1. Riyaziyyat tədrisi metodikasının məqsəd və vəzifələri


Riyaziyyat tədrisi metodikasının elmi tətqiqat metodları



Yüklə 388,38 Kb.
səhifə2/47
tarix23.04.2023
ölçüsü388,38 Kb.
#101781
1   2   3   4   5   6   7   8   9   ...   47
603660512-Riyaziyyat-Umumi-Cavablar-1

2.Riyaziyyat tədrisi metodikasının elmi tətqiqat metodları. Tədris metodikası səhəsində elmi tətqiqatlar məqsədəmüvafiq müşahidə və eksperimentə əsaslanır. Bunlarım hər ikisi alınmış nəticələrin yoxlanılmasını, təhlil edilməsini tələb edir. Bunların əsasında isə metodik qanunauygunluqlar müəyyən edilir. Müşahidə iki istiqamətdə aparılmalıdır: 1.Müəllim necə öyrədir, yəni hansı metod və priyomlardan istifadə edir. 2.Şagirdlər riyazi bilikləri necə mənimsəyir. Müşahidənin təşkili və onun məzmununa daxil olan bir sıra konkret məsələlər müşahidənin ən yaxın məqsədindən asılıdır. Müşahidə metodunun əhəmiyyəti ondan ibarətdirki hər şey müşahidəçinin gözü önündə baş verir. Lakin müşahidə edilən müəllimin iş sistemini inkişafda öyrənmək lazımdır. Bunun üçün müşahidə metodu digər vaistələrlə tamamlanır. Həmin vaistələr bunlardır: 1.Metodik sənədlərin öyrənilməsi 2.Şagirdlərin riyaziyyat dəftərlərinin təhlili 3.Fənn müəllimi və məktəb rəhbərləri ilə söhbətlər aparılması Müşahidə nəticəsində əldə edilən faktlar nəzəri cəhətdən işlənir və məruzə hazırlanır, məqalələr yazılırdı.İbtidai siniflərdə riyaziyyat təlimi metodikası inkişafının əsasını qabaqcıl məktəb təcrübəsi təşkil edir. Lakin müşahidə və qabaqcıl təcrübə daha incə qanunauygunluqların aşkar edilməsi üçün kifayət deyildir. Belə olduqda eksperiment tətbiq olunur. Ekspermentin mahiyyəti belədir: Pedaqoji konsepsiyaya istinad edərək öz qarşısına məqsəd qoyur və onun əsasında məşğələlərin planını və məzmunu hazırlayır və təcrübi təlim aparır. Eksperimental təlim prosesində müəllimin və şagirdin işinə dair bütün faktlar qeyd olunur. Təlimin nəticələri, şagirdlərin biliklərindəki dəyişiklər ciddi surətdə hesaba alınır.Pedaqoji eksperimentin qoyulmasında ən mühümü təlim metodlarında variasiyaların yoxlanılmasıdır. Ekspermentin nəticələri yazılı yoxlama işləri, şifahi frontal sorğu və şagirdlərlə fərdi söhbət nəticəsində aşkar edilir. Eksperiment zamanı yalnız şagirdlərin buraxdığı səhvlər deyil, həm də bu səhvlərin riyazı və psixoloji təbiəti aşkar edilir.Elmi tətqiqatın bir metodu da yoxlama yazı işləri vaistəsilə şagirdlərin bilik və vərdişləri səviyyəsinin öyrənilməsidir. Riyaziyyatın yoxlama yazı işləri qısa müddət ərzində kursun müxtəlif bölmələrinə aid şagirdlərin bilik və vərdişlərin səviyyəsini xarakterizə etməyə imkan verir.


Yüklə 388,38 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin