1. Qərar qəbul etmə anlayışı


İdarəedici qərarların təsnifatı (təşkilati,yaradıcı,intiutiv,rasional)



Yüklə 27,59 Kb.
səhifə7/8
tarix30.12.2021
ölçüsü27,59 Kb.
#49343
1   2   3   4   5   6   7   8
Belge

7.İdarəedici qərarların təsnifatı (təşkilati,yaradıcı,intiutiv,rasional)

Təşkilati qərarlar idarəetmənin bütün səviyyələrində qəbul olunur və menecerin əsas funksiyalarından biri hesab olunur. Bu funksiyalar qarşıya qoyulmuş məqsədin nail olunmasına yönəlmişdir. Təşkilati qərarlar qəbul edib, onları məxsusi məqsədləri və maraqları nəzərə alınmaqla digər əməkdaşların vasitəsi reallaşdıran şəxslər menecer adalnır.

Təşkilati qərarlar proqramlaşdırılanproqramlaşdırılmayan ola bilər. Proqramlaşdırılan qərarlar son dərəcə strukturlaşdırılmış, adətən standart problemlərin həllinə yönəldilmişdir. Bu qərarlar müəyyən sayda addımların və tədbirlərin reallaşdırılmasının nəticəsidir. Onların qəbulu zamanı, adətən mümkün alternativlərin sayı məhdud olur və əvvəlki təcrübələri nəzərə alaraq təsdiq edilmiş qərar qəbul etmə alqoritmləri tətbiq edilir. Proqramlaşdırılan qərarları mühafizəkarcasına qəbul olnmuş növ qərarlara aid etmək olar. Proqramlaşdırılan qərarların qəbul edilməsi zaman riyazi metodlar istifadə olunursa, onları formallaşdırılmış qərarlara da aid etmək olar.

Proqramlaşdırılmayan qərarlar müəyyən dərəcədə yeni, zəif strukturlaşdırılmış situasiyalarda, naməlum amilləri nəzərə almaqla qəbul olunur. Bu cür qərarların qəbulu üçün konkret addımlar ardıcıllığını təşkil etmək də mümükün olmur. Proqramlaşdırılmayan qərarlar kifayət qədər alternativ variantlarına malik olur. Onlar formallaşdırılmaya da cətin məruz qalırlar. Bu cür qərarlara yaradıcı, nadir qərarları aid etmək olar.

Qərarlar formallaşdırılanformallaşdırılmayan üsullarla qəbul edilə bilər. Birinci halda kifayət qədər dəqiq alqoritmlər əsasında son dərəcə strukturlaşdırılmış məsələlər həll edilir. Bu qərarların əsalandırılmasında formal vasitələr - riyazi metodlar və kompüter texnikası (informasiya texnologiyaları) tətbiq edirlər. İkinci halda isə qərar onu qəbul edən şəxsin və mütəxəssislərin təfəkkürü əsasında yəni qeyri-formal olaraq qəbul edilir. Qismən formallaşdırılan qərarlarda əsasən idarəedici qərarları qəbul etməni real praktikası əks olunur.

Mühafizəkarcasına qəbul olnmuş növ qərarlarda, QQŞ-nin yaradıcı potensialının istifadə olunması, xüsusi əsaslandırma metodlarının tətbiq edilməsi nəzərdə tutulmur.

Bir çox bu cür qərarlar standar xarakter daşıyırlar.

Yaradıcı qərarlar ənənəvi olmayan üsullar, innovasiyalar, problemə qeyri-standart baxışlar əsasında qəbul edilir. Bu cür qərarlar üçün mümkün alternativlər qabaqcadan məlum olmur və əvvəlki təcrübələri də istifadə etmək mümkün deyildir. Yaradıcı qərarlar təşkilatın inkişaf istiqamətinin secilməsində, strateji planların və müxtəlif kompleks proqramların hazırlanmasında, nadir qərarların qəbul olnmasında istifadə edilir. s.) hazırlanması ilə qəbul edilir.

Vaxtaşırı (dövri) təkrarlanan qərarlar müəyyən təkrarlanmalar ilə xarakterizə olunur.

Arabir təkrarlanan qərarlar ayrı-ayrı problemlərin yaranması ilə əlaqdar olaraq qəbuul edilir. Bu problemlərin yaranması təkrarlan bilər.

Nadir qərarlar tək-tək hallarda müqəddəratı həll olunmalı, nadir problemlər yarananda istifadə edilir. Bu zaman mümkün alternativlər məlum olmur və onların təyini və qiymətləndirilməsi üçün çoxlu səy göstərmək lazım gəlir.

Təcili qərarlar (fövqaladə hallarda gecikdirilmədən tədbir və qarar tələb edən göstərişlər) defisit zaman şəraitində qəbul olunur. Bu halda qərar qəbul etmə metodlarının geniş arsenalının istifadə edilməsi mümkün olmur.

Təcili olmayan (qeyri-müəyyən müddət verilmiş) qərar uyğun metodlarının geniş arsenalının istifadə edilməsi nəzərdə tutulur.

Intuitiv qərarlar düzgünlüyünə yalnız hiss və duyğulara əsaslanaraq qəbul olunur. Bu halda qərar qəbul edən şəxs heç bir metod istifadə etmir, qərar varinatının əsaslı olraq qiymətləndirilməsini aparmır.

Mühakimələrə əsalanan qərarlar təcrübə, keçmiş qərarların cari situasiyada nəzərə alınması, analogiya və presedent metodlarının istifadə olunması hesabına qəbul olunur. Bu cür qərarların məntiqi aşkar olmur, ənənəvi xarakter alaraq, yeni alternativlər nəzərdən kənardan qalmasınə səbəb olur.

Rasional qərar onun axtarışı prosesində ciddi məntiqi nəzərə alaraq, elmi metotlara əsaslanaraq qəbul olunur.

Qərar növlərinin sadalanan əlamətlərə görə təsnitatlaşdırılması onların müxtəlif kombinasiyalarını da yaranmasına imkan ver. Qərarın növü onun qəbul olunması üçün seciləcək səmərəli texnologiyanı təyin edir.

Tədqiq olunan problem üzrə informasiya natamamlığı, dəqiq hesablamaların və təhlillərin aparılmasının mümkünsüzlüyü, eyni zamanda məqsəd, meyar və onların üstünlükləri haqqında rəylərin çoxluğu şəraitində yeganə və ən effektli qərar həmişə mövcud olmur. Aşkardır ki, müxtəlif üstünlüklər secən şəxslərin qəbul etdikləri qərarlar da fərqli olacaqdır. Etibarlılığa və doğruluğa malik olamayan informasiya qərar qəbul eməyə subyekif amillərin təsirini artırır. Məhz bu səbəbə görə bəzən reallaşdırıldıqdan sonra (post factum) qəbul olunmuş qərarın ən effektli olub-olmamasını sübut etmək mümmkün olmur.


Yüklə 27,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin