1. Qərar qəbul etmə anlayışı


İdarəedici qərarların təsnifatı (xarici, daxili,strateji, taktiki, operativ)



Yüklə 27,59 Kb.
səhifə6/8
tarix30.12.2021
ölçüsü27,59 Kb.
#49343
1   2   3   4   5   6   7   8
Belge

6.İdarəedici qərarların təsnifatı (xarici, daxili,strateji, taktiki, operativ)

Xarici qərarlar xarici mühitlə əlaqələrin reallaşdırılmasına istiqamətləndirilmiş alternativin secilməsi ilə bağlıdır. Bu cür qərarların icrası əsasən xarici amillər, qiymətlər və mühakimələr ilə təyin edilirlər.

Daxili qərarlar təkilat daxili amillər ilə təyin edilirlər və mövcud resurslar hesabına reallaşdırılır. İdarəetmə sahəsində əksəriyyət hallarda daxili qərarlar qəbul olunur.

Məqsədlərin sayı əlamətinə görə birməqsədli, çoxməqsədli (mürəkkəb) qərarlar qəbul edilirər. Əgər məqsəd müəyyən funksiya ilə təsvir olunmuşdursa, onda birməqsədli qərar birmeyarlı, çoxməqsədli isə çoxmeyarlı qərar adlanır.

. Strateji qərarlar ilk əvvəl strateji sənədlərin (konsepsiyaların, planların, məqsədli proqramların və s.) hazırlanması ilə qəbul edilir. Bu cür qərarlar kifayət qədər (3-5 ildən az olmayan) uzunmüddətli perspektiv üçün nəzərdə tuulur.

Taktiki qərarlar nisbətən qısa zaman (orta və daha qısa müddət) intervalında reallaşdırılması metodlarının və üsulların secilməsi məqsədilə strateji qərarların detallaşdırılması üçün qəbul edilir. Bəzi hallarda taktiki qərarları bu qısa zaman intervalı üçün strateji qərarlar adlandırırlar. Strateji qərarlar idarəetmənin yuxarı, taktiki qərarlar isə orta manqa rəhəbərləri tərəfindən qəbul olunur.

Operativ qərarlar bilavasitə strateji və taktiki qərarların reallaşdırılması prosesinə təsir göstərir. Operativ qərarlar təşkilatın cari fəaliyyətinin məzmununu təyin edir, operativ-təqvim planının və onun reallaşdırılması üzrə tədbirlərin əsasını təşkil edir. Bəzi hallarda operativ qərarlar təcili qərarlrar xarakteri alır.


Yüklə 27,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin