manqr meşələri, dağların şərq yamacında və sahil ovalığında rütubətli tropik meşələr geniş yer tutur.
Daxili yaylada Madaqaskar tipli otlu savanna geniş areala malikdir. Bu, rütubətlənmə dərəcəsindən asılı olaraq öz xarakterini dəyişmir
Madaqaskarın faunası onu Afrikaya və qismən də Hindistana yaxınlaşdırır. Lakin bu adada olan bir çox maraqlı heyvanları ( fil tısbağası, uçmayan epiornis quşu ) insanlar məhv etmişdir. Ümumiyyətlə adanın heyvanları endemik olub, Afrikanın tələf olmuş qədim heyvanları ( lemurlar, pişiklər və s. ) nəslindəndir. Madaqaskarda iri vəhşi heyvanlar və zəhərli ilanlar demək olar ki, yoxdur. Burada lemur adlanan yarımmeymunlar olduqca çoxdur.