aşkarı və təhllili, onların həll edilməsi məqsədi, alternativ qərar variantlarının hazırlanması və qiymətləndirilməsi tamamilə formallaşdırılan prosedurlar hesab olunmur. Onları həm zəruri biliklərə, həm də intuisiya və geniş təcrübəyə malik qərar qəbul edən şəxs yerinə yetirə bilər. Bu prosedurların yerinə yetirilməsinin nəticələrinə qərar qəbul edən şəxsin düşüncələrinin psixoloji xüsusiyyətləri təsir göstərir.


Yüklə 27,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin