Qərarın ozü və reallaşdıılmasının nəticələri təkcə onu qəbul edən şəxsdən deyil, həm də “mühit” adlanan ikinci tərəfdən asılıdır. Mahiyyət etibarı ilə qərar nəticənin müəyyənlik dərəcəsinə nəzərən müxtəlif şəraitdə (mühitdə) qəbul olunur. Bu şəraitlər müəyyənlik, risk və yaqeyri-müəyyənlik, qeyri-səlistlik, entropiya şərtləri kimi təsnifatlaşdırılır.
Müəyyənlik şərtinə görə qərar onu qəbul edən şəxsin alternativ variantlarının hər birinin dəqiq nəticələrinin bildiyi müəyyənlik şəraitində qəbul edilir.
Risk şərtinə görə qərar alternativ variantlarının nəticələrini məlum olmasada, onların hər birinin ehtimalını təyin olnduğu şəraitdə qəbul edilir. Ehtimal bu və ya digə hadisənin baş verməsinin mümkünlük dərəcəsini təyin edir və qiymətini [0,1] intervalında dəyişir. Bütün alternativ variantlarının ehtimalları cəmi vahidə bərabər olmalıdır.
Ehtimalın təyin edilməsində ən arzu olunan üsul obyektivlikdir (qərəzsizlikdir). Ehtimal riyazi metodlarla və toplanmış təcrübənin statistik təhlili yolu ilə təyin edildiklə obyektiv hesab olunur. Ehtimal proqnozun statistik doğru (etibarlı) çıxması üçün informasiya kifayət etdikdə obyektiv təyin ediləcəkdir. Bir çox hallarda ehtimalın obyektivqiymətləndirilməsi üçün informasiya kifayət etmir. Lakin, qərar qəbul edən şəxsin səriştəsi hesabına məhz bu və ya digər alternativin baş verəcəyi yüksək yəqinliklə subyektiv və ya təxmini ehtimalla güman edilir.
Qeyri-müəyyənlik şərtinə görə qərar potensial nəticələrin ehtimallarının qiymətləndirilməsi mümkün olmadığı olnduğu şəraitdə qəbul edilir. Bu, nəzərə alınmalı amillərin yeni və ya mürəkkəb olması ucbatından onların hesabına kifayət qədər relevant informasiya alınması mümkün olmadıqda baş vermir. Sonda müəyyən nəticənin ehtimalını kifayət qədər yəqinlik dərəcəsilə qabaqcadan təyin etmək olmur. Qeyri-müəyyənlik sürətlə, tez-tez dəyişkən şəraitdə qəbul olunacaq qərarlar üçün xarakterikdir.
Qeyri-müəyyənliklə rastlaşdıqda qərar qəbul edən şəxs iki əsas imkana malik olur. Birincisi, əlavə relevant informasiya əldə etməklə problemi bir daha təhlil etməyə səy etməlidir. Bununla əksəriyyət hallarda problemin yenilik və mürəkkəbliyini azalatmaq olur. Qərar qəbul edən şəxs bu əlavə informasiyanı və toplanmış təcrübəsini mühakimə və intuisiya ilə əlaqələndirərək bir sıra nəticələrə subyektiv və ya təxmini ehtimal mənimsədə bilər.
İkinci imkana görə qərar qəbul edən şəxs əvvəlki təcrübə, mühakimə və intuisiya əsasında dəqiq fəaliyyət göstərməli və hadisənin ehtimalı fərziyyə irəli sürməlidir. Bu imkanəlavə informasiyanın əldə olunmasına vaxt çatmadığı və ya həddindən artıq yüksək məxaric tələb olunduğu hallarda istifadə edilə bilər. Zaman və informasiya məhdudiyyətləri idarəedici qəraraların qəbulunda xüsusiy əhəmiyyətə malikdirlər.
Qarşı durma (oyun) şəraiti zaman gedişində situasiyanın dəyişməsinə səbəb olur. Bu əhəmiyyətli dəyişiklik olarsa, qərar qəbul etmə meyarı təsirini itirə bilər. Buna görə də, qərar onun əsasını təşkil edən informasiya və ehtimallar relevantlığını və dəqiqliyinı itirməmiş qəbul olunmalı və həyata kecirilməlidir.