1 Qərbi Avropa



Yüklə 101,8 Kb.
səhifə62/63
tarix02.01.2022
ölçüsü101,8 Kb.
#43784
1   ...   55   56   57   58   59   60   61   62   63
imtahan vavablari FC

Madaqakar adası

Madaqaskar adası Afrika qitəsinin cənub- şərq sahilində 110 57′ ilə 250 38′ cənub enlikləri arasında yerləşir. Şimaldan cənuba uzunluğu 1580 km, qərbdən şərqə eni 580 km-ə qədərdir. Sahəsi 590 min km2- dir. Dünya adaları içərisində böyüklüyünə görə 4-cü yerdə durur. Cənub- şərqi Afrikadan Madaqaskarı geniş ( 540 km ) və dərin ( 2000 – 3000 m ) Mozambik boğazı ayırır. Mozambik boğazının şimal hissəsində Komor, Qloryez və Aldabra adaları, cənub hissəsində isə Mərcan adaları, Avropa adası və s. adalar yerləşir. Boğazın mərkəzi hissəsində bir neçə sualtı yüksəklik və zirvələr vardır.

Madaqaskar adasından cənubda onun tektonik davamı sualtı ilə 1000 km-dən artıq bir məsafədə uzanır və bu istiqamətdə o tədricən alçalır ( Madaqaskar sualtı dağları ). Adanın şimal- şərqə davamı ensiz və qısadır.

Madaqaskar adası geoloji quruluşuna görə Afrikanın cənub- şərqindən az fərqlənir. Adanın bütün şərq və mərkəzi dağlıq və yayla hissələri arxeyin kristallik və vulkanik süxurlarından, qərb ovalıq sahə mezozoyun kontinental ( yuxarı trias və alt yura ) və dəniz çöküntülərindən ( yura, tabaşir ), cənub hissəsi paleogen və neogenin dəniz laylarından ibarətdir. Dördüncü dövrün çöküntüləri ( qumlar, gillər, mərcan qurğuları ) sahil zonasında yayılmışdır. Madaqaskar adasını meridian istiqamətində bir çox tektonik qırılmalar kəsir. Bunlardan şərqdə daha iki böyük qırılma zonası qeyd olunur.

Adanın relyefi nisbətən sadədir. Burada, ensiz qərb və şərq sahil ovalıqlarından başqa yerdə qalan daxili sahələr qalıq dağları, vulkan zirvələri və kiçik tektonik çökəkləri olan yayladır.

Şərq sahil ovalığı ensiz ( 10- 20 km ), sahil isə düzxətlidir. Sahilə paralel dün tirələri uzanır ( 600 km məsafədə ). Yalnız şimalda kiçik buxta, burun və adalar vardır ( Antonjil körfəzi, Sent- Mari adası, Masoala burnu ).

Mərkəzi yayla şərq sahilə dik yamaclı pillələrlə alçalır. Yaylanın geniş səthinin üzərində möhkəm süxurlardan ibarət olan qalıq dağlar və vulkan zirvələri olan qədim peneplen yerləşir.

Madaqaskar tropik iqlimə malikdir. Adanın çox kiçik bir hissəsi tropikdən cənuba çıxır. Adaya rütubətli hava kütlələri əsasən cənub- şərqdən, Hind okeanı antisiklonunun qərb kənarındandaxil olur. Buna görə onun şərq yamacı mərkəzi yaylaya və qərb sahilə nisbətən daha çox yağıntı alır. Şərq sahildə illik yağıntıların miqdarı 3000 mm-ə çatır ( Tamatavedə 3372 mm ). Burada ən çox yağıntılar yanvar – aprel aylarında ( mart maksimum yağıntılı aydır – 500 mm-ə qədər yağıntı düşür ), ən az yağıntılar avqust – noyabr aylarında ( oktyabrda 100 mm ) düşür.

Mərkəzi yaylada yağıntıların illik miqdarı 1300 mm-ə qədərdir ( Tananarivedə 1337 mm ).

Şərq sahil çayları çox qısa, sulu və astanalıdırlar. Adanın səthindən axan çayların əksəriyyəti Mozambik körfəzinə tökülür. Bunlardan ən böyükləri Sofia, Beikova, Onilaxi və Manqoki çaylarıdır

Adanın rütubətli şərq sahilində


Yüklə 101,8 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin