1 Qərbi Avropa



Yüklə 101,8 Kb.
səhifə59/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   55   56   57   58   59   60   61   62   63
imtahan vavablari FC

Şərqi Afrika yaylası

Şərqi Afrika Rudolf gölünün şimalından Zambezi çayının mənsəbinə qədər ( 50 şimal enindən 170 cənub eninə qədər ) uzanır. O qərbdə Mərkəzi Afrika rift ( böyük tektonik qırılmalar və qrabenlər ) zonası dağlarının qərb ətəyi ilə ( Mitumba və Göl dağlar ), şərqdə isə Hind okeanı ilə əhatələnir. Sahəsi təxminən 2,5 mln. km2-dir.

Səthi dərin qrabenlərlə kəsilmiş bu böyük tağvarı qalxmanın geoloji quruluşu nisbətən sadədir. Onun ərazisi demək olar ki, başdan- başa qədim kristallik süxurlardan ( qranit, qneys, kristallik şistlər ) ibarətdir. Cənub- şərqdə Rufici çayı hövzəsində yura, sahil düzənliklərində yura, tabaşir və üçüncü dövr çöküntüləri yayılmış, cənub- qərbdə perm- triasın kontinental çöküntü örtüyünün qalıqları saxlanmışdır. Şərqi Afrika qrabenləri vilayətində Eyasi və Manyara göllərindən şimalda və Kivu gölü ətrafında kaynozoyun lava qatları geniş sahədə örtük əmələ gətirir.

Şərqi Afrikada rift zonaları hələ mezozoy dövründə əmələ gəlməyə başlamışdır. Lakin ərazidə differensial tektonik qalxma, böyük tektonik qırılmaların yaranması üçüncü dövrdə, xüsusilə neogendə daha sürətlə getmişdir

Şərqi Afrikada qərbdən şərqə aşağıdakı böyük morfostruktur zonalar ayırmaq mümkündür. Mərkəzi Afrika qrabenləri sistemi. Bura Albert, Eduard, Kivu, Tanqanika çökəkləri, bunlardan qərbdə və şərqdə yerləşən horst dağları və massivləri daxildir. Bu qrabenlər bir- birinin davamına yerləşərək, kənar dağlarla birlikdə vahid tektonik zona yaradır və qövsvarı şəkildə şimaldan cənuba uzanır. Cənub- şərqdə bu sistemin davamında Nyasa qrabeni və Nyasa yaylası yerləşir.

Albert gölü qrabeni dayazdır. Gölün səviyyəsindən ( 619 m ) Göy dağlar 1500- 2000 m-ə qədər ucalır.




Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin