Məsələlərin tənlik vasitəsilə həll edilməsi metodikası-İbtidai siniflərdə məsələ həllinin didaktik əhəmiyyəti olduqca böyükdür. Məhz məsələ həlli prosesində şagirdlərin məntiqi təfəkkürü inkişaf edir, hesab əməllərinin mənası aşkarlanır. İbtidai siniflərdə məsələlərin ayrı-ayrı əməllər üzrə həlli üsulu olduqca əhəmiyyətlidir. Lakin məsələnin ifadə və tənliklə də həllinə müəyyən yer verilir. Üstünlüyü məsələnin ayrı-ayrı əməllər üzrə həlli üsuluna vermək lazımdır.
Tənlik qurmaqla məsələni həll edərkən, hansı kəmiyyətin məchul qəbul edilməsinin böyük əhəmiyyəti var. Məchulu düzgün seçmədikdə tənlik qurmaq çətinləşir və ya mürəkkəb tənlik alınır.
55.Əməllər sırasına aid qaydaların öyrədilməsi metodikası: mövzunun tədris proqramında, dərslik və metodik ədəbiyyatda yeri, mötərizəsiz və mötərizəli ədədi ifadələrdə əməllər sırasına aid qaydaların öyrədilməsi metodikası: Əməllər sırası ilə hesablamaq qaydası şagirdin heaab qaydalarını mənimsəməsini asanlaşdırır. Bununla da uşaqlarda cəm,fərq anlayışı yaranır.Və “ədədi ifadə”anlayışı yaranır. Əməllər sırasında əsas element ardıcıllıqdır.
Movzunun tədrisində dəraliklərin və metedok vəsaitlərin yeri ondan ibarətdir ki, mövzunun mənimsədilməsində şagirdlər müəyyən əşyaları sayaraq nəticənin dəyişməsini görür. Yəni saymaqla intutiv səviyyənin verilməsi nomrənin öyrədilməsinə nümunədir..Nömrələnmə isə mahiyyətinə görə toplama və çıxma əməlinə hazırlıqdir.3-cu sinifdə mörtərizəsiz və mörtərzəli ədədi ifadələrin hesablanması ardıcıllığı, hesabın birinci və ikinci əməlləri kimi iki qrup yaradır və 4 sinifdə təkarar edilir. İbtidai siniflərdə metodik vəsaitə S.S Həmidovun-(riyaziyyatın tədris metodikası) dərsliyi aid edilə bilər. 2 sinifdə 100 dairəsində şifahi toplama və çıxmanı öyrətmək üçün:
• ədədin cəmə və cəmin ədədə əlavə edilməsi.
•cəmdən ədəsin çıxılması və ədəddən cəmin çıxılması.
•cəmdən cəmin çıxılması və cəmin cəmə əlavə edilməsi.
Bu xassalərin tətbiqi zamanı mörtərizədən istifadə olunur.Deməli şagirdlər praktiki olaraq 2-ci sinifdə bu əməllər uzərində az da olsa işləyə bilirlər.3-4 cu sinifdə isə isə həm morterzəli həmdə mörtəsiz əməllər öyrənir.
Mörtərzəli və mörterizəsiz əməllər sırasına aid qaydaların öyrədilməsi metodikası- riyaziyyat təlimi zamanı əvvəlcə mörtərizəsi ədədi ifadələr öyrədilir. Bu çalışmalarla verilir. Məsələn 60-26+10 ifadəsini həll etmək üçün: